Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Milli komandalar

Əsl həyatda olduğu kimi, Hattrickdə də, milli komandalar bir-birilərinə qarşı yarışırlar. Amma Hattrickdə milli komandaların məşqçiləri sizin tərəfinizdən seçilir! Bəli Bəli sizin tərəfinizdən! Hər Hattrick ölkəsinin əsas milli heyəti olduğu kimi, 21 yaş altı oyunçulardan da komandası var. Bu o deməkdir ki, hər ölkənin sizin tərəfinizdən seçilmiş iki milli məşqçisi var. Dünya Kuboku formatı 77-ci sezonda dəyişdi. (17 Yanvar 2021-ci il).

Milli komanda yarışları

Milli komandalar bir-biriləri ilə üç əlaqəli çempionatlarda yarışırlar - Qitə Çempionatı, Millətlər Kuboku və hal-hazırda olan Dünya Çempionatı. Kuboklar ümumilikdə iki sezon davam edir. Qitə Çempionatı - Asiya/Okeaniya, Avropa, Afrika və Amerika üçün başlayacaq və Dünya Kuboku ilə bitəcək.

Millətlər Kuboku, Dünya Çempionatına daxil ola bilməyən komandalar üçün, Dünya Çempionatı ilə paralel vaxtda olaraq keçiriləcəkk.

Qitə Çempionatları

Qitə Çempionatında hər bir Hattrick Milli komandasının yeri var. Bu Qitə Çempionatları hər bir qrupda 6 milli olmaq şəkildə oynanılacaq. Qruplar Milli Komanda sıralamasına görə təyin olunacaq.

Qitə Çempionatı ev və səfər oyunları sistemi ilə keçiriləcək və 1/4, yarım-final və son həftədə oynanılacaq final ilə birlikdə 10 həftə davam edəcək.

Hər regionun ən yaxşı 8 komandası 1/4, yarım-final və final oyayacaq və digər millilər bu ərəfədə Cümə günü hazırlıq oyunları keçirə biləcəklər. Qalib Kontinent Çempionu olacaq və qızıl kubok ilə təltif ediləcək. Gümüş və Bronz mükafatları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutana veriləcək.

Dünya Kuboku

Dünya Kuboku 13-cü həftədə başlayacaq və 1-ci sezonun axırına kimi, 2-ci sezonun isə axırına kimi davam edəcək. 5 mərhələyə bölünəcək və yarım-final və final ilə bitəcək.

Birinci mərhələdə 96 komanda iştirak eədəcək - hər birində 6 komanda olmaqla, 16 Qrup. Oyunlar ev və səfərdə oynamaqlar keçiriləcək. Hər qrupun ilk 4 yeri, 2-ci mərhələyə keçəcək.

Mərhələ 2-də, hər birində 4 komanda olmaqla 16 qrup olacaq. Bu mərhələdə də ev və səfər oyunları keçirilməklə güclü təyin olunacaq və hər qrupun 2 güclüsü 3-cü mərhələyə keçəcək.

3-cü Mərhələdə, hər birində 4 komanda olmaqla 8 qrup olacaq və neytral meydançada bir oyun keçiriləcək. Hər qrupun ilk 2 yeri 4-cü mərhələyə keçəcək.

Mərhələ 4 və 5, müvafiq olaraq hər birində 4 komanda olmaqlar, 4 və 2 qruplardan ibarət olacaq. Hər bir komanda bir-biriləri ilə neytral meydançada 1 oyun keçirəcək və hər qrupun ilk 2 yeri növbəti mərhələyə keçəcək.

Yarım final və finallar neytral meydançalarda keçəcək. Finalın qalibi Dünya Çempionu adlanacaq və qızıl mükafat ilə mükafatlandırlacaq. 2-ci və 3-cü yerlərə, müvafiq olaraq gümüş və bronz mükafatlar paylanacaq.

Hər mərhələdə komanda güvənliyi və komanda ruhunun tam və ya qismi olaraq sıfırlanmasından qabaq. Məsələn: əgər komandanın hal-hazırdakı komanda ruhu səviyyəsi 9 olarsa, sıfırlama rəqəmi (4.75) olduqda və 80% sıfırlama əmsalı olduqda sizin komanda ruhu (9 - 4.75)*0.80 - 3.4 səviyyəsində olur. Nəzər alın ki, (komanda ruhu və güvənliyinin ortaq məxrəci olan rəqəmi) dəyişməz olaraq qalır ( 4.5).

Millətlər Kuboku

Dünya Çempionatına vəsiqə ala bilməyən komandalar Millətlər Kubokunda iştirak edəcək. Dünya Çempionatı ilə paralel başlayacaq bu yarışma İsveçcrə formatında keçiriləcək (Həftəlik Suporter Trofeyi kimi).

Bu əlbəttə ki, əsas çempionat deyil lakin nisbətən zəyif komandalar üçün gələcək sezonun Qitə Çempionatı üçün komandalarının toxumlarını əkmək üçün əlverişli bir imkandır. Son 8 komanda pley-off mərhələsi oynayacaq və qalib mükafatı alacaq.

Millətlər Kubokunda oyunçular zədələnməyəcək lakin kartlar hər çempionatda olduğu kimi burada da işləyəcək. Düzülüş təcrübəsi çempionat başladığı anda olduğu kimi olacaq.

Qalib Millətlər Kuboku mükafatının sahibi olacaq.

Dünya Çempionatı seçmələri

Qitə Çempionatlarından 96 komanda Dünya Kubokuna vəsiqə qazanacaq.

Hər qitənin Dünya Çempionatına qatılmaq üçün bəlirli sayıda yerləri var. Hər Regionun Kubokunda qruplarda ən yaxşı nəticə göstərənlər Dünya Çempionatına vəsiqə qazanacaq. Yerlər aşağıda cədvəldə göstərildiyi kimi: Avropaya 32 yer, Asiya-Okeaniya 21 yer, Afrika 12 və Amerikaya 20 yer.


Qitə Ümumi komandalar Dünya Çempionatı Yerləri
Avropa 48 32 (4 yüksəlmələr / qrup)
Asiya-Okeaniya 42 21 (3 yüksəlmələr / qrup)
Afrika 24 12 (3 yüksəlmələr / qrup)
Amerika 30 20 (4 yüksəlmələr / qrup)

Dəvətnamələr Dünya Çempionatına bir-başa Regional Kuboklardan qatıla bilməyənlərə veriləcək. 22 komanda, hansılar ki, Regional Kuboklarda xal və ya qol fərqinə görə Dünya Çempionatına yüksəlməyiblər, 11 mövcud dəvətnaməni qazanmaq üçün Dəvətnamə Pleyy-Off-na iştirak edəcək.

Dəvətnamə Pleyoff yarışında yüksək reytinqli komanda (son D.Ç nəticələrinə əsasən) ən aşağı reytinqli komanda ilə üzləşəcək. Reytinqdə ən yaxşı ikinci komanda, reytinqə görə aşağıdan ikinci komanda ilə üzləşəcək və üzləşmələr bu qaydada davam edəcək. Playoff-lar ev və səfər oyunlarından ibarət olacaq. Komanda ruhu və güvənliyi iki komanda üçün də stabil olacaq və qalib D.Ç iştirak üçün yer haqqı qazanacaq. Qarşıdurma heç-heçə ilə yekunlaşarsa, əlavə vaxt və penaltilər əsasında qalib müəyyənləşəcək.

Milli komandaların sıralaması

Hər komandanın sıralamasına əsasən Regional Kubokların qruplarında yerləşdirələcək. Son 5 sezonun göstəriciləri sıralamaya təsir göstərəcək. Lakin nəzərinizdə olsun komandanızın daha əvvəlki göstəricisi, sıralamanıza daha az təsir edəcək.

Sıralamaya təsir edən 3 faktor var: hər oyunun nəticəsi (N), oyunun vacibliyi (V) və rəqib komanda nə qədər güclü idi (R). Başqa sözlə desək sıralamanın formulası aşağıdakı kimidir: P = N x V x R


Oyun Nəticəsi (N) Xallar Oyun Vacibliyi (V) Xallar
Qələbə 3 Dünya Çempionarı Yarım Final 4
Heç-heçə 1 DÇ qalan mərhələlər 2.5
Məğlubiyyət 0 Qitə Finalı 3
Penaltilərin Qalibi 2 Qitənin geri qalan matçları 2
Penaltilərin məğlubu 1 Millətlət Kuboku 1
Yoldaşlıq Görüşü 0

T dəyişkəni üçün biz, rəqib komandanın sıralamasını 250-dən çıxırıq.

Daha sonra, final sıralama, son 5 sezonun (P) göstəricilərinin ortalaması olaraq götürülür və 100% 70% 50% 30% 20% əmsallarına vurulur. Hal-hazırdakı sezon 100% il götürülür, 4 sezon qabaq isə 20% ilə. Sıralama hər oyundan sonra yenilənir.

Qitə Kuboknun püşk atması

Qitə çempionatında komandaları yerləşdirmək üçün biz, Milli Komanda Sıralamasından istifadə edərək püşkatma potları yaradırıq. Hər bir qrupun ilk komandaları ən yüksək komandalardan ibarət olur. Bundan sonra bizim qrupların sırasını doldurmaq üçün 5 potumuz qalır. Bu qruplarda yerləşdirmə komandaların sıralama xalına müvafiq olaraq baş tutacaq. Məsələn: Amerika Qitə çempionatında bizim 6 komandadan ibarət 5 qrupumuz var. Qrupların ilk sıraları, sıralamada ilk 5 yeri tutan komandalar tərəfindən tutulacaq. Sonra qrupların ikinci sıraları, sıralamada 6-dan 10-cu yerə qədən olan komandalardan yığılacaq və bu qaydada davam edəcək. Canlı püşkatmada, biz bütün qruplar üzərində potlar boşalın, qruplar dolana qədər işləyəcəyik.

Dünya Çempionatı püşk atması

Komandanın Qitə Kubokundakı nəticəsi, Dünya Çempionatının püşk atmasında təsiri olacaq. D.Ç ilk mərhələsində 16 qrup olacaq və hər qrupun ilk komandası avtomatik seçiləcək. Avropanın Regional Kubokunda ən yaxşı komanda hər zaman Qrup 1 üçün seçiləcək, və Amerikadan 8-cı sırada olan komanda Qrup 16-da birinci komanda olacaq.

Komandalar hər bir qrupa yerləşdikdən sonra, canlı püşkatma keçiriləcək. Qitə Kubokunun sıralaması helə də çox vacibdir, lakin komandalar bir-başa qrupa yerləşdirilmədən öncə püşkatma qablarına atılır. Əgər aşağıdaki cədvələ nəzər yetirsək, "Komanda 2" sırasında, 4 komanda birinci püşkatma qabına yerləşdirələciyini görəcəksiniz. Bunlar komandalar Afrikada 8-ci, 7-ci, 6-cı və 5-ci sıralamadadır. Bu yerdən əlavə bu komandalar 1,2,3 və 4-cü qruplara ikinci komanda kimi yerləşdirələck püşkarma əsasında. 4 yeni komanda puşkatma qabına girəcək və 5,6,7 və 8-ci qruplarında yerləşdiriləcək. Bu prosses 16 qrupun hər birinə 6 komanda seçilənə qədər davam edəcək.

Bu sistem deterministikdir, biz güclü qitələrdən bütün komandaları eyni qrupda toplaya bilmərik. Amma eyni zamanda biz püşkatmalarda təsadüfi hallar da edəcəyik ki, Qitə Kuboklarında iştirak edən komandaların menecerləri tutduqları yerə görə DÇ qruplarındakı yerlərini təyin edə bilməsin. Bu DÇ daha rahat qrupa düçmık üçün suni şəkildə komandalarının uduzdurmaqlarının qarşısını alacaq. Və bu həmçinin canlı püşkatmanı daha da əyləncəli edəcək.


Qrup Komanda 1 Komanda 2 Komanda 3 Komanda 4 Komanda 5 Komanda 6
1 AV#1 AFR#8
POT#1
AME#9
POT#5
ASO#16
POT#9
AV#17
POT#13
W#11
POT#17
2 AV#2 AFR#7
POT#1
AME#10
POT#5
ASO#15
POT#9
AV#18
POT#13
W#10
POT#17
3 AV#3 AFR#6
POT#1
AME#11
POT#5
ASO#14
POT#9
AV#19
POT#13
W#9
POT#17
4 AV#4 AFR#5
POT#1
AME#12
POT#5
ASO#13
POT#9
AV#20
POT#13
W#8
POT#17
5 AV#5 AFR#4
POT#2
AME#13
POT#6
ASO#12
POT#10
AV#21
POT#14
W#7
POT#18
6 AV#6 AFR#3
POT#2
AME#14
POT#6
ASO#11
POT#10
AV#22
POT#14
W#6
POT#18
7 AV#7 AFR#2
POT#2
AME#15
POT#6
ASO#10
POT#10
AV#23
POT#14
W#5
POT#18
8 AV#8 AFR#1
POT#2
AME#16
POT#6
ASO#9
POT#10
AV#24
POT#14
W#4
POT#18
9 AME#1 ASO#8
POT#3
AME#17
POT#7
AV#16
POT#11
AV#25
POT#15
W#3
POT#19
10 AME#2 ASO#7
POT#3
AME#18
POT#7
AV#15
POT#11
AV#26
POT#15
W#2
POT#19
11 AME#3 ASO#6
POT#3
AME#19
POT#7
AV#14
POT#11
AV#27
POT#15
W#1
POT#19
12 AME#4 ASO#5
POT#3
AME#20
POT#7
AV#13
POT#11
AV#28
POT#15
ASO#21
POT#19
13 AME#5 ASO#4
POT#4
AFR#9
POT#8
AV#12
POT#12
AV#29
POT#16
ASO#20
POT#20
14 AME#6 ASO#3
POT#4
AFR#10
POT#8
AV#11
POT#12
AV#30
POT#16
ASO#19
POT#20
15 AME#7 ASO#2
POT#4
AFR#11
POT#8
AV#10
POT#12
AV#31
POT#16
ASO#18
POT#20
16 AME#8 ASO#1
POT#4
AFR#12
POT#8
AV#9
POT#12
AV#32
POT#16
ASO#17
POT#20

AV: Avropa
AME: Amerika
AFR: Afrika
ASO: Asiya / Okeaniya
D: Dəvətnamə yeri

Seçkilər

Seçkilər sezonun başlanğıcında, D.Ç finalından iki gün sonra keçirilir. Hər ikinci sezonda siz Əsas Milli və U-21 Millinin baş məşqçilərini seçirsiniz. Hər bir məşqçi iki sezonluq seçilir və D.Ç finalından 1 həftə sonra kontraktı bitir. Nəzərinizdə olsun ki, siz səs verə bilmək üçün Hattrick-də ən az 1 sezon oynamlısınız.

Milli komandaların heyəti

Milli komandanın məşqçisi, 26 oyunçunu (real istifadəçilər olan komandalardan) milliyə dəvət edir. U-21 Millinin oyunçularının ən azı 19 yaşı, Əsas Milli komandanın oyunçularının isə 22 yaşı olmalıdır. Məşqçi oyunçunu komandaya seçən kimi, oyunçu haqqında bütün məlumatları sizin gördüyünüz kimi görə bilir.

Hər bir milli komandanın qitə kuboku və DÇ öz düzülüş təcrübəsi var. Milli komandaların məşqçilərinin hansı 6 düzülüş təcrübəsinin yaxşı yaxşı səviyyədə olmasına qərar verməsi üçün 1 həftə vaxtı var və geri qalan düzülüşlər zəyif təcrübə ilə başlayacaq. Bu seçim, seçkilərdə qalib gəldikdən sonra olacaq və Komanda Ruhu ilə Komanda Güvənliyi ilk oyundan bir gün öncə sıfırlanacaq.

Milli komandanın oyunçusuna sahib olmaq

Əgər sizin komandanızın heyətindəki oyunçu eyni vaxtda Milli Komandanın üzvüdürsə bu sizin komanda da oynama problemi yaratmayacaq çümki, klub oyunları ilə millinin oyunları müxtəlif günlərdə baş tutur. Milli komandadakı oyunlar oyunçunuza heç bir məşq yararı verməyəcək. Xatırladaq ki, oyunçu milli komanda da oynayarkən zədələnmə riski də var.

Əgər sizin komandanızın oyunçusu milli üçün oynamağa başlayarsa bunun sizin klub üçün bir neçə üstünlükləri var:

- Milli oyunçunun maaşının 33% və ya 40% endirilir. Müvafiq olaraq faiz dərəcələri oyunçunun xarici liqada və ya ana vətəni olan liqada oynamasına görə dəyişir.

- Oyunçunun çox təcrübə qazanır. Oyunçunuzun təcrübə qazanma səviyyəsi keçirdiyi oyunlara görə dəyişir. Misal olaraq azalan qaydada DÇ-da Yarım-Final və Final oyunları, DÇ oyunları, Qitə Kubokunda 1/4, Yarım Final və Final, Qitə Kuboku oyunları, Millətlər Kuboku və yoldaşlıq görüşlərində oyunçular təcrübə qazanır.

- Əgər oyunçunuz milli oyun vaxtında zədələnərsə, klub təzminat olaraq oyunçunun maaşının 100% hissəsini zədəli olduğu müddətdə geri alır. Bu oyunçu maaşına endirimdən əlavə olaraq edilir.

Milli yoldaşlıq görüşləri digər oyunlar kimi intensiv olmadığı üçün, zədə riski bu oyunlarda yarıya endirilir.

Qeyd edək ki, milli komandanı sarsıtmaq üçün siz millinin oyunçu və ya oyunçularına təxribat tərtib etməyin. Çünku belə bir hal olası halda, milli komandanın Administratorları son əlac olaraq təxribata uğramış oyunçuları, transfer siyahısına çıxartmaq hüququna malikdirlər.

Dünya Çempionatı Cədvəli - Sezon 1

Hft Bazar ertəsi Ç.A Çərşənbə C.A Cümə B.A Bazar
1 Qeyd etmələr Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə
2 Seçkilər Nəticələr - - - Yoldaşlıq Görüşləri - -
3 - - K.R./K.G. sıfırla 100% sıfırlar - Q.Ç Matç 1 - -
4 Q.Ç Matç 2 - - - Q.Ç Matç 3 - -
5 - - - - Q.Ç Matç 4 - -
6 - - - - Q.Ç Matç 5 - -
7 - - - - Q.Ç Matç 6 - -
8 - - - - Q.Ç Matç 7 - -
9 - - - - Q.Ç Matç 8 - -
10 - - - - Q.Ç Matç 9 - -
11 - - - - Q.Ç Matç 10 - -
12 Q.Ç 1/4 Final - - - Q.Ç Yarım Final - Q.Ç Final
13 Qeyd etmələr - K.R./K.G. sıfırla 100% sıfırlar - D.Ç. M1 Matç 1 - -
14 D.Ç. M1 Matç 2 - - - D.Ç. M1 Matç 3 - -
15 - - - - D.Ç. M1 Matç 4 - -
16 - - - - D.Ç. M1 - -

Dünya Çempionatı Cədvəli - Sezon

Hft Bazar ertəsi Ç.A Çərşənbə C.A Cümə B.A Bazar
1 - - - - D.Ç. M1 Matç 6 - -
2 - - - - D.Ç. M1 Matç 7 - -
3 - - - - D.Ç. M1 Matç 8 - -
4 - - - - D.Ç. M1 Matç 9 - -
5 - - - - D.Ç. M1 Matç 10 - -
6 - - K.R./K.G. sıfırla 80% sıfırlar - D.Ç. M2 Matç 1 - -
7 D.Ç. M2 Matç 2 - - - D.Ç. M2 Matç 3 - -
8 - - - - D.Ç. M2 Matç 4 - -
9 - - - - D.Ç. M2 Matç 5 - -
10 - - - - D.Ç. M2 Matç 6 - -
11 - - K.R./K.G. sıfırla60% sıfırlar - - - -
12 D.Ç. M3 Matç 1 - - - D.Ç. M3 Matç 2 - -
13 D.Ç. M3 Matç 3 - K.R./K.G. sıfırla 40% sıfırlar - D.Ç. M4 Matç 1 - -
14 D.Ç. M4 Matç 2 - - - D.Ç. M4 Matç 3 - -
15 D.Ç. M5 Matç 1 - - - D.Ç. M5 Matç 2 - -
16 D.Ç. M5 Matç 3 - - D.Ç. Yarım Final - D.Ç. Final

Q.Ç.: Qitə Çempionatı
D.Ç.: Dünya Çempionatı
K.R.: Komanda Ruhu
K.G.: Komanda Güvənliyi
 
 
Server 080