Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Kömək »   Qaydalar »   Transferlər 

Transferlər

Transfer siyahısı oyunçu ala biləcəyiniz və ya istəmədiyiniz oyunçuları sata biləcəyiniz bir yerdi. Eyni vaxtda 50 oyunçunuz ola bilər. Təkliflər səhifəsi sizə satdığınız və ya almaq istədiyiniz oyunçular haqqında məlumat verir. Eyni vaxtda transfer siyahsında sizə pul qazandıra bilən sizin keçmiş oyunçularınız da göstərilir.

Oyunçu satmaq

Bir oyunçunu satmaq üçün onu transfer siyahısına çıxarırsınız hansını ki, oyunçunun öz səhifəsindən etməlisiniz. Siz onun üçün nə qədər pul istədiyinizi qeyd edərək onu transfer siyahısında yerləşdirirsiniz. Oyunçunu transfer siyahısına qoymaq üçün gərək ən azı bir oyunda onu meydana buraxmalısınız və oyunçunu sizin üçün oynadığı oyunların sayından artıq transfer siyahısına qoya bilməzsiniz. Bu qayda sizin gənc akademiyanızda yetişən oyunçulara və ya menecer seçildiyiniz gündən komandanızda olan oyunçulara aid deyil. Oyunçular üç gün transfer siyahısında qalır və ən yüksək təklif edən komandaya transfer olunur. Oyunçu aukhərracsion bitən kimi yeni klubuna keçir. Satılmış oyunçu satıldıqdan dərhal sonra yeni komandaya keçir. Yalnız oyunçunu alan komanda həmin anda matç oynayırsa, transfer matç bitdikdən sonra baş tutur. Alıcı komanda tapılmazsa, oyunçu sizin komandada qalacaq. Əgər oyunçunu yanlışlıqla transferə çıxartmısınızsa, transferi 10 dəqiqə ərzində, hər hansı təklif olunmadığı müddətdə ləğv edə bilərsiniz. Sizin satışa çıxarma xərciniz geri qaytarılmayacaq. Bu şərtlərdən kənar əgər fikrinizi dəyişmisinizsə, oyunçunuzu komandaya qaytarmağın yeganə yolu onun məhz siz tərəfindən yenidən alınmasıdır.

Oyunçu almaq

Oyunçu almaq üçün, siz “Klub” menyusundan, “Dünya” menyusundan və yaxud səhifənin sağ üst tərəfində yerləşən transfer simvolundan istifadə edərək transfer siyahısına daxil olmalısınız. Burada siz lazım olan oyunçunu taparaq onun adını seçib, oyunçunun səhifəsinə daxil olaraq təklifininiz edə bilərsiniz. Oyunçuya tələb olunan məbləğdən az təklif etmək olmaz. Siz təklifi ən azı 1 000 US$ və ya qiymətin 2% qədərinə qaldırmalısınız. Əgər oyunçuya hələ heç bir alış təklifi edilməyibsə, siz ya 1 000 US$ və ya ondan artıq məbləğ təklif etməlisiniz. Nəzərə alın ki, oyunçunu almaq üçün təklif etdiyinizdə (oyunçu sizin komandaya alınan kimi ilk əmək haqqını ödəyirsiniz), komandanızın 200 000 US$ məbləğindən çox borca girməsinə icazə verilmir.

Siz axırıncı saniyəyə qədər oyunçunu almaq üçün öz təklifinizi edə bilərsiniz. Hərracın sonuna 3 dəqiqə qalmış başqa birisı təklifi artırarsa, hərrac 3 dəqiqə daha uzanır.

Oyunçu alarkən onun bacarığı, xasiyyəti və digər məlumatlar sizə kömək edə bilər. Həmçinin siz “Transfer müqayisəsi” linki vasitəsi ilə bənzər oyunçuların bu yaxınlarda hansı qiymətə satıldığına baxa bilərsiniz.

Avtotəklif

Avtotəklif digər təkliflər kimi işləyir. Ən yüksək təklif yerləşdirdiyiniz halda ehtiyac olduqda sistem özü sizin yerinizə təklif edəcək, və hər zaman təkilifi ən aşağı və mümkün məbləğdən başlayaraq qaldıracaq (minimum 2%, 1 000 US$).

Siz maksimal təklifinizi (azalda və ya çoxalda) istənilən vaxt dəyişə bilərsiniz. Lakin siz cari təklifinizi (ən yüksək) təbii ki, ləğv edə bilmərsiniz. Sizin maksimal təklifinizi yalnız siz özünüz görə bilərsiniz, digərləri isə yalnız cari təklifi görürlər.

Eyni zamanda sizin bir dənə aktiv maksimal təklifiniz ola bilər. Əgər sizin maksimal təklifiniz maksimuma çatıbsa, bu zaman o, artıq avtotəklif sayılmır və siz istədiyiniz təqdirdə digər maksimal təklif edə bilrsiniz.

Xüsusi hallarda (məsələn iki komanda eyni avtotəklif etdikdə və ya iki təklif edən komanda bir birinə qarşı çıxış etdikdə) biz burada bir neçə məntiqi tapşırıq düşünmüşük və bu misallar həmin məntiqi tapşırığların həlində sizə köməkçi olacaq

Agent, ana klub və transfer faizləri

Oyunçunu transfer siyahısına əlavə etmək 1 000 US$ başa gəlir. Oyunçu satıldıqdan sonra müəyyən məbləğ oyunçunun agentinə, ana komandasına və axırıncı kluba ödənilməlidir. Oyunçunun səhifəsində satışdan sizə qalacaq məbləğin nə qədər olacağını görə bilərsiniz. Əsas məqamlar bunlardır:

Agentə çatacaq məbləğ oyunçunun sizin komandada oynadığı müddətdən asılıdır.

Ana kluba satış məbləğinin 2%-i çatır. Sizin klubun yetirməsi hər dəfə satıldıqda siz satış məbləğinin 2%-ni alacaqsınız. Nəzərə alın ki, akademiyada yetişdirilən oyunçunu ilk dəfə satanda nə ana klubu alamayacaqsınız, nə də ödəməyəcəksiniz.

Əvvəlki klub satış qiymətinin 3%-ni alır. Siz əvvəlki klubsunuzsa, satışdan alacağınız məbləğ oyunçunun sizin komandada neçə oyun keçirməsindən asılı olacaq.

Daha ətraflı məlumat üçün baxın

Nəzərə alın ki, siz gənc oyunçunu satırsınızsa, siz əvvəlki komanda sayılmırsınız. Lakin həmin oyunçu sizdən sonra təkrar satılsa və əgər sizin komandada ən azı bir oyun oynayıbsa, siz əvvəlki klub sayılacaqsınız.

Transfer gəliri Ehtiyat büdcəyə köçürüldü

Bəzi oyunçuların satışından gələn gəliri İdarə Heyəti ehtiyat büdcəyə keçirə bilər.

Bu hadisə xüsusi oyunçular üçün baş verə bilər və bir çox menecerlər üçün bu çox nadir hallarda baş verəcək.

Oyunçunu transfer bazarına çıxararkən, İdarə Heyəti, sizə, bunun baş verib-verməyəcəyi barədə məlumat verəcək, və əgər baş verəcəksə, o zaman ehtiyat büdcəyə neçə faizinin keçiriləcəyi qeyd olunacaq.

İdarə Heyəti bunu o hallarda edə bilər ki, əgər oyunçu spekulyativ məqsədlə və ya pul yığmaq məqsədilə satışa çıxarılması təxmin olunsun. Bunu o məqsədlə izah edəcəklər ki, satılacaq oyunçu yarış qaydalarına uyğun deyil. (Tarixən belə oyunçular icma tərəfindən "Qızıl Külçə" adlandırılırdılar, çünki onların dəyərləri uzun müddət eyni qalırdı).

Hal-hazırda, İdarə Heyəti qapıçılar (ən az "yaxşı" qapıçılıq bacarığı olarsa) və ya potensial gələcək məşqçilər (ən az "yaxşı" liderliyə və "yetərsiz" təcrübəyə malik) üçün pulu ehtiyat büdcəyə keçirtmək istəyəcək.

İdarə Heyətinin ehtiyat büdcəyə keçirəcəyi məbləğin faizini həmin oyunçunun komandada neçə matç oynadığına görə təyin edəcək.

Ümumi qayda bundan ibarətdir ki, davamlı olaraq heyətdə yer alan oyunçunun gəliri nağd olaraq komanda qalacaq - heç bir məbləğ ehtiyat büdcəyə keçirilməyəcək. Davamlı olaraq heyətdə yer almaq həftədə ən az 60 dəqiqə oynamaq deməkdir.

Zədəyə görə oynamamaq nəzərə alınmır, ancaq əgər sağlam olan oyunçu oynamırsa, o zaman daha çox nağd pul ehtiyat büdcəyə keçiriləcək.

Məsələn: "Qızıl Külçə" şərtlərinə uyğun oyunçu mövsüm boyu bütün matçlarda əsas heyətdə yer alıb. Əgər menecer oyunçunu satmaq istəyərsə, İdarə Heyəti heç nə etməyəcək - bütün gəlir (xərclər xaric) nağd pul olaraq büdcəyə daxil olacaq. Yox əgər, oyunçu ehtiyatda olarsa iki həftə sonra satılarkən əldə olunacaq gəlirin 12%-i İdarə Heyəti tərəfindən ehtiyat büdcəyə keçiriləcək. Dörd həftə sonra, faiz 24%-ə qalxacaq. Daha sonra menecer yenidən onu oynatmaq qərarına gəlir. Altı həftə ərzində kubok və ya liqa matçlarında iştirak edərsə, satılarkən ondan əldə olunacaq gəlirin heç bir hissəsi ehtiyat büdcəyə keçirilməyəcək.

Ümumu qayda olaraq, oyunlarda oynamayan oyunçu hər iki həftəyə görə üç həftə kubok və ya liqa matçlarında oynadılmalıdır. Əgər yalnız yoldaşlıq görüşlərində start heyətə daxil edilirsə, o zaman bərpa iki dəfə ləngiyir. Əgər oyunçu sizin akademiyanızda yetişdirilibsə, o zaman oyunçunun bacarıqlarından asılı olmayaraq, oyunçu satılacağı təqdirdə heç bir məbləğ ehtiyat büdcəyə keçirilməyəcək. Bu qayda, həmçinin, komandanıza son iki həftə ərzində transfer olunubsa və hər hansı matçda oynamaq şansı əldə etməyibsə, tətbiq olunacaq.

Transferlər komanda ruhuna təsir edə bilər

Oyunçu alıb satarkən komanda ruhu düşə bilər. Bu hadisənin baş verməsi şansı siz gözəl xasiyyətli oyunçunu satıb murdar xasiyyətli oyunçu aldığınızda artır. Siz gənc oyunçunu komandaya qatıldığı gündən 6 gün ərzində satsanız bu, komanda ruhuna təsir etməyəcək.

Serverlərin söndürülməsi

Serverlər söndürülərsə transfer vaxtı uzadılır və mümkün olan ən yaxın vaxta keçirilir. Nəzərə alın ki, server hər an sönə bilər, buna görə də oyunçuya edəcəyiniz təklifinizi axırıncı saniyəyə qədər saxlamayın. Həmçinin məsləhət görülür ki, oyunçularınızı ümid etdiyiniz ilkin qiymətlə transfer bazarına çıxarasız, çünki planlaşdırılmamış serverlərin sönməsinə görə oyunçunuzun yarı qiymətə satılma ehtimatlı var.

Transfer bazarında dürüst oyun

Pul və yaxşı oyunçular Hattrick-də vacib rol oynayır. Buna görə, transfer siyahısında anormal təkliflərə yol verməmək çox vacibdir. Yəni, şişirdilmiş qiymətlərlə oyunçu almaq qadağandır. Transfer qiyməti oyunçunun bacarıqlarından, yaşından, özəlliyindən və Milli/U21 potensialı olmasından asılıdır.

Game Masterlər qiyməti normal olmayan transferləri ləğv edə, qiyməti normallaşdıra, komandalara cəza verə və hətta istifadəçilərin oyundan uzaqlaştırılma mövzusunda tam səlahiyyətləri var. Əgər oyunçularınızdan birinə dəyərindən çox təklif verilərsə, vəziyyəti GM-lərə bildirin. Game Masterlər ilə əlaqə saxlamaq üçün əlaqə səhifəsindən istifadə edin.

 
Server 071