Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

12-5-2012 Məqalə: Avtotəklif

Test başa çatdı - indi biz qürurla avtotəklifi hər kəsə təqdim edirik!

Avtotəklif ilə biz transferi bütün növ menecerlər üçün daha da əlçatan edirik və oyunçuları almaq daha da asan olacaq, çünki onlayn olmağa ehtiyac yoxdur - bəzən əcaib vaxtlarda - komandanız üçün yeni oyunçu almağın xatirinə.

Bundan istifadə etmək üçün, oyunçuya təklif etdikdə sadəcə maksimum təklif təyin edin. Daha sonra sistem özü avtomatik sizin təklifinizi edəcək, maksimum təklifədək lazım olduqca təklifi yüksəldəcək (ən minimum məbləğ ilə). Sizin eyni anda bir aktiv maksimum təklifiniz ola bilər.

Əgər avtotəklifin necə işləməsi barədə daha ətraflı məlumat və misallar əldə etmək üçün, daxildə olanı oxuyun (normal istifadə üçün ehtiyac yoxdur).
Avtotəklif digər normal təkliflər kimi işləyir. Əgər siz maksimum təklif etsəz, sistem avtomatik olaraq lazım olduqca mümkün olan ən aşağı məbləğ ilə (2%, 1000 AZN minimum) təklif edəcək.

Siz maksimum təklifinizi istədiyiniz an dəyişdirə (həm artıra, həm də azalda) bilərsiz, amma siz təbii ki, cari (ən yüksək) təklifinizi geri götürə bilməzsiz. Sizin maksimum təklifiniz ancaq sizə görsənir, digər menecerlər ancaq cari təklifi görürlər.

Əvvəlcədən qeyd edildiyi kimi, sizin eyni anda ancaq 1 aktiv maksimum təklifiniz ola bilər. Əgər sizin maksimum təklifiniz maksimuma gəldidə, artıq avtotəklif sayılmır və siz istəsəz digər maksimum təklif təyin edə bilərsiz.

İndi isə, burada bir neçə xüsusi vəziyyətlər və hər şeyi ədalətli tutmaq üçün ağıllı məntiq quraşdırmışıq. Məsələn əgər hər iki komanda eyni avtotəklif təyin edibsə və ya iki avtotəklif edənlər bir-birilərinə qarşı təklif edirlərsə. Məntiqi izah etmək üçün burada bəzi misallar var:

İki avtotəklif edən bir-birilərinə qarşı
İki avtotəklif edən bir-birilərinə qarşı olarlarsa, ikinci maksimum təklif təklif edən komanda ilk olaraq cari təklifi minimum məbləğlə qaldıracaq. Daha sonra sistem iki təklifi müqayisə edəcək və dərhal qərar verici təklifi edəcək.

Məsələn: Komanda A 50 000 AZN maksimum təklif edir və o vaxta ən maksimum təklif 20 000 AZN-dir. Daha sonra Komanda B 40 000 AZN maksimum təklif edir. Təklif tarixçəsi buna oxşayacaq:

KomandaA - 20 000 AZN
KomandaB - 21 000 AZN
KomandaA - 41 000 AZN

Gördüyünüz kimi, sistem iki təklifi yoxlayır və Komanda A-nın minimum məbləğ ilə Komanda B-nin maksimum təklif (40 000) aralığını buraxır.

Əgər iki komanda eyni təklif edərsə
Əgər iki komanda eyni təklifi edirsə, ilk təklif edən o təklifi götürür. Əgər biz yuxarıdakı misalı Komanda B-nin təklifini 50 000 AZN olaraq dəyişdirib istifadə etsək, buna oxşayacaq:

KomandaA - 20 000 AZN
KomandaB - 21 000 AZN
KomandaA - 50 000 AZN

Sistem təklifləri yoxlayır və maksimumadək təklif hissəsini buraxır. Və maksimum təklif hər iki komanda üçün eyni olduğuna görə, ilk təklif edən təklifi götürür.

Əgər normal təklif aktiv maksimum təklif zamanı baş verirsə
Əgər kimsə aktiv maksimum təklif zamanı normal təklif edərsə, o zaman ilk təklif edən (avtotəklif edən) o təklifi edən olacaq. Sistem avtomatik olaraq digər istifadəçiyə (Komanda B) xəbər verəcək ki, təklif qəbul edilmədi və Komanda A öz təklifini qaldırır. Təklif tarixçəsi buna oxşayacaq:

Komanda A – 20 000 AZN
Komanda A – 50 000 AZN

Əgər kimsə aktiv maksimum təklifdən aşağı normal təklif edərsə, amma aktiv maksimum təklifi 2% qaldırmaq üçün yetərli deyil
Burada da həmçinin sadə qayda olan ilk təklif edən təklifi udur. Yuxarıda olan misaldan istifadə edərək, amma deyək ki, əvəzinə komanda B 49 500 AZN təklif edəcək (Komanda A bu təklifi qaldıra bilməyəcək, çünki maksimumu 50 000-dir). Amma Komanda A ilk təklif edən olduğu üçün o Komanda B-nin təklifini "götürür" (və Komanda B dərhal onun təklifinin yetərli qədər yüksək olmadığı xəbərini alır).

Komanda A – 20 000 AZN
Komanda A – 49 500 AZN
Əgər Komanda B-nın 49 500 AZN-lik avtotəklif idisə, belə olacaqdı:

KomandaA - 20 000 AZN
KomandaB - 21 000 AZN
KomandaA - 49 500 AZN

Tam aydınlaşdırmaq üçün, əgər Komanda A 50 000-i ilk təklif edirsə və əgər Komanda B 50 500-ü təklif edirsə, Komanda A ilk təklif edən olduğu üçün "qalib gəlir" (və Komanda B öz təklifini 2% qaldıra bilmir). Məhz normal təkliflər kimi işləyir.

Avtotəklifdən zövq alın!
 
Server 071