We use cookies - they help us provide you with a better online experience.
By using our website you accept that we may store and access cookies on your device.

Gənclər Akademiyası (İkinci hissə)

(19391) məqaləsinin ikinci hissəsi. Bu məqalədə bunlar haqqında məlumat tapa bilərsiz:

- oyunçuların bacarıqları
- məşq məruzəsi
- U-20 üçün yaş uyğunluğu
- əlavə məşq
- ümumi tövsiyyələr

Oyunçumun cari və maksimum bacarığını necə aça bilərəm?

Matç bitdikdən dərhal sonra gənclər akademiyanızın məşqçisi sizə məşq məruzəsi təqdim edəcək. Bu məruzədə aşağıda qeyd olunanlar məşqçiniz tərəfindən bildiriləcək, əgər matçda iştirak edən oyunçu ən azı 44 dəqiqə oynayıbsa:

★ Məşq mövqeyində oynayan oyunçunun cari bacarığı.

★ Məşq mövqeyində oynayan oyunçunun ikinci məşq növü üzrə maksimum potensial bacarığı.

★ Məşq verilməyən bacarıq üzrə maksimum potensial bacarığı. Standart vəziyyətlər xaric. Açılan maksimum potensial bacarıq həmin oyunçunun 3 ən güclü bacarığından biridir.

★ Hərdən oyunçunun xarakteri və/və ya bacarığı deyilə bilər.

Məşqin effekti isə əsas komandanız kimidir, sadəcə iki məşq növü üzrə məşq edə bilirsiz və hər ikisi eyni effektlidir.

Bir istisna odur ki, həftə içi oyunçular 90 dəqiqədən artıq məşq ala bilərlər, çünki yoldaşlıq görüşləri də həmin həftə oynanıla bilər. Məşq hər matçdan sonra baş verir, ona görə eyni həftə içində məşq növlərini dəyişə bilərsiz.

Məşqçi həmçinin bacarığın yüksəlməsi, xüsusi bacarıq, liderlik və ümumi bacarıq haqqında məlumat verə bilər.

Məşq məruzəsinin misalı:

Matçdan öncə yarımmüdafiəni əsas məşq kimi, qısa ötürmələri isə ikinci məşq kimi seçibsiz. Matçdan sonra məşqçiniz bu tipli önəmli məlumatlar paylaşacaq:

★ Mərkəz və ya cinah yarımmüdafiəçi mövqeyində oynayan oyunçunun cari yarımmüdafiə bacarığını.

★ Mərkəz, cinah yarımmüdafiəçi, və ya hücum mövqeyində oynayan oyunçunun maksimum potensial bacarığını.

★ Təsadüfi bir oyunçunun bu bacarıqlarında maksimum potensial bacarığını: müdafiə, cinah yarımmüdafiəsi, hücum və ya qapıçılıq. Unutma: bu bacarıq həmin oyunçunun ən yüksək 3 bacarığından biridir.

Oyunçular haqqında məlumat topladıqca, digər oyunçuların bacarıqlarının açılması üçün düzgün strategiya seçə bilərsiz. Bu aşağıdakı qaydada mümkündür:

Məsələn maksimum müdafiə bacarığı bilinən 4 oyunçunuz var və 5-ci oyunçunun maksimum potensial bacarığını bilmək istəyirsiz. Bütün oyunçuları müdafiə mövqeyinə yerləşdirin və müdafiə məşqini ikinci məşq kimi seçin.

İstisnalar

★ Məşq mövqeyində oynayan bütün oyunçuların cari bacarığı bilinirsə, məşqçiniz birinci məşq üzrə heç bir oyunçunun cari bacarığını bildirməyəcək.

★ Məşq mövqeyində oynayan bütün oyunçuların cari bacarığı bilinirsə, məşqçiniz ikinci məşq üzrə heç bir oyunçunun maksimal potensial bacarığını bildirməyəcək.

★ Əgər birinci və ikinci məşqiniz eynidirsə, o zaman məşqçiniz heç bir oyunçunun maksimal potensial bacarığını bildirməyəcək.

★ Loru dildə desək, əgər yarımmüdafiə məşqini həm birinci həm də ikinci məşq kimi seçsəz, o zaman yalnız cari bacarığı biləcəksiz, maksimal potensial bacarıq bildirilməyəcək. Eyni qayda iki eyni məşq seçildikdə də tətbiq olunur.

Bu kombinasiya aşağıda qeyd olunan məşqlər üzrə ikili məşq sayılmır:
Müdafiə/Müdafiə Mövqeləri
Cinah/Cinah Hücumları
Qısa Ötürmələr/Ara Ötürmələri
Hücum/Qapıya Zərbələr

Baxmayaraq ki, bu kombinasiyalar eyni bacarığı məşq etdirir, onlar eyni məşq növü sayılmırlar, və yuxarıda qeyd olunan qayda üzrə oyunçuların həm cari həm də maksimal potensial bacarığını bildirəcək.

Oyunçunun yaşı U-20 Milli Komandasına uyğundurmu?

U-20 Dünya Çempionatı finalı hər mövsüm eyni gündə oynanılır. Daha dəqiq 16-cı həftənin bazar günü. Final matçında iştirak etmək üçün oyunçu həmin gündə 21 yaşında olmamalıdır.

Ona görə də bir çox böyük ölkələr final gününə uyğun olan oyunçunu seçirlər.

Bu tip uyğunluq həmçinin mövsümlər arası üçün də nəzərdə tutulur, Dünya Çempionatı seçmələri oynanılan zaman. Ən uyğun oyunçu yaşı son seçmə matçından sonra 21 yaşının olması ola bilər, hansı ki, 16-cı həftənin cümə günü oynanılır.

Burada ən uyğun oyunçu yaşını görə bilərsiz:
(http://hattrickportal.pro/Tracker/U20/U20WC.aspx)

Uyğun oyunçu yaşı "Seçmələr 14-cü matç günü" və "Final" tarixinə təsadüf edir.

Əlavə məşq effekti

Əgər oyunçularınızın məşqindən ən maksimal effekt almaq istəyirsizsə, o zaman yalnız və yalnız 4 komandalı liqalara qoşulmalısız. Belə olan halda mövsümlər arası fasiləni qısalda bilərsiz. Bunu etmək üçün mövsüm bitdikdən dərhal sonra həmin liqanı tərk edib, ən tez başlaya biləcək yeni 4 komandalı liqa qurmalısız və ya ən tez başlayan digər 4 komandalı liqaya qoşulmalısız. Belə olan halda daha çox matç oynayacaqsız.

"Liqa dəyişməsi" sizə hər mövsüm 13% əlavə məşq effekti verəcək:

MövsümNormal liqa4 komandalı liqaYoldaşlıqƏlavəBonus
4115175213,33%
4215176213,33%
4315175213,33%
4415175213,33%
4515176213,33%
Toplam7585271013,33%




Gənclər Akademiyası haqqında ümumi məsləhət:

Gənclər akademiya matçlarında hesabdan daha da önəmli olan məşqdir. Yaxşı məşq almış oyunçu sizin əsas komandanıza əla gəlir gətirə və ya əsas komandaya çağırıldıqda komandanıza xeyirli bir oyunçu ola bilər.

Əgər bir neçə oyunçunuzun tam bacarığı bilinirsə və digər bacarıqları bilinmirsə, o zaman məşqçiniz təsadüfi şəkildə biri haqqında məlumat verəcək. Əgər oyunçunun məşq xətti sarı olubsa, o zaman oyunçunun bacarığı təm məşq olunub, məşqçinin sizə deyib-deməməsindən asılı olmayaraq.

Çalışın diqqətinizi heyətinizdə olan ən güclü bir-iki futbolçuya yönəldin. Əlbəttə ki, daha yaxşı olar ki, bir oyunçunuzu 2 milyona satasız, nəinki 4 oyunçunuzu 200 minə. Baxmayaraq ki, bir neçə oyunçunun məşq almadan qocalmasını görmək ağrıvericidir.

İki oyunçunu tamamilə əlaqəsiz mövqelərdə məşq verməyin. Məsələn bir oyunçunu müdafiə, digərini hücumda. Bu zaman hər iki oyunçu optimal məşqdən daha az məşq alacaq.

Unutmayın ki, siz hər həftə bir oyunçu çağıra bilərsiz əsas komandaya. Əgər sizin super-bacarıqlı oyunçunuz cümə axşamı 17 yaş 0 günündə əsas komandaya çağrıla bilərsizsə, o zaman həmin həftənin bazar ertəsi zəif bir oyunçunu çağırmaq ağılsızlıqdır.

Yoldaşlıq görüşlərini imkan düşdükcə oynayın. Hər 3-cü həftə siz yoldaşlıq görüşü təşkil edə bilərsiz və baxmayaraq ki, məşqin effekti liqa matçından daha az olur (təxmini 75%), istənilən halda oyunçunun inkişafı üçün önəmlidir.

Həmişə heyətinizdə 11 oyunçu saxlayın, onların hansı bacarıqda olmasından asılı olmayaraq. Önəmlisi olan məşq itirməməkdir. Əgər meydançaya 9 oyunçu (qapıçı + 8 heyət oyunçusu) çıxara bilməzsizsə, o zaman məşqi itirmiş olacaqsız. Ona görə həmişə heyətdə 11-12 oyunçu saxlamağı unutmayın.

2017-05-12 19:07:58, 819 views

Link directly to this article (HT-ML, for the forum): [ArticleID=20100]

 
Server 070