Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Giriş

Hattrickdə, hər ölkənin milli və U21 komandası olur, hər biri milli komanda məşqçisi tərəfindən idarə olunan.

Milli məşqçi ictimai seçki vasitəsilə həmin ölkənin istifadəçilər tərəfindən seçilir. Milli məşqçilərin 2 mövsümlük öhdəliklərini yerinə yetirmələri ümid edilir. Yeni seçkilər yalnız menecerlərin öz öhdəliklərini müxtəlif səbəblərdən yerinə yetirmədikləri təqdirdə Milli Komanda Administratorlarının qərarı ilə vəzifələrindən azad edildikdən sonra olacaq. Seçkilər haqqında daha ətraflı məlumat əsas qaydalar kitabında tapa bilərsiz.

Bu qaydalar Hattrick qaydalarını tamamlayır. Əgər qaydalar arasında fərq varsa, o zaman daimi qaydalar nəzərə alınır (məsələn, matçlar necə işləyir).

Seçkilər şəffaf keçirilməlidir. Şəffaflığı qorumaq məqsədilə Milli Komanda Administratorları istənilən namizədi seçkilərdən kənarlaşdıra bilərlər. Seçkilər barədə ətraflı məlumati isə əsas qaydalar bölümündə tapa bilərsiniz.

Bu qaydalar əsas Hattrick qaydalarına əlavədir. Bu əlavələrdə qeyd olunanlardan başqa, əsas qaydalar nəzərə alınır (matçlar necə keçirilir və s).

Siz eyni zamanda iki Milli Komandanın və ya iki U21 Komandanın məşqçisi ola bilməzsiz. Bunun səbəbi isə idarə etdiyiniz iki komandanın bir-biriləri ilə qarşılaşmasının qarşısını almaqdır, hansı ki, yol verilməzdir. Bu o mənaya gəlir ki, HFA sizi seçkilər zamanı bir ölkədən çox yerdə seçkilərdə namizəd ola bilməzsiz - bu həmçinin bir ölkədə namizəd olub, sonra imtina edib digər ölkədə namizəd olmağa da şamil edilir. Bu sizi seçkilərdə iştirakdan kənarlaşdıra bilər.

Əlavə qaydalar və vacib məlumatlar Milli Məşqçilər forumunda qeyd edilir, hansı ki, sadəcə Milli Məşqçilərin girişinə icazə var. Tam qaydaları foruma qoşulduqda görə bilərsiz.

 
Server 070