Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Hattrick elanları

11-26-2020 Yeni U20 Komandaların Seçkiləri

Yanvar ayında biz yeni Dünya Çempionatı sistemini işə salırıq. Bu yeni sistem bir çox yeni funksiyalar ilə bərabər bütün Hattrick liqalarının öz milli komandaları olacaq və bu yeni formatda iştirak edəcəklər.

İlk önəmli addım indi baş verir, biz 16 liqa üçün yeni milli komanda yaradırıq. Bu hadisədə əsas məsuliyyət gələn həftə seçiləcək yeni milli komandaların təcrübəçi məşqçilərinə düşəcək. Bir ay ərzində seçilmiş yeni məşqçilər, skaut sistemini quracaq, potensialı olan oyunçuların siyahısını tərtib edəcək və yeni milli komandalar ilə şəbəkə yaradacaqlar. Heləki, heç bir oyun oynanılmayacaq.
Yanvarın gəlməsi ilə yeni seçkilər bütün liqalar üçün başlayacaq və bütün milli komandalar tam formalaşmaqla bərabər artıq Milli komandalar oyunlar keçirə biləcək, çempionatlarda iştirak edə biləcəklər.

Əgər sizdə Milli Komandanın təcrübəçi milli məşçisi olmaq istəyirsinizsə, öz namizədliyinizi sabahdanç Cümə günü Noyabrın 27-dən verə bilərsiniz.
Bu elections Bazar Ertəsi günü (30 Noyabr) başlayacaq və bir həftə davam edəcək.

Sizin təcrübəçi məşqçi kimi çox vacib bir işiniz olacaq, komandanızı gələcək sezona hazırlamaq. Siz həmçinin gələcək seçkilərdə də namizəd olmaq hüququna maliksiniz və Dünya Çempionatı başlayanda sükan arxasında komandanızı idarə edə bilərsiniz.

Buda bütün yeni milli komandaların formatı və gələcək üçün planları.

São Tomé e Príncipe, Comoros, Sri Lanka, Curaçao, Guam, RD Congo, Ītyōṗṗyā (Ethiopia), Saint Vincent and the Grenadines, Belize, Madagasikara, Botswana, Myanmar, Zambia, San Marino, Haiti and Puerto Rico.

11-19-2020 Salam, Dünya

Bu gün biz World səhifəsinə nəzər yetirəcəyik. Dünya Çempionatının yeni həyəcanlandırıcı formatının gəlməsi ilə bərabər, biz həmçinin Dünya səhifəsinin dizaynını və quruluşunu da dəyişdirdik ki, səhifənin əsasə nöqtəsi davam edən beynəlxalq yarışmaların statusunu göstərmək olsun. Əlavə olaraq, keçmiş çempionların (Burdan hamısına Salamlar!!) siyahısını daha göz önündə etdik və lentə Milli komandaların mətbuat anonslarını əlavə etdik.

Yuxarıdaki dəyişiklikləri, Dünya səhifəsinə kliklədikdə görə biləcəksiniz. Həmçinin siz Dünya səhifəsində sol tərəfdəki menyuda da dəyişikliləri görə biləcəksiniz.

Artıq menyudan daha rahat formada bəzi beynəlxalq yarışları keçid edə biləcəksiniz. Beynəlxalq bölməsinin altında Milli komandalar, Klub Çempionatları bölməsi altında Masters və digər çempionatlar və Milli bölməsinin altından siz daxili liqanıza keçid edə biləcəksiniz.

İnanırıq ki, dəyişiklikəri bəyənəcəksiniz! :)

11-13-2020 Caesar Spor II Hattrik Masters Çempionu

Dünən axşam Seneqaldan Ceaser Spor II ilə Belçikanın Fc Guerez komandaları möhtəşəm Hatrick Masters (668660533) final matçında üz-üzə gəldi.

Çox gərgin keçəcəyi bəlli bu oyunda Fc Guerez kantorada favorit olaraq görsənirdi. Oyunda Ceaser komandasın 32-ci dəqiqədə qırmızı kart alması hər kəsi təəcübləndirdi. Çox gərgin keçən bu oyunda Afrika balaları öz sözlərini dedi. Yekun hesab onların xeyirinə 4-2 bitdi.

Sonda gülən tərəf Afrika cəngavərləri oldu Ceaser oldu.

Gəlin təbriklərimizi Caesar Spor II və baş məşqçilərinə Caesar1 çatdıraq! Əhsən Afrika cəngavərləri!

11-6-2020 Mobil tətbiq etmələrə sevgiylə

Mobil tətbiqimiz üçün yeni bir xüsusiyyət əlavə edirik!

Çoxlu yeni səhifələr əlavə olunub. Siz indi çempionat düzəldə bilər və komandaları dəvət edə bilərsiniz. Həmçinin, oyunçularınızın xüsusiyyətlərinin inkişafını, maaşlarını, zədə tarixçələrini və yadda qalan anlarını görə biləcəksiniz.
Fərdi oyunçuların məşq təxminləei də əlavə olunub Supporters. Siz oyunların cədvəlini, bombardiri və yüksəlmə vəziyyətini də artıq görə biləcəksiniz.

Bəs deyil? Yaxşı. Biz məşq xülasəsini, sizin nailiyyətlərinizi və bayraq kolleksiyasını da əlavə etdik. Və son olaraq, Hattrick nəşri də öz yerində necə var olacaq. Biz artıq sizin oyunların təşkil etməyinizi unutduğunuz halda sizi xəbərdar edə biləcəyik.

Bununla da bitmədi! Tətbiqin dizaynında da dəyişikliklər etdik. Bu dəyişikliklər inanırıq ki, tətbiq etməni istifadə etmədə və səhifələrə keçiddə sizə rahatçılıq yaradacaq.

Və son olaraq bəzi mpvcud səhifələrə də dəyişikliklər etdik. Girin baxın həzz alın :)

Hər zamankı kimi tətbiq etmələr pulsuz olaraq yüklənə biləcək Android həmçinin Apple iOS istifadəçiləri üçün.

Əgər dəyişiklikləri bəyəndinizsə, siz mənim canım girin reytinqdə qiymətləndirib fikirlərinizi bildirin :)

Şərait bizdən, Keyf etmək sizdən ;)

11-4-2020 Məşq prosesi

Bugün biz məşq prosesində bəzi dəyişikliklər etməyi qərara almışıq. İlk olaraq bəzi məşq növlərinin adını dəyişirik.

Daha sonra məşq növlərini kateqoriyalara ayıracayıq. "Fokuslanmış" məşq kateqoriyasına əsas bacarıqlardan biri üzrə məşq prosesi aiddir. "Dərin" məşq kateqoriyasında da bir bacarıq məşq etdirilir lakin məşq prosesi bir qədər uzun olur və məşq alan oyunçuların sayı çox olur. "Kompleks" məşq kateqoriyasında bir neçə bacarıq məşq etdirilir. Buraya "Qapıya zərbələr" məşqi aiddir ki, onun da adını dəyişib "Hücum və standart vəziyyətlər" qoyuruq.

Bu dəyişikliklərin heç biri birbaşa olaraq məşq prosesinə təsir etmir. Sadəcə görünüşdə bir balacaq fərq olacaqdır ki, bu da yeni istifadəçilərin məşq prosesini anlamağa yardımçı olacaq.

10-21-2020 Yay vaxtı bitdi.

Bazar günü səhər yay vaxtı artıq bitəcək və saatlar Mərkəzi Avropa Vaxtına uyğun olaraq 1 saat geri çəkiləcək. Bu o deməkdir ki, 02:00 və 03:00 arasında olan vaxt iki dəfə baş tutacaq. Təbii ki, bütün matçlar, transferlər və bu kimi digər hadisələr yalnız bir dəfə baş tutacaq.

10-12-2020 Hattrick Masters püşkatma

Hattrick Masters gələn həftənin Bazar ertəsi başlayır. Püşkatma mərasimi bugün saat 15:00-da keçiriləcəkdir.

 
 
Server 080