Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Azarkeşlər və sponsorlar

Sponsorlar və azarkeşlər komandanın əsas gəlir mənbəyini idarə edirlər. Buna görə məsləhətlidir ki, onlarla yaxşı əlaqədə olub onların əhvalını yüksək səviyyədə tutmağa çalışasız – sonda faydasını görəcəksiz.

Azarkeşlərin əhvalı

Fan klubunuzun üzvləri komandanın maliyyəsində çox böyük rol oynayır. Üzvlük haqqları (30 US$/üzv) mövsümdə bir dəfə ödənilir, amma sizin bilet satışlarından gələn gəlir onların əhvalından daha çox asılıdır.

Onların əhvallarını yüksək tutmağın və daha çox azarkeş cəlb etməyin ən asan yolu onların gözləntilərinə oxşamaq və ya ondan da artığına nail olmaqdır. Azarkeşlərin hal-hazırkı əhvalını azarkeşlər səhifəsində görə bilərsiz.

Mövsüm gözləntiləri

Hər mövsümün əvvəlində azarkeşlər sizə komandadan nəyi gözlədiklərini deyəcəklər. Onların gözləntiləri öncəki mövsümdən asılı olacaq, yani azarkeşlər o zaman nəyi gözləyirdilər və sonda nəticə necə olmuşdur.

Komandanızın liqa sistemində qalxmasından (və ya düşməsindən) asılı olaraq azarkeşlər sizin yeni vəziyyətinizə uyğunlaşmağa çalışacaqlar. Əgər yenicə yuxarı liqaya qalxmısınızsa, azarkeşlər sizdən çox şey gözləməyəcəklər. Amma əgər siz illər boyu eyni liqada qalacaqsınızsa, o zaman azarkeşlər daha çox şey istəməyə meyilli olacaqlar.

Oyun gözləntiləri

Mövsüm gözləntiləri hər oyun üçün olan gözləntilərə təsir edir. Azarkeşlər səhifəsində azarkeşlər hər oyundan nələr gözlədiklərini görə bilərsiz. Ümumiyyətlə, evdə oynadığınız zaman azarkeşlər sizdən daha çox şey gözləyəcəklər.

Əgər oyunun nəticəsi onların gözlədiyi nəticə ilə eynidirsə, o zaman qələbə halında onlar sizdən razı qalacaqlar (və ya onların gözləmədiyi kimi məğlub olduğunuz halda isə çox da üzülməyəcəklər). Əgər nəticə onların gözlədiklərindən də yaxşıdırsa, onların əhvalı bir az da yaxşı olacaq. Amma əgər nəticə onların gözlədiklərindən pisdirsə, bu onların əhvalına mənfi təsir edəcək. Mövsümün ilk liqa oyunlarında azarkeşlərin nəticələrə reaksiyası bir az mülayim olacaq.

Mövsümün əvvəlində oyun gözləntiləri hər iki komandanın azarkeşlərinin mövsümi ümidlərindən asılı olacaq. Mövsüm irəlilədikcə, hər iki komandanın liqadakı faktiki mövqeyi və xal miqdarı daha vacib sayılır. Kubok oyunlarında hər iki komandanın azarkeşlərinin oyun gözləntiləri ancaq mövsümi ümidlərindən (liqa səviyyəsi də daxildir) asılıdır.

Komanda münasibəti və sizin pul ehtiyatınız azarkeşlərə təsir edir

Oyunçulara “Sakit oyna” və ya “Mövsümün Oyunu” demək də həmçinin azarkeşlərin oyun olan reaksiyasına təsir edir. Əgər nəticə gözləniləndirsə (və ya daha yaxşıdırsa), Sakit Oyna müsbət effekti azaldacaq və Mövsümün Oyunu isə müsbət effekti artıracaq.

Əgər nəticə gözlənildiyindən pisdirsə, sakit oynamaq mənfi effekti artıracaq və mövsümün oyunu isə mənfi effekti azaldacaq.

Əgər pul ehtiyatınızda çoxlu pulunuz vardırsa, azarkeşlərinizi razı salmaq bir qədər çətindir, çünki onlar düşünürlər ki, uğur əldə etmək üçün yetəri qədər pul yatıra bilərsiz. Varlı klubların azarkeşləri kasıb klubların azarkeşlərindən fərqli olaraq məğlubiyyətlərə kəskin, qalibiyyətlərə isə zəif reaksiya göstərirlər. Komandanın nə qədər çox pulu olarsa, bir o qədər bu hisslər yüksək mahiyyətə malikdir.

Sponsorlar

Sponsorlar komandanız üçün əlavə gəlir mənbəyidirlər. Azarkeşlərlə olduğu kimi, daha uğurlu komandalara sponsorlar daha çox pul yatırmaq istəyirlər. Ancaq sponsorlar da bir-biriləri ilə rəqabət aparırlar və fərqli strategiyalara uyğun pul yatırmaq istəyirlər, və bunu da ağıllır menecerlər öz xeyirlərinə istifadə edə bilərlər.

Yeni mövsüm başlamadan öncə, 16-cı Həftədə, qarşıdan gələn mövsüm üçün sponsor təklifləri irəli sürülür.

Liqalarda olan hər bir kluba müəyyən təklifi seçmək imkanı verilir, ancaq məbləğ azarkeş qrupunun üzvlərinin sayından, həmçinin diviziondan asılıdır. Bu isə o deməkdir ki, hər bir kluba xüsusi təkliflər ediləcək ki, bununla bağlı da menecer diqqətli seçim etməlidir.

Hər bir müqavilənin şərtlərinə stabil həftəlik ödəniş daxildir. Bundan əlavə olaraq, müqavilədə bir və ya bir neçə bonus ödənişlər də nəzərdə tutulur. Bu ödənişlərin bir qismi asan əldə oluna bilsə də, bir qismi müəyyən risklərə bağlıdır. Müqavilələrin müddəti hər mövsümün sonunda bitir və seçim etmək üçün yeni müqavilələr təklif olunacaq.

Əgər seçim etməsəiniz, İdarə Heyəti sizin əvəzinizə bu seçimi edəcək. İdarə heyət hər zaman daha az riskli olan müqaviləni seçir, bu isə daha az potensial məbləğ deməkdir.

 
Server 070