Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

8-18-2015 Məqalə: Növbəti mövsüm üçün oyun motorunda olan dəyişikliklər.

Əvvəlki məqalədə təqdim olunmuş yeni oyun motoru kodları indi bir neçə həftəlik turnirlərdə istifadə olunacaq və biz bunu sizin rəyləriniz əsasında qiymətləndirəcəyik. Buna əsaslanaraq, növbəti mövsümün əvvəlindən başlayaraq bütün matçlarda istifadə olunacaq ən son versiyaya bəzi dəyişikliklər edəcəyik.
Qapıçılar: Heç bir dəyişiklik yoxdur.

Müdafiəçilər: Hücuma meyilli müdafiəçilərin yarımmüdafiə keyfiyyəti 21% əvəzinə indi yalnız 14% olacaq.

Cinah müdafiəçiləri: Biz cinah müadfiəçilərinin oyun tərzinə bəzi kiçik dəyişikliklər etmişik. Bunlar medafiəyə meyilli və ya yarımmüdafiəyə meyilli oynamaqlarıdır. Bu onların müfafiə və yarımmüdafiə keyfiyyətlərindən asılıdır. Hər iki keyfiyyətləri digər oyunçularla mübarizə aparmaqları üçün biraz artırılıb.

Cinah yarımmüdafiəçiləri: Normal və hücuma meyilli cinah yarımmüdafiəçilərinin cinah keyfiyyətləri 13-14% əvəzinə 10% azalacaq. Digər keyfiyyətləri isə əvvəlki məqalədə yazıldığı kimi olacaq.

Yarımmüdafiəçilər: Heç bir dəyişiklik yoxdur.

Hücumçular: Biz burada yan hücumçularda heç bir dəyişiklik etməməyi qərara aldıq. Cinah keyfiyyətinin ikiqat artırılması oyun motorunun balansda qalmasına mənfi təsir göstərir. Yan hücumçular əvvəlki kimi oynayacaqlar. Lakin, biz cinaha istiqamətləndirilmiş hücumçuların oyun keyfiyyətlərində bəzi nizamlamalar etmişik. Köhnə versiyadan fərqli olaraq indi onlar özlərinə yaxın cinahda bir qədər cinah keyfiyyəti və özlərinə uzaq olan cinahda isə bir qədər ötürmə keyfiyyəti əldə edəcəklər.

Yekunda bu dəyişikliklər vasitəsilə futbolçuların individual keyfiyyətlərini əvvəlkinə nisbətən nizamlamaq qərarına gəldik. Bununla yanaşı biz bu keyfiyyətlərin oyuna verdiyi pozitiv nüansları və ümumi oyun motorundakı balansı itirməməyə çalışdıq. Və düşünürük ki, biz artıq bunu bacardıq.

Ən qısa zamanda oyun qaydaları yenilənəcək və bu dəyişikliklər qeyd olunacaq.
 
Server 070