Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

2-12-2016 Məqalə: Yeni canlı izləmə və başqa xüsusiyyətlər

Biz sizə yaz aylarına təsadüf edən növbəti yenilənmədə baş verəcək böyük layihə, böyük dəyişiklik barədə daha çox danışacayıq. Həmçinin üzərində işlədiyimiz bir qrup kiçik dəyişikliklər barədə və oyunun maliyyə durumu barədə məlumat verəcəyik.
Keçən il oyunçuların oyuna göstərdiyi təsirlərdə və heyət üzvləri sistemində böyük dəyişikliklər etmişik, oyunun daha da stabilləşməsi və daxili iqtisadiyyatın daha stabil olması üçün bir çox işlər görülmüşdür. O vaxtdan etibarən Hattrick-də arxa planda olduqca çox iş görülmüşdür. Hattrick-də oyun simulyasiyasını təmin edən və oyunu daha müasir edən proqram təminatı yenilənmişdir. İstifadəçilər üçün bu dəyişikliklər qısa vaxt ərzində hiss olunmayan şəkildə olmalıdır, lakin bu bizim oyunqurucu komandamız üçün böyük hadisədir. Belə ki, Hattick-in kodu ilə işləmək – yeni xüsusiyyətləri yaratmaq, oyunda olan səhfləri tapıb düzəltmək, yeni işçilərə təlim vermək daha da asanlaşır və bu Hattrick motoru ilə işləyən hamı üçün müsbət haldır.

Həmişəki kimi köhnə sistemdə çox vaxt ilişib qalsaq, istifadəçilər üçün yeni, fərqli bir sistem yaratmaq üçün çox həvəsli oluruq. Yaz aylarına Hattrick-də nəzərdə tutulan böyük layihə də bizim çoxdannan can atdığımız bir işdir və hal-hazırda bu layihə üzərində işləmək daha da asanlaşıb. Canlı matç izləmələrinə aid olan böyük dəyişiklik üzərində işləyirik, onu daha maraqlı, informativ və interaktiv edəcək yollar axtarırıq. Başqa sözlə daha əyləncəli matç izləmələri sizləri gözləyir. (biz 3D görüntü etməyi planlaşdırmırıq, bunun barədə düşünməməyi üstün tuturuq.)

Yeni matç görüntüsü daha vizual olacaq və “real zaman” hissi yaradaraq indiki görüntüdən daha üst səviyyədə olacaq. Bizim məqsədimiz oyunu daha da əyləncəli və maraqlı etməkdir. Həmçinin sizin klubunuz və onun ətrafında olanlar – liqa, kubok, qrup cədvəli və s. barədə daha güclü fon yaratmaq istəyirik. Bizim bu layihənin birinci versiyasını tam bitirə bilməyəcəyimiz barədə fikirlərimiz də var lakin, bu yayın əvvələrində indikindən daha möhtəşəm bir iş təqdim edəcəyimizi fikirləşirik.

Həmçinin bizim bir neçə kiçik layihələrimiz də var.

Növbəti mövsümdən başlayaraq biz matçlarda tamamilə yeni dinamik sistem istifadə edəcəyik. Komandanın hesabda irəli və ya geri olarkən oyun üslubunun necə olacağı barədə əlavə məlumat almaq üçün qaydaları oxumanız xahiş olunur.

Mövsüm ərzində baş verəcək kiçik dəyişikliklərdən bacarıq və reytinqlərin “ilahi” səviyyədən də üstün olmaqlarıdır. İlahidən bir pillə yuxarı İlahi(+), iki pillə yuxarı İlahi(++), üç və daha çox pillə yuxarı isə İlahi(+3), İlahi(+4) və s.

Təlimatçı sistemi Hattrick-ə üzv olan yeni istifadəçilərin öyrədilməsində çox böyük effekt vermişdir. Beləcə həm təlimatçıların, həm də təlimat alanların motivasiyasını yüksəltmək üçün bu bölmədə də bəzi yenilənmələr planlaşdırılmışdır.

Həmçinin Millik Komandalar sistemində də bəzi irəliləyişlər olacaq. Burada əsas dəyişiklik o olacaq ki, Milli məşqçiləri əvvəlki kimi yaşı ötmüş futbolçular olmayacaq. Əvəzində bütün milli komandalar eynisəviyyəli məşqçiyə və keçən yayda yaradılmış taktiki köməkçi sisteminə malik olacaq. Bu daha ədalətli olar. Biz həmçinin yeni matç təlimatları pəncərəsi yaradırıq ki, bu zaman oyunun başlamasına 4 saat qalmış komandanın heyətinə hər hansı dəyişiklik edildiyi zaman bu dəyişiklik milli məşqçiləri də daxil olmaqla hamı üçün görünməz olacaq. Bu hal oyun vaxtları gecə saatlarına düşən milli komandaların məşqçiləri üçün əlverişli olacaq. Biz həmçinin milli matçlara canlı reytinqlər və xüsusi link əlavə edəcəyik ki, bu link vasitəsilə oyun gedən zaman istifadəçilər milli matçları reklam edə bilərlər.

Xülasə, keçən il dəyişikliklərə və iqtisadiyyata etdiyimiz yeniliklər: Klub gəlirləri və klub xərcləri arasında balanslaşdırma sistemi stabilləşdirilib. İnanırıq ki, bütün bunlar məşq sürətində etdiyimiz dəyişikliklə bərabər transfer bazarının da daha çox inkişaf etməyinə səbəb olacaq. Bundan başqa iqtisadiyyatda digər dəyişikliklər planlaşdırılmayıb lakin, biz həmişəki kimi hadisələri daim nəzarətdə saxlayırıq.
 
Server 070