Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Kömək »   Qaydalar »   Məşqçi 

Məşqçi

Sizin məşqçiniz oyunçuları ruhlandırmaqda və məşq verməkdə ən əsas məsul şəxsdir.

Məşqçi qabiliyyətləri

Bacarıq: Bacarıqlı məşqçi oyunçuları gücləndirmək üçün düzgün məşq metodlarını bilir. Nə qədər məşqçiniz bacarıqlı olarsa, məşqin effekti bir o qədər çox olar. Məşqçi heç zaman əladan yüksək ola bilməz. Bütün yeni komandalar başlayarkən zəif məşqçiyə sahib olurlar.

Liderlik: Məşq plan failiyyətindən başqa məşqçiniz həmçinin oyunçular üçün ilham mənbəyidir. Məşqçiniz nə qədər yüksək liderliyə sahib olarsa, komanda ruhu bir o qədər yaxşı olar.

Taktikalar: Sizin məşqçiniz ya hücuma meyilli, ya müdafiəyə meyilli ya da neytral ola bilər, bu da ki,ancaq oyun zamanı komandanın oyununa təsir edir. Hücuma meyilli məşqçi müdafiənin hesabına hücumu gücləndirir, və müdafiəyə meyilli məşqçi hücumun hesabına müdafiəni gücləndirir. Müdafiəyə meyilli məşqçi müdafiəni hücuma meylli məşqçinin hücumu artırmasından daha çox artırır. Neytral məşqçi nə hücuma meyllidir nə də müdafiəyə. Beləki, o, heç bir xətti gücləndirmir.

Bacarığın pisləşməsi

Sizin məşqçi bir mövsümdən çox komandada qaldıqdan sonra onun liderlik bacarığı yavaş yavaş azalmağa doğru gedir. Liderlik bacarığı “fəlakət” səviyyəsinə çatdıqdan sonra, onun məşqçilik bacarığı də azalmağa başlayır.

Məşqçinin dəyişdirilməsi

Siz məşqçidən razı olmadığınız təqdirdə, istədiyiniz vaxt onu yenisi ilə əvəz edə bilərsiniz və yaxud öz oyunçularınızdan birini məşqçi təyin edə bilərsiniz. Bunu, Sizin komandanın "Klubum" menyusunda “Həyət” bölməsindən edə bilərsiniz.

Unutmayın ki, bütün yeni alınmış məşqçilərin bacarıqları eynidir. Məsələn siz məşqçilik bacarığı “yetərli” məşqçi almısınızsa, onun bacarığı həmişə “orta yetərli” olacaq. “Yüksək yetərli” və yaxud “aşağı yetərli” məşqçilər olmur. Bununla belə, “əla” bacarıqlı məşqçi “yaxşı” bacarığı olan məşqçidən yarım pillə yuxarıda olacaq.

Siz yeni məşqçi aldıqdan sonra, köhnə məşqçi oyunçu kimi komandada qalır. O, təkrar məşqçi ola bilməz və Siz onu sata bilməzsiniz. Əgər köhnə məşqçi Sizə lazım deyilsə onu komandadan qovun.

Kənardan məşqçinin alınması

Məşqçi axtarışına başlamazdan əvvəl, Sizə hansı növ məşqçinin lazım olduğuna qərar verməlisiniz, bundan sonra onun nə dərəcədə yaxşı olmağına qərar verirsiniz. Liderik xüsusiyyəti və məşqçilik bacarığına görə müxtəlif kombinasiyaların qiyməti müəyyən edilmiş şəkildədir. Məşqçi nə dərəcədə yaxşıdırsa, qiyməti də bir o qədər yüksək olacaq.

Öz oyunçunzun məşqçi təyin edilməsi

Oyunçu məşqçi olan zaman öz liderlik bacarığıni itirmir. Potensial məşqçinin təcrübəsi onun maksimal məşqçilik bacarığını təyin edir. Bununla belə, oyunçunun təcrübəsi nə qədər yüksək olsa, onun məşqçi keçməsinin xərci bir o qədər az olacaq. Beləliklə, əgər Sizin liderlik xüsusiyyəti yüksək olan təcrübəli oyunçunuz varsa, onun məşqçi kimi seçilməsi ən mükəmməl variant ola bilər. Həmçinin futbolçunun qazanacağı məqçilik bacarığı onun təcrübə səviyyəsindən yuxarı ola bilməz. Məşqçi olmaq üçün futbolçu tam sezon (16 həftə) komandanın heyətində oynamalıdır.
 
 
Server 096