Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

8-8-2016 Məqalə: Yeni Canlı Matç İzləmə Sistemi!

Hattrick-in yeni canlı matç izləmə sistemini təqdim etməyin vaxtıdır. Bu bizim bu il ərzində üzərində işlədiyimiz ən böyük layihədir. Bizim məqsədimiz matçların canlı izləməsini daha da baxımlı və daha da həyəcanlı etmək idi. Həmçinin izlədiyiniz istifadəçilərlə əlaqə saxlamaq üçün yeni çat sistemi də işə salınacaq. Bütün bunlar yeni, rəngarəng, müasir dizaynda işlənilmişdir və biz ümid edirik ki, hər bir istifadəçinin ürəyincə olacaq.
Matç məruzəsi Hattrickin ürəyidir və 20 ildir ki, mövcuddur. Tamamilə yavaş hərəkət edən matç məruzəsi təccüblüdür ki, bir çox istifadəçilərimizin xoşuna gəlir və bir çoxları saytda canlı izləyirlər. Bir çoxları isə bugünlərdə mobil tətbiqetməmiz və ya mobil bildirişlərindən istifadə edərək matçları izləyirlər. İllərlə Hattrick üçün 3D izləyən istifadəçilərə qarşı çıxmışız, çünki matç motorunun üzərində olan sadəcə estetik bir görünüş olacaqdı və düşünürük ki, bir müddət sonra istifadəçilər bundan bezəcəklər. Əgər biz matç təcrübəsini yaxşılaşdırmaq istəyiriksə, bunu Hattrickin güclü oyun olması kimi etməyə çalışacağıq.

Yeni canlı şərh

Ona görə də matç izləməsində dəyişiklik etmək qərarına gəldik və yazı məruzələrini dəyişməyi qərara aldıq. Biz canlı matçlara baxarkən yaşadığınız təcrübələrə uyğun tamamilə yeni canlı şərhçilik əlavə etdik. Bu şərhçilikdə hadisələr saniyəbəsaniyə məruzə olunacaq. Hadisələr isə şaxələnmiş şəkildədir. Məsələn hadisələr eyni cürə başlaya bilər, ancaq son saniyəyə qədər sonluğu fərqli ola bilər.

Biz həmçinin tamamilə yeni hadisə növlərini əlavə etmişik. Şərhçilər cari oyunun durumu haqqında fikirlərini bildirəcəklər - məsələn qalib gələcəyi və ya məğlub olacağı təqdirdə komandanın çempion olmaq şanslarını və ya oyun zamanı hər hansı bir oyunçunun hər hansı bir nailiyyət əldə etdiyi barədə məlumat. Əsas məqsədimzi həmçinin tamamilə ölü vaxt kəsiklərində maraqlə şərhlər əlavə etmək idi ki, bunlar da canlı oyuna baxmaq təcrübənizi yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

Bir çox hadisələr real oyunlarda baş verənlərə uyğun olması üçün yenidən işlənilib və dəyişdirilib. Məsələn, oyunda baş verən zədələr haqqında məlumat həkimlərin məlumatından sonra bildiriləcək. Və oyuna gələn azarkeşlərin sayı matçın əvvəlində deyil, matçda bir müddət sonra bilinəcək.

Cari şərhçilik isə necə var elə də saxlanılacaq və oyundan sonrakı icmal üçün istifadə olunacaq. Yeni canlı matç izləmə sistemi daha da zəngin və məlumat dolu olacaq, ancaq matçın bitmə vaxtından 1 həftə sonra silinəcək.

Əlavə olunmuş vaxt

Matçların vaxtlarını daha da yaxşılaşdırmaq üçün Hattrickə əlavə olunmuş vaxtlar əlavə etdik. Əgər matçda çoxlu hadisələr baş veribsə, hakim matçın sonuna bir neçə dəqiqə əlavə edə bilər! Normal vaxtda baş verə biləcək hadisələrin əlavə vaxtlarda baş vermə şansları çox azdır. Əlavə olunmuş vaxtın miqdarı matçın necə hadisə dolu keçdiyinə bağlı olacaq və təbii ki, oyunun sonuna yaxına hakim tərəfindən bildiriləcək.

Bütün qol imkanlarının göstərilməsi

Bugünə kimi, matçda baş verən bütün hadisələrin hamısı heç də məruzə olunmur. Yeni canlı matç izləmədə, biz, bütün hadisələri göstərəcəyik. Matçı canlı izləməyən istifadəçilər üçün də həmçinin matç sonrası icmalda bu qol imkanları haqqında məlumat veriləcək.

Daha qısa fasilə

Fasilə zamanını 5 dəqiqə etdi. Biz həmçinin ümumiyyətlə Hattrickdə oynanılan matç sürətini də azaltmaq istədik, məsələn 90 dəqiqə oynanılan matçın 30 dəqiqədə oynanılması kimi. Ancaq bunu hələlik etməyəcəyik. Biz, ancaq, matçları yenidən canlı izləmə üçün sürətli funksiya əlavə edəcəyik və görək istifadəçilərimiz buna necə reaksiya verəcək.

Meydança görünüşü

Yeni canlı matç izləmənin vizual elementlərindən biri futbol meydançasının görünüşüdür və bu meydançada hər iki komandanı, onların oyunçularını və cari düzülüşü görə bilərsiz. Həmçinin hava, ehtiyat oyunçular skamyasında olan oyunçular və hal-hazırda hücumun haradan baş verdiyini göstərən hadisələrlə bağlı dinamik qrafika əlavə etmişik. Meydançanın 3 tabı var. Bunlara düzülüşün görünməsi, sektorlar üzrə dəyərlərin və oyunçuların dəyərlərinin görünməsi daxildir. Komandaların real vaxtda hansı dəyərlərə sahib olduqlarını görmək üçün bu statistikaların hamısı canlıdır.

Oyunçu vərəqələri və komanda vərəqələri

Canlı matç izləmənin içində olduqda, komandanın və ya oyunçunun adına tıkladıqda saytda oyunçunun statik səhifəsinə göndərməyəcək, bir başa izləmənin içində məlumatları göstərəcək. Vərəqələr haqqında məlumat isə oyunda baş verən hadisələrə uyğun yenilənəcək. Bu isə öz oyunçularınızın durumu və ya rəqibin statistikaları haqqında matç izləməsini tərk etmədən görməyə imkan verəcək.

Digər matçları izləmə

Əvvəllər olduğu kimi, siz, təbii ki, canlı izləməni istifadə edərkən digər matçları da izləyə biləcəksiniz. Biz, bu səhifəyə sizə maraqlı gələ biləcək matçların təklif olunması funksiyasını yaratdıq. Məsələn bu istər ölkənizin vacib Milli Komandasının matçı, istərsə də liqanızda oynanılan digər matçlar ola bilər. Matçı izləmə səhifəsini açdıqda və ümumi görünüşü tərk etdikdə, bütün izlədiyiniz matçların cari hesabları meydança görünüşü üzərində hesab tablosunda göstəriləcək.

Çat

Çat sizə sizinlə eyni vaxtda onlayn olan istifadəçilərlə ünsiyyət yaratmağa imkan verəcək. Çatlar aktiv matçlara və ya yarışlara bağlıdır. Siz, izlədiyiniz matçın çatlarında yazılan hər şeyi oxuya bilərsiniz, ancaq yalnız o yarışda iştirak etdiyiniz təqdirdə çata yaza bilərsiz. Liqanız üçün bütün matçların ortaq çatı var və liqanızda olan digər istifadəçilərlə danışa bilərsiniz (ancaq həmin divizionun digər liqalarında olan istifadəçilər deyil). Kubokda, hər mərhələdə keçirilən hər matçın öz çatı olacaq, ancaq final mərhələlərində kubokda mübarizə aparan klublar və menecerlər üçün açıq olacaq. Şəxsi turnirlərdə, bütün iştirakçılar bir-biriləri ilə əlaqə saxlaya bilərlər. Veb çat otaqları mobil çat otaqları ilə sinxronlaşdırılıb və bir yerdə başladılan müzakirə digə yerdə davam etdirilə bilər.

Yeni sistem necə işə salınacaq

Yeni canlı matç izləmə sisteminə çoxlu əmək sərf olunub və bu əsasən də yeni sistemlə bağlı olan yazılara aiddir - hamısı 0-dan yazılıb və bizim fantastik Dil Administratorlarımız (LA) üçün çoxlu işə gətirib çıxarıb. Onlar isə öz növbəsində o yazıları öz dillərinə tərcümə ediblər. Ancaq bir çox LA-lər bu işi tamamilə bitirə bilməyiblər və buna görə də, hər dil üçün yeni sistemin işə salınması fərqli etmişik.

Yeni canlı matç izləməyə daxil olduqda, əgər mövcuddursa, sizin diliniz avtomatik görsənəcək. Əgər mövcud deyilsə, İngilis dilini seçmə imkanı veriləcək və ya istədiyiniz digər bir dili seçə biləcəksiniz. Bu dəyişiklik sadəcə canlı izləmə üçün tətbiq olunacaq və bütöv sayta tətbiq olunmayacaq. Sizin yerli diliniz isə tam hazır olduqda dərhal işə salınacaq və siz heç bir şey etməli deyilsiniz.

Əgər siz müvəqqəti olaraq digər dili istifadə etmək İSTƏMİRSİZSƏ, o zaman siz hələ də canlı matç izləmə sistemini istifadə edə bilərsiniz, ancaq bu izləmə sistemi yeni canlı hadisələrin əvəzinə adi "oyun-sonrası" növdən istifadə edəcək.
 
Server 070