Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

8-2-2013 Məqalə: Hattrick Nümayəndələri

Hattrick-də bizə hər zaman daha çox iş görmək arzusunda olan istifadəçilər müraciət edirlər. Yerli Hattrick ictimaiyyətinə kömək etməyə dair böyük ideyaları olan insanlar və s. Beləliklə, bu cür istifadəçilər üçün xüsusi platformarma yaradırıq ki, onlar öz arzularına həyata keçirə bilsinlər: Hattrick Nümayəndələri.
Hattrick-də bizə hər zaman daha çox iş görmək arzusunda olan istifadəçilər müraciət edirlər. Yerli Hattrick ictimaiyyətinə kömək etməyə dair böyük ideyaları olan insanlar və s. Beləliklə, bu cür istifadəçilər üçün xüsusi platformarma yaradırıq ki, onlar öz arzularına həyata keçirə bilsinlər: Hattrick Nümayəndələri.

Müəyyən bacarığa malik olanlar qəbul oluna bilərlər. Hər ölkədən bir və ya iki Nümayəndə olacaq və onlar öz müvafiq ictimaiyyətlərinin təmsilçisi kimi çıxış edəcək. Müəyyən səviyyədə Nümayəndələr artıq öz yerli Hattrick ictimaiyyətlərinə cəlb olunmalı idi və maraqlı əhvalatları tapıb onların barəsində yazaraq bütün dünyaya çatdırmalıdırlar. Həmçinin Nümayəndələr oyunun tanıdılmasında da bizə köməklik edəcəklər, məsələn öz ölkələrində reklam yerləşdirmək üçün ən yaxşı yerləri seçməkdə. İngilis dilini yaxşı bilmək tələblərimizdən biridir.

İctimaiyyətlərdə əlagələri yaxşılaşdırmaqla birgə Nümayəndələr yerli Hattrick ictimayyətinin inkişafında köməklik etməyə maraq göstərməlidirlər. Yerli hadisələri reklam etməyə və onları ictimaiyyətin digər üzvlərinə çatdırmağa cəlb olunmalıdırlar. Hər Nümayəndə məqsədə doğru yönəldilmiş, nəzakətli və münasibət yaradan və hekayəçi olmalıdır. Əlavə olaraq, siz öz ictimaiyyətinizin nümayəndəsi olacaqsız və bu səbəbdən hər zaman nəzakətli və hörmətçil olmağınız məcburidir!

Əgər düşünürsüz ki, bu, məşğul olmaq istədiyiniz fəaliyyətdir və ölkənizin ilk Nümayəndəsi olmaq üçün ərizə göndərmək istəyirsinizsə, o zaman Baş Nümayəndlər ilə əlaqə saxlamaq üçün əlaqə bölməsindən istifadə edin və bu suallara cavab verin (ingiliscə):
• Niyə Hattrick Nümayəndəsi olmaq istəyirsiniz?
• Sizcə hansı bacarıqlarınız sizi bu vəzifə üçün mükəmməl namizəd edir?
• Əvvəllər Hattrick ictimaiyyətində hansı fəaliyyətlə məşğul olmusunuz. Mətbuat məqalələrini, forumları və etdiyiniz hər bir işi link şəklində qeyd edə bilərsiniz.
• Oyundan kanarda Hattrick-i necə inkişaf etdirməyə dair fikirləriniz varmı? Bu, çox da vacib deyil, lakin əgər varsa, onları eşitmək yaxşı olardı.
• Oyunun Masterləri və Moderatorlarla qadağa/cərimə ilə nəticələnən hər-hansı mənfi təcrübəniz olubmu.

Nümayəndə kimi hənsı öhdəlikləri üzərinizə götürəcəyinizə dair ətraflı məlumat almaq istəyirsinizsə aşağıdakılara nəzər salın, həm də unutmayın ki, Nümayəndə kimi müəyyən məsələlərə təsir edə biləcəksiniz. Bis sizə burada kömək edəcəyik!

Birinci qrup Nümayəndələri üçün yerlər təxminən iki həftə ərzində, Çərşənbə 20 avqust tarixədək açıq qalacaq. Və müvəfəqqiyyətli olduğunuz halda sizlə əlaqə saxlayacaqlar. Uğurlar!

Nümayəndənin vəzifələri:

• Yerli Hattrick cəmiyyətində baş verən maraqlı əhvalatları aşkar edin və onların barəsində yazın və ya onların haqqında yazanları dəstəkləyin ki, Hattrick Mətbuatında və ya Birləşmiş Hattrick-də dərc olunsun.
• Yerli ictimaiyyətin daxilində müsabiqələr keçir və ya keçirməyə köməklik et, məsələn Milli Komanda müsabiqələri və mövsüm sonu təklifləri.
• HT komandası üçün Hattrick-in inkişafı yerlərini/üsullarını müəyyən edin. Nümayəndənin ölkəsində əlaqə siyahısını yaradın ki, Hattrick müxtəlif marketinq strategiyaların köməyi ilə oyunu inkişaf edə bilsin.
• Daha rəsmi şəkildə yerli görüşləri təşkil edin və ya onlarda iştirak edin. Tədbirlərdə Hattrick-in rəsmi nümayəndəsi kimi iştirak edin və istifadəçilərin firkirlərinə dair hesabat verin və təcrübə haqqında yazın.
• Digər Nümayəndələrlə məlumatları, məsləhətləri və əhvalatları bölüşün və proqramın inkişafı üçün birgə çalışın. Əlavə olaraq qlobal nəşrlər üçün ən maraqlı yerli mövzuları da axtarın.
• Şəxsi ictimai mətbuatda Hattrick haqqında məlumatları yayın və ya Nümayəndələrin yazdığı maraqlı əhvalatları bölüşün.
 
Server 071