Xəbərlər
4-22-2013
Məqalə: XX Dünya Çempionatı Ev Sahibliyi Yarışması
Ev sahibliyi yarışmasının 7-ci sayısının vaxtıdır. Bu dəfə Dünya Çempionatı XX və ya U-20 Dünya Çempionatı XX ev sahibliyi üçün şans əldə olunacaq: qalib gələn istədiyi birini seçəcək.
Dünya Çempionatına ev sahiblik etmək istəyən ölkələr - cəmiyyətinizi bu işə cəlb edin və niyə sizin ölkənizin Dünya Çempionatına ev sahiblik etməyini bizə göstərin.
Kim?
Biz hər ölkədən 1 namizədlik qəbul edirik. Bir namizədliyin daxil edildiyinə əmin olmaq üçün, ilk öncə bu yerli forumda bəyan edilməlidir. Unutmayın ki, əgər sizin ölkəniz əvvəlcə DÇ-ya ev sahiblik edibsə, o zaman bu sizin namizədliyinizə qarşıdır. Əvvəlki qaliblər Norveç və İsrail, və 2-ci yer sahibləri Finlandiya və Çernoqoriya bu dəfə iştirak edə bilməzlər.
Nə zaman?
Yarış bugündən Çərşənbə Axşamı 7 May HT vaxtı ilə 23:59-a qədər davam edəcək. Daha sonra səs vermə Bazar Ertəsi 13 May-dan Çərşənbə Axşamı 16 Maya qədər davam edəcək, və qalib o ondan sonra elan ediləcək.
Necə?
Rəsmi əlaqələndirici şəxs Hattrick-dəki həmin ölkədən olmalıdır və onlar bunları göndərməlidir:
- YouTube-da yerləşdirilmiş videonuza linki, daha sonra isə Hattrick-in rəsmi YoutuBe Kanalına əlavə ediləcək
- rəsmi namizədliyi təsdiq etmək üçün sizin ölkənizdə olan mövzuya link.
- Əlaqə bölməsi ilə Dünya Çempionatı XX Ərizə başlığı ilə Milli Komanda Administratorlarına məktub yazmaq və orada qalib olacağınız təqdirdə U20 və ya Milli Komanda Dünya Çempionatına ev sahiblik etmək üçün birini qeyd etməlisiz (əmin olun ki, sizə təsdiq məktubu yazsınlar).
Zəhmət olmasa nəzərə alın ki, bu videolar hər kəs tərəfindən baxılacaq, ona görə ən azı İngilis dilində olması vacibdir.
Meyar
Bütün namizədlərin içindən səs vermə üçün 5-ini ictimaiyyətə təqdim edəcəyik. İlk 5-lik bu meyarlara görə seçiləcək:
- İctimaiyyətin fəallığı
- Yaradıcılıq
- İşin keyfiyyəti
Jüri :
Burada 3 səs var:
- Bir səs sizlərdən (öz ölkənizə səs verə bilməyəcəksiz)
- Bir səs Milli Komanda və U-20 Məşqçilərindən
- Bir səs Milli Komanda Administratorlarından
Əgər bərabərlik olarsa, cəmiyyət tərəfindən səs verilən ən yüksək ölkə qalib olacaq.
Qalib Dünya Çempionatı XX və ya U-20 Dünya Çempionatı XX-nin ev sahibliyini seçəcək və 2-ci yerin sahibi digərinə ev sahiblik edəcək!
Hər kəsə uğurlar!