Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

12-13-2013 Məqalə: XXI DÇ-yə Ev Sahibliyi Yarışması

Dünya Çempionatının ev sahibliyinin 8-ci yarışmasına başlamaq zamanıdır. Bu dəfə XXI Dünya Çempionatı və XXI U-20 Dünya Çempionatına ev sahiblik etmək şansını qazanmaq olar. Qaliblər istədikləri yarışa ev sahibliyi edə biləcəklər.
Kim?
Biz hər ölkədən bir namizədlik qəbul edirik. Yalnız bir namizədliyin qəbul edilməsi üçün yerli forumda mövzu açılmalıdır. Nəzərə alın ki, əgər ölkəniz əvvəllər DÇ-yə ev sahibliyi edibsə, o zaman namizədliyiniz sizə qarşı ola bilər. Əvvəlki qaliblər Tunis və Norveç, və 2-ci yer sahibləri İtaliya və Çernoqoriya bu dəfə iştirak edə bilməzlər.

Nə zaman?
Yarış bugündən başlayacaq və Bazar günü Dekabrın 22-si HT Vaxtı ilə 23:59-a kimi davam edəcək. Səsvermə Bazar ertəsi Dekabrın 23-ündən Cümə Axşamı Dekabrın 26-sına kimi davam edəcək və qalib ondan sonra elan ediləcək.

Necə?
Namizədli üçün əlaqə saxlayan rəsmi şəxs həmin ölkədən olmalıdır və bunları göndərməlidir:

- videonun linki, YouTube-da yerləşdirilən, və daha sonra Hattrick-in rəsmi YouTube kanalına yerləşdiriləcək.

- ölkə forumunda açılan rəsmi mövzuya link

- əlaqə səhifəsi vasitəsilə Milli Komanda Administratorlarına (NTA) "Dünya Çempionatı XXI Namizədliyi" adı altında məktub göndərmək və qalib gəldiyiniz an hansı yarışa ev sahibliyi etmək istəyinizi yazmaq (əmin olun ki, təsdiq məktubu alasız)

Zəhmət olmasa nərəzə alın ki, bu videolar ümumdünya olacaq, ona görə İngilis dili mütləqdir.

Meyar
Bütün göndərilənlərin içindən Hattrick ictimaiyyətinin səs verməsi üçün 5-ini seçəcəyik. Namizədliklər bu meyarlara görə seçiləcək:

- Cəmiyyətin cəlb edilməsi
- Kreativlik
- İşin keyfiyyəti

Jüri
3 səs var:

- Bir səs ictimaiyyətdən (siz öz ölkənizə səs verə bilməzsiz)
- Bir səs Milli və U-20 məşqçilərindən
- Bir səs Milli Komanda Administratorlarından

Bərabərlik olarsa, ictimaiyyət tərəfindən ən yüksək səs verilən qalib gələcək.

Qalib XXI DÇ və XXI U-20 DÇ-yə ev sahibliyi etmək üçün seçim şansı əldə edəcək və ikinci pillənin sahibi digərini seçəcək!

Hər kəsə uğurlar!
 
Server 070