Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

6-18-2013 Məqalə: Hattrick-i daha da mehriban edirik

Bizim çox gözəl cəmiyyətimiz var və mən demək istərdim ki, Hattrick və onun forumları internetdə ən mehriban yerlərdən biridir. Bəzi şeylərdən qürur duyuruq və bəzi şeylərə görə biz oyun rəsmilərinə öz təşəkkürümüzü bildiririk. Amma hər şey kimi, bu da yaxşılaşdırıla bilər. Və biz oyun rəsmilərimizə görə, saytımızın siyasətinə, qanunlarına və qaydalarına yenidən göz gəzdirdik. Biz vaxtınızı səmərli keçirmək üçün daha yaxşı bir yer olmaq üçün çalışırıq və bizim bütün əməllərimizin şəffaf olmasını istəyirik.

Ola bilər ki, bu sizin düşündüyünüz və ya axtardığınız vacib bir şey deyil, bu bizim üçün vacibdir və hər birimizə təsir edir. Və mən sizi əmin etmək istəyirəm ki, biz bunların da üzərində çalışırıq - bizim yeni hesab status səhifəsi ilk görünən addım kimidir.

İndi istifadə etdiyimiz qanunlar və qaydalar aşağı-yuxarı 10 il əvvəl istifadə olunanlar kimidir və bizə çox yaxşı xidmət göstərdilər - bu barədə şübhəmiz yoxdur. Amma o vaxtdan bəri bir çox şeylər baş verib, həm Hattrick-də, həm də bizi əhatə edən dünyada və indi aydındır ki, fərqli zamanda və vəziyyətdə yaratdığımız qanunlar bizə daha yaxşı xidmət göstərmir.

Deməli, ilk özümüzə verdiyimiz suallar, son illərdə öyrəndimiz bir çox məsələləri nəzərə aldıqdan sonra, "biz nə etmişik" və ya "Hattrick-i bugün yaratsaydıq nəyi daha fərqli edərdik" suallarıdır. Və o vaxtdan bəri, biz siyasətimizə, qanunlarımıza, qaydalarımıza yenidən göz gəzdirmişik və indiki Hattrick-ə daha da uyğunlaşması üçün yeniləmişik.

Biz istəyirik indikindən daha da müştəri sevimlisi olaq və bizim rəsmilərin qərarları daha da şəffaf və daha az gizlin olsun. Biz təbii olaraq ev qaydalarımıza (və onlar çox da dəyişməyəcək) sadiq qalacağıq və biz çalışırıq bu qaydalara riayət edilsin, amma biz riayət edilmənin üsullarını dəyişəcəyik. Daha da məntiqli, amma şiddətli olmayan cazalarla. Məsələn birinin düzgün davranmadıqda, oyun içi təsir edəcək bir cəzanın (məsələn pul cəzası kimi) verilməsindənsə, hansısa xidmətinin (məsələn forumun) istifadəsinin qarşısını almaqla dəyişəcəyik.

Bugün biz tam proyektin ilk görünən addımını təqdim edirik, hesab status səhifəsi. İndi, biz bilirik ki, bir çoxunuzun bu səhifəni yoxlamağına ehtiyac duyulmayacaq, amma əgər siz qaydaları pozsaz - burada rəsmilərin hərəkətləri göstəriləcək, tamamilə şəffaf və istifadəçi tərəfindən görülə bilən şəkildə (bu səhifə ancaq sizin tərəfinizdən görülə biləcək). Və biz hansısa qərarın niyə verilməsini və nəticələrini daha da ətraflı izah edə biləcəyik. Hələlik ancaq forum pozuntuları üçün istifadə ediləcək, amma daha sonra oyun/sayt qaydalarının pozuntuları üçün də istifadə ediləcək.

Bununla bərabər bizim moderatorlar yeni daxili qaydaları "təqdim edəcək". Biz həmçinin hər kəsin forum qadağasını siləcəyik (son xəbərdarlıq verilənlərdən başqa), ona görə hamımız təmiz başlayacağıq. Həmçinin, bunlar da qeyd olunmalıdır:

-Əgər qadağan edilsəz, sizin qadağa izləyiciniz həmin forum təhqiri (yüngül, orta, ağır) üçün bir pillə irəli gedəcək.

-Moderator daha qadağa müddətini təyin etməyəcək. Moderatorlar "sadəcə" qaydanın həqiqətən pozulmasına və hansı kateqoriyaya aid edilməsinə qərar verəcək. Sistem həmin təhqirə görə qadağa izləyicisini bir addım irəli göndərəcək və əlaqəli qadağanı göstərəcək.

-Əgər qadağa alsaz, sadəcə forum qaydalarına hörmət etməklə (daha yaxşı davranışla) zaman keçdikcə (vaxt qayda pozuntusundan asılı olacaq) qadağa izləyicisi avtomatik təmizlənəcək.

-Əgər siz forum qadağası alsaz, siz foruma həmin qadağa vaxtı ümumiyyətlə daxil ola bilməyəcəksiz (nə oxuya, nə də yaza biləcəksiz).

Siz bilməlisiz ki, bu "qayda yenilənməsi" bir gecədə baş verən bir şey deyil, bu vaxt alacaq bir prosesdir (ən tezi, ilin sonunadək davam edən). Həmçinin, bu işin bir çox hissəsi daxilidir və bir çoxunu görməyəcəksiz. Amma sonda siz onları görəcəksiz. Hər kəs üçün, illərdir oynayanlar və sabah qoşulan yeni istifadəçilər üçün.
 
Server 070