Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Matç (Oyun): Taktikalar

Hər bir oyuna Siz komandaya bu və ya digər taktikadan istifadə etməsi üçün təlimat verə bilərsiniz. Hər bir taktikanın öz üstünlükləri var, lakin özünəməxsus çatışmamazlıqları da var və bu səbəbdən oyuna taktika seçərkən çox diqqətli olmalısınız. Hal hazırda oyunda altı növ fərqli taktika (həmçinin normal) mövcuddur. Siz oyunda taktikanı seçmədiyiniz halda, komanda oyuna necə deyərlər, “normal” taktika ilə çıxacaq.

Taktiki bacarıqlar

Komandanın bu və ya digər taktikadan nə dərəcədə səmərəli istifadə etməsi, bu taktikaya malik olma səviyyəsindən asılıdır. Bu səviyyə oyunçuların müəyyən bacarıqlarına və onların təcrübəsinə əsaslanır.

Sizin taktikalarınızın effektiv olmağı meydançada olan oyunçulardan da asılıdır. Meydançada oyunçular nə qədər yaxşı olarlarsa, daha yaxşı taktiki reytinq əldə edəcəksiz. Praktiki olaraq yuxarı liqalarda aşağı liqalardan fərqli olaraq taktika bacarığı daha yüksək olmalıdır.

Presinq (Təzyiq)

“Presinq” taktikası istifadə edilən zaman, oyunçular özlərinə şərait yaratmaqdan çox, əsasən rəqib komandadın imkanlarının qarşısının alınmasına çalışırlar. Təzyiq taktikası, Sizin komandanın rəqib komandadan xeyli zəyif olduğu zaman və böyük hesablı məğlubiyyətdən qaçmaq üçün istifadə edilir.

Üstünlükləri: Siz oyunda hər iki komandanın qol vurmaq üçün imkanlarının azaldılmasına nail ola bilərsiniz.

Çatışmamazlıqları: Oyunçularınızın dözümlüyü daha tez zəifləyir.

Taktiki qabiliyyətin hesablanması: Bu taktikaya sahib olma səviyyəsini hesablayarkən sahədə olan bütün oyunçuların ümumi müdafiə bacarığı və ümumi dözümlülüyü nəzərə alınır. “Güclü” qabiliyyətinə malik olan oyunçunun müdafiəyə xeyri iki dəfə artır. Oyunçular nə qədər çox yorulsalar, rəqib komandaya təzyiq göstərmələri bir o qədər zəyifləyəcək.

Əgər matç zamanı hər hansı potensial hücum pressinq taktikasını tədbiq edən komanda tərəfindən pozularsa, bu, matç hesabatında öz əksini tapır. Bu imkandan kimin yararlana biləcəyini siz heç zaman bilə bilməzsiniz. Əgər hər iki komanda pressinq oynayırsa, bu təxminən ikiqat effekt verir. Əlavə olaraq, uzaq zərbələr istifadə edən rəqib komanda ilə oynayarkən, pressinq tədbiq edən komandanın daha yaxşı şəkildə uzaq zərbələrin qarşısını almaq imkanı olur.

Əks-hücum

Əks-hücum taktikasını istifadə edərkən Siz, bilərək rəqib komandanın topa sahib olmasına imkan yaradırsınız. Sizin rəqib qol vurma imkanını qaçırdığı zaman, Siz dərhal əks-hücum təşkil etmə fürsətini əldə edirsiniz. Bu taktika Sizin hücum və müdafiəniz güclüdürsə (yarımmüdafiə zəif olduğu halda) və əsasən rəqibin hücum sahəsi zəifdirsə, daha faydalı olur.

Üstünlükləri: Sizin müdafiə xəttiniz rəqibin hücum xəttini dayandıra bilirsə, Siz əlavə əks-hücum yaratmaq imkanı əldə edirsiniz.

Çatışmamazlıqları: Ümumi yarımmüdafiə bacarığının 7 %-ni itirirsiniz.

Müvafiq bacarıqlar: Sizin komandanın müdafiəçilərinin müdafiə və ötürmə bacarıqları diqqətə alınır. Əks-hücum qabiliyyəti hesablanarkən ötürmə bacarığı müdafiə bacarığından iki qat daha çox əhəmiyyət kəsb edir.

Yalnız əldən verilən hücum zamanı yarımmüdafiəni rəqibə verən komanda bu taktikanın üstünlüyündən istifadə edə bilər (və nəzərə alın ki, 7% nəzərə alınmadan əvvəl siz yarımmüdafiəni itirməlisiz). Əgər yarımmüdafiəni siz ələ keçiribsizsə, bu taktikanın sizə ziyanı dəyəcək. Bütün əks-hücumlar matçın hesabatında öz əksini tapır. Komandanız əks-hücum şansı əldə edirsə, növbətinin olma ehtimalı bir qədər aşağı enir.

Mərkəzdən hücum:

Mərkəzdən hücum taktikasından istifadə edən zaman, sizin komanda hücumların əsas hissəsini cinahlardan mərkəzə doğru yönləndirəcək. Bir sözlə, siz cinahda yarana biləcək hücumları mərkəzdən hücumla əvəz edirsiniz. Bu baş verən zaman, bu hadisənin yenidən baş vermə ehtimalı daha da düşəcək.

Üstünlükləri: Sizin 15-30% cinahdan hücumlarınız mərkəzə ötürüləcək.

Çatışmamazlıqları: Hər iki cinahda müdafiə zəifləyəcək.

Müvafiq bacarıqlar: zamanı sahədə olan oyunçuların ümumi ötürmə bacarığı nəzərə alınır.

Cinahlardan mərkəzə ötürülən imkanlar hesabatda öz əksini tapır.

Cinahlardan hücum

“Cinahlardan hücum” taktikası praktiki olaraq “mərkəzdən hücum” taktikası ilə eyni məntiqlə işləyir, sadəcə olaraq mərkəzdən hücumun əvəzinə sizin cinahlardan hücumunuzun miqdarı artır. Həmçinin cinahdan hücumlara nisbətdə mərkəzdən hücumlar daha az baş verir, o hücumları əvəz etmək faizi daha da yüksəlir. Burda da həmçinin, hər bu hadisədən sonra növbəti hadisənin baş vermə ehtimalı bir qədər aşağı düşür.

Üstünlükləri: Təxminən 20-40% mərkəzdən hücumlar cinahlara ötürüləcək.

Çatışmamazlıqları: Mərkəz müdafiəsi bir qədər zəifləyir.

Müvafiq bacarıqlar: Oyunçuların bütövlükdə ötürmə bacarığı komandanın cinahlardan hücum taktikasının səviyyəsini müəyyənləşdirir.

Hücum mərkəzdən cinahlara keçəndə bu matçın hesabatında göstərilir.

Yaradıcı oynamaq

Yaradıcı oynamaq (YO) o deməkdir ki, oyunçular öz xüsusi qabiliyyətlərindən və digər keyfiyyətlərindən daha çox istifadə etməyə çalışacaqlar.

Üstünlüklər: Oyunda hər iki komandanın xüsusi hadisə qazanma şansı artır, lakin sizin öz komandanız bir qədər daha çox şans əldə edir (istər mənfi istərsə də müsbət).

Çatışmamazlıqları: Komandanın müdafiəsi bir qədər zəifləyir.

Müvafiq bacarıqlar: Kreativ Oyun yüksəl ötürmə qabiliyyəti və təcrübə tələb edir (birincisi daha önəmlidir). Əgər futbolçu həmçinin gözlənilməz xüsusiyyətə malikdirsə bu taktikada onun səmərəliyi ikiqat olur. Bu taktikadan heyətində çoxlu sayda xüsusi qabiliyyətli oyunçular olan komandaların istifadə etməsi daha səmərəlidir.

Uzaqdan zərbələr

Bu taktikadan istifadə edərkən oyunçular daha çox uzaqdan zərbə endirməyə üstünlük verirlər. Yəni, mərkəzdən və cinahlardan olan hücumlar uzaqdan zərbələrlə əvəzlənir. Uzaqdan zərbələr zərbəni vuranla qapıçının qarşıdurmasıyla nəticələnir. Əgər sizin komandada uzaqdan zərbələri yaxşı yerinə yetirən oyunçular varsa və rəqibin müdafiəsini mərkəzdən və cinahlardan yarmaq çətindirsə onda bu taktikadan istifadə etmək faydalı ola bilər.

Üstünlükləri: Uzaqdan zərbələr taktikası mərkəzdən və cinahlardan olan hücumların 30%-ni uzaqdan zərbələrlə əvəz edir.

Çatışmamazlıqları: Mərkəzdən və cinahlardan olan hücumlar zəifləyir, həmçinin yarımmüdafiənin reytinqləri bir qədər aşağı düşür.

Müvafiq bacarıqlar: Bu taktikadan istifadə zamanı oyunçuların hücum və standard zərbələr bacarıqları nəzərə alınır. Hücum bacarığı standard zərbələr bacarığından üç dəfə vacibdir.

Əgər rəqib komanda pressinqdən istifadə edirsə o zaman rəqib komandanın müdafiəçiləri sizin oyunçuların uzaqdan zərbə endirməyinə mane ola bilər. Cinah və mərkəz müdafiəçilərinin uzaqdan zərbə endirmə imkanı digər oyunçulara nisbətən iki dəfə artıqdır. Uzaqdan endirilən zərbənin keyfiyyəti oyunçunun hücum və standard zərbələr bacarığından aslıdır. Qapıçının belə zərbələri dəf etməsində onun qapıçılıq və standard zərbələr bacarığı rol oynayır.

Matçın hesabatında uzaqdan endirilən bütün zərbələr haqda həmçinin, alınmayan zərbələr haqda məlumat olur.

 
Server 071