Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Kömək »   Qaydalar »   Turnirlər 

Turnirlər

Turnirlər Hattrick komandaları üçün alternativ yarış sistemidir. Siz rəsmi dağ turnirlərinə qatıla bilərsiz və "Dağın Fatehi" ola bilərsiz, və ya menecerlər tərəfindən təşkil edilən turnirlərdə iştirak edə bilərsiz.

Nəzərə alın ki, turnirdə oynamaqdan asılı olmayaraq siz hər həftə yoldaşlıq matçı oynaya biləcəksiz.

Öz turnirləriniz

Turnir təşkil etmək üçün Qızıl, Platin və ya Almaz Supporter olmalısız. Supporteri olmayan istifadəçilər isə "Mütərəqqi" turnir təşkil edə bilər. Qurucu komandaların sayını, turnirin adını və s. təyin edir və digər menecerləri turnirə dəvət edir. Qızıl və Platin Supporter-lər yalnız bir "Adi" turnirə pulsuz qoşula bilərlər lakin digər turnirlər üçün kredit almalı olacaqlar. Digərləri Hattrick Cihazları vasitəsilə qoşula bilərlər. Almaz Supporterlər də "Adi" turnirdə iştirak edə bilər və "Üstün" funksiyanı seçməklə ən çox 10 turnir oynaya biləcək və turnirlərdə iştirak etmək üçün kredit ödəməyəcəklər.

Əgər ilk oyundan 72 saat əvvəl turnir dolmursa, o zaman başlanma günü bir həftə uzadılacaq.

Adi turnir matçları həftədə bir dəfə, Bazar ertəsi oynanılır, eyni zamanda xüsusi turnir matçları isə həftənin istənilən günü keçirilə bilər.

Turnir matçları (Dağ və digərləri)

Matçlar neytral meydançalarda oynanılır və siz heç bir gəlir (və heç bir fanklub üzvü) əldə etmirsiz.

Bütün turnir matçları normal matçlar kimi eyni sistemdən istifadə edir. Ona görə sizin oyunçularınızın cari formaları, bacarıqları, təcrübələri, zədə statusu və sayr matç günündə istifadə ediləcək. Burada 2 istisna var: komanda ruhu (və komanda güvənliyi) standart bir dəyərdə olur və kartlar fərqli işləyir. Daha ətraflı məlumat üçün aşağıya baxın.

Oyundan sonra heç bir effekt yoxdur

Turnir oyunları sizin futbolçulara və komandaya heç bir təsir göstərmir. Futbolçular bu oyunlarda heç bir məşq və təcrübə əldə etmir və turnir matçları komandanın düzülüşünün təcrübəsinə və komanda ruhuna da təsir göstərmir.

Təfsilat

Turnir matçları barədə bütün lazımi məlumatlar buradadır:

  • Komanda ruhu:
  • Komanda güvənliyi: Güvənlik turnir matçlarında sabit səviyyədə (yaxşı) qalır.
  • Zədələr:
  • Kartlar (öz turnirləriniz): Turnirlərin öz kart statusu var, və "normal" Hattrick-dən tamamilə fərqli qırmızı / sarı kart sistemindən istifadə olunur. Məsələn, turnir matçında alınan istənilən kart həmin turnirin matçları üçün hesaba alınır. Buna bərabər olaraq, əgər oyunçu normal Hattrick-də qırmızı kart alarsan, o turnir matçında oynaya bilər.
  • Cards (Ladders): Cards don't count at all in ladder tournaments.
  • Məşq: Turnir matçları zamanı futbolçular məşq əldə etmir.
  • Təcrübə: Futbolçu turnir matçlarından heç bir təcrübə qazanmır.
  • Düzülüşlər: Sizin normal Hattrick-dəki düzülüş təcrübəniz turnir matçlarına da aid olur. Lakin bu matçlardan heç bir düzülüş təcrübəsi qazanılmır.

Dağ turnirləri

Dağda sizin hədəfiniz ən yüksəyə qalıb "Dağın Fatehi" olmaqdır. Və orada bacardığınız qədər qalmaqdır. Yuxarıya qalxmaq üçün sizdən yuxarıda olan komandaları maçta dəvət edirsiz, və siz qalib gəlsiz dağda onların yerini ələ keçirirsiz.

Dəvət qaydaları

Dağda olduğunuz mövqedən asılı olaraq komandaları görüşə dəvət edə bilərsiz.

  • Mövqe 1-5: Dağın aşağısında olan komandalar tərəfindən dəvət edilə bilərlər.
  • Mövqe 6-15: 1-3 mövqe aşağıda olan komandalar tərəfindən dəvət edilə bilərlər.
  • Mövqe 16-99: 1-10 mövqe aşağıda olan komandalar tərəfindən dəvət edilə bilərlər.
  • Mövqe 100-199: 1-50 mövqe aşağıda olan komandalar tərəfindən dəvət edilə bilərlər.
  • Mövqe 200+: 1-100 mövqe aşağıda olan komandalar tərəfindən dəvət edilə bilərlər.
  • Mövqe 1000-5000: 1-500 mövqelərindən aşağıda olanlar tərəfindən dəvət edilə bilər.
  • Mövqe 5000+: 1-1000 mövqelərindən aşağıda olanlar tərəfindən dəvət edilə bilər.

Dəvət edən matç üçün kredit ödəyir və dəvət edilən avtomatik olaraq dəvəti qəbul edir. Matç dəvətdən 24 saat sonra oynanılır. Əgər dəvət edən qalib gələrsə, Kreditlər geri qaytarılır.

Mövqe matçdan sonra dəyişir

Əgər siz komandaya dəvət göndəribsizsə və qalib gəlibsizsə, dəvət etdiyiniz komandanın mövqeyini götürürsüz. Dəvət edilmiş komanda 1 mövqe aşağı düşür (bu həmçinin dağda olan 2 komanda arasında olan komandalara da şamil edilir).

Misal: Komanda A 54-cü mövqedədir və B komandasına dəvət göndərir, hansı ki, 47-cidir. Əgər A qalib glərsə, A B-dən 47-ci mövqeni götürür. B 48-ci mövqeyə düşür, və 48-ci mövqedə olan komanda 49-a düşür, 49-cu mövqedə olan komanda 50-yə, və sayr.

Əgər siz komandaya dəvət göndərib oyunda məğlub olsaz, hər iki komanda müvafiq yerlərində qalır.

Dəvət lütfülük müddəti

Matç üçün dəvət ediləndən sonra, digər komandalar sizi 12 saat ərzində dəvət edə bilməzlər (son matçın başlanma vaxtından sonra). Bu o mənaya gəlir ki, sizin digər komandaya dəvət göndərib dağda dırmaşmaq üçün lütfülük müddətiniz var.

Siz dəvət edən olan matçdan sonra, siz digər komandanı 12 saat ərzində dəvət edə bilməzsiz (son matçın başlanma vaxtından sonra). Bu isə digər komandalara sizi dəvət etməyə şans yaradır. Həmçinin, məsələn, #2-nin dərhal #1-ə dəvət göndərməsinin qarşısını alır, #3-dən ona dəvət göndərilməsinin qarşısını alır və həmin mövqeni ələ keçirir.

Həmçinin, yenicə qarşılaşdığınız komanda ilə 24 saat ərzində oynaya bilməzsiz.

 
 
Server 080