Yoldaşlıq Görüşləri
Milli Komanda yoldaşlıq görüşləri həftənin Cümə günləri 20:00-da (Hattrick Vaxtı) Dünya Çempionatında iştirak etməyən Milli komandalar arasında oynanıla bilər. Bu matçlar təqribi olaraq klublarda həftə arası oynanılan yoldaşlıq görüşləri kimidir.
Yoldaşlıq görüşünü təşkil etmək üçün, Milli Komanda Məşqçisi ya dəvət göndərməlidir ya da hansısa komandanın dəvətini qəbul etməlidir, klub məşqçiləri kimi. Proses isə bir qədər fərqlidir, çünki sistem Milli Komanda Məşqçisinə xəbər vermir ki, hansısa komanda onun millisinə dəvət göndərib. Milli Komanda Məşqçiləri yoldaşlıq görüşünü təşkil etmək üçün bir-birilərinə məktub göndərməlidirlər.
Dəvət göndərən hansı meydançada oynanılmasını seçə bilər. Əgər komanda yoldaşlıq görüşü təyin etməyibsə, avtomatik olaraq cümə axşamı oyun tərtib olunacaq. İstənilən meydança seçilə bilər, həmçinin neytral meydança da. Meydança kirayəsi üçün pul tutulmur.
|