Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

11-8-2013 Məqalə: Yeni Supporter Qiymətləri

Bu gün biz Hattrick Supporter üçün yeni qiymətləri elan edirik, həmçinin abunələrin avto-yenilənməsi imkanı. Dəyişikliklər 14 Noyabrda qüvvəyə minəcək.
Artıq bildiyiniz kimi, avqustda biz Hattrick oyununa məxsus bütün hüququları yenidən aldıq. Bu ona görə baş verdi ki, 18 ay öncə oyunu satdığımız Zattikka müəyyən maliyyə problemləri ilə üzləşdi və onun maliyyə gəlirləri tükəndi. Geri qayıtmağımıza çox şadıq və son bir neçə ay ərzində sərbəst şirkətə keçid mərhələsi, məhsullarımızın planlaşdırılması və ümumiyyətlə biznesimizin gedişatına nəzarət etmək kimi işlərlə məşğul idik.

Problem ondadır ki, müflisləşməzdən öncə, Zattikka ona Supporter-ə görə ödənilmiş bütün məbləği sərf etmişdir. Bu məbləğ Zattikkanın qrupuna adı gəlir kimi daxil olmuşdu və həmin məbləğin hamısını istifadə etmişlər. İndi nə Zattikka var, nə də ki pul. Bu o deməkdir ki, Hattrik-i yenidən idarə etməyə başlayanda bizim Supporterlərə böyük borclarımız var idi. Başqa sözlə, bizim çox saylı Supporterlərimiz hələ illər boyu öz yazılışlarını istifadə edəcəklər, lakin biz yenilənmənin zamanı gəlməyənə qədər heç bir gəlir əldə etməyəcəyik. Zattikka sərt şəkildə Supporterləri endirimlə satdığına görə, sistemdə olduqca çoxlu Supporterlər mövcuddur və biz bilirik ki, bizim gəlirlərimiz hələ uzun müddət ərzində əvvəlkindən xeyli aşağı olacaq.


Gələcək illər ərzində Hattrick-i idarə etmək üçün nə edə biləcəyimizi görmək məqsədilə biz vəziyyəti təhlil etdik. İstəyimiz odur ki, Hattrick-in bugünkü və gələcək etibarlı gəlirini təmin edək. Hamıya məlumdur ki, Hattrick artıq böyüyən oyun deyil və biz istəyirik ki, balaca oyun olsaqda belə, fəaliyyət göstərə bilək. Bunu etmək üçün biz oyuna daha çox maraq göstərən istifadəçilərin hesabına gəlirlərimizin artırılması yollarını axtarmalıyıq.

Nəzərə almaq istəmədiyimiz bəzi variantlar mövcuddur.

Biz Hattrick-i pullu oyun etməyəcəyik. Ən pis halda öz xərclərimizi azaltmağa və ödəməyən istifadəçiləri Supporter olmağa “məcbur” etməyə çalışacayıq. Lakin əslində biz bunu heç də etmək istəməzdik, çünki biz həmişə söz vermişik ki, Hattrick pulsuz oyun olacaq.

Oyunda müəyyən üstünlüklər verən yeni ödənişli funksiyaları daxil etməyəcəyik. Biz Hattrick-in sədaqətli oyun olmağını istəyirik, harada ki sizin pul ödəyən oyunçular kimi oyunda qalib ollmaq şansınız olacaq, bəlkə də buna nail olmaq üçün daha çox vaxt sərf etməli olsanız da belə. Hər-halda biz bu addıma əl atmayacayıq.

Əvəzində Supporter-in qiymətini artırmaq qərarına gəldik. Yani qiymət xeyli artacaq.

Bilirik ki, qiymətlərin artması heç kəsin xoşuna gəlmir, lakin biz onu da bilirik ki, əslində illər ərzində Supporter-in qiyməti bu cür xidmətlərə görə istifadəçilərin ödəməyə hazır olduqları qiymətdən xeyli aşağı olub. Biz qiymətləri təhlil etdik və gördük ki, əlavə gəlirlərin əldə edilməsi üçün addım atmağın vaxtı çatıb.

Bu, bizə oyuna və Supporter-ə qoyuluş etməkdə köməklik edəcək və oyuna təhlükəli yeni modellərin daxil etməsindən bizi daşındıracaq. Hal-hazırda Supporter-in heç bir yeni versiyası olmadığına görə gələn il ərzində Supporter-in yaxşılaşdırılması əsas məqsədlərimizdən biri olacaq.

Platin Supporter meydana gələndə, məqsədimiz o idi ki, bu, eksklüziv yazılış növü olmaqla Supporter-lərin ümumiayının 25%-dən artığını təşkil etməyəcək. Bu gün, Supporter-lərin 50%-dən çoxu Platin-dir və bu onu göstərir ki, iki dəstin qiyməti demək olar ki, çox oxşardır. Biz istəyirik ki Qızıl daha dəyərli dəst olsun və buna görə Platin dəstin qiymətini təxminən 25-30% artırmaq qərarını verdik.

Qiymətlərin artırılması ilə birgə biz avtomatik aylıq ödənişləri istifadə etməklə ödəniş etmənin yeni üsulunu təqdim edəcəyik. Ümidvarıq ki, yeni yazılış üsulu əvvəlcədən edilən illik ödənişlərdən azad edərək Hattrick-in gələcək inkişafını dəstəkləməkdə daha cəlbedici olacaq. Gümüş Supporter-lər üçün aylıq yazılışın qiyməti 3.50 avrodan az, Qızıl üçün- 7 avrodan az, Platin üçün isə 9 avrodan az olacaq. Hələ də birdəfəlik Supporter ödənişi mümükün olacaq, 6 aydan 9 ayadək, və böyük endirimlə. Həmçinin, aşağı gəliri olan ölkələrdə istifadəçilər üçün aşağı qiymətlər olduğu kimi qalacaq.

Yeni qiymətlər və avto-yenilənmə 14 Noyabra kimi təqdim edilməyəcək, ona görə bu bütün istifadəçilərimizə növbəti 6 gündə Supporter abunəliklərini köhnə qiymətə uzatmaq şansı verir.

Bir daha vurğulayaq ki, biz anlayırıq ki, bu dəyişikliklər heç də müsbət hal deyil, amma düşünürük ki, Hattrick-in uzun müddətli yaşaması üçün zəruridir və sizin bunu anlayışla qarşılayacağınıza ümid edirik.
 
Server 070