Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

5-9-2017 Məqalə: Xüsusiyyətlər və Xüsusi Hadisələr üçün Yeni Çərçivə

Xüsusiyyətlər üçün olan yeni sistem daha da balanslaşdırılıb və menecerlərə daha çox taktiki seçim imkanı verir

Dəyişmənin əsas məqamı xüsusi hadisə yaratmaq üçün daha şəffaf bir yolun olmasıdır. Bütün mövcud xüsusiyyətlərin effektində dəyişiklik, iki yeni unikal oyunçu rolu və yekunda yeni bir xüsusiyyətin təqdimatı.
Gəlin yeni funksiyaları araşdıraq:

Yeni xüsusiyyət və yeni unikal rollar

Yeni xüsusiyyəti təqdim edirik “Oyunçuya dəstək”, köhnə “Regainer”-i yeniləmə və iki unikal rol “Güclü hücumçu” və “Oturaq yarımmüdafiəçi”.

Bacarıqlar və Xüsusiyyətlər arasında güclü bağlantı

İndi xüsusi hadisə zamanı futbolçunun bacarıqları onun xüsusiyyətinə daha çox təsir edəcək.

Nəsil prosesi

Ən mühüm dəyişiklik onunla bağlıdır ki, hansı xüsusi hadisənin və nə vaxt baş verəcəyinə qərar vermək.

Bugün motor ilk olaraq hansı komandanın xüsusi hadisə qazanmasını seçir, onlardan birinə daha çox topa nəzarət və qələbə şansı verir. Bu qərar verildikdən sonra həmin komandadan təsadüfi oyunçu seçilir. Daha sonra vəziyyətə (hava şəraiti, keçidlər, künc zərbələri və s.) uyğun həmin futbolçuya uyğun kateqoriyalı xüsusi hadisə seçilir.

Bu sistemdə matçın necə bitəcəyini proqnozlaşdırmaq çox çətindir və həmçinin bizim üçün sistemi balanslaşdırmaq da asan deyil. Beləliklə biz bu məntiqi kökündən dəyişməyi qərara aldıq.

Gələcəkdə proses fərqli mənqilə qurulacaq. İlk olaraq motor xüsusi hadisənin olub olmayacağına qərar verəcək. Əgər olacaqsa o zaman iki əsas kateqiriyadan seçim olunacaq. Komanda hadisəsi və ya individual hadisə. Və yekunda bu kateqoriyaya daxil olan hadisənin növü seçiləcək.

Böyük dəyişikliklərdən biri budur ki, hər hansı xüsusi hadisə matç ərzində bir dəfədən çox baş verə bilər. Lakin hər sonrakı dəfə şans azalacaq.

İndividual hadisələr
İndividual hadisələr ən geniş yayılmış tipik xüsusi hadisələrdir. Məsələn cəld oyunçu qol vurmağa qaçır və ya texnikalı oyunçu başla oynayan oyunçu ilə qarşılaşır.

Motor xüsusi hadisənin baş verəcəyinə qərər veribsə bu zaman, artıq topa sahib olma faizi nəzərə alınmayacaq, yalnız hər iki komandada olan futbolçuların xüsusiyətləri və pozisiyaları nəzərə alınacaq.
Komanda hadisələri
Komanda hadisələri yenə də topa sahib olma faizindən asılı olacaq. Motor xüsusi hadisənin olacağını yarımmüdafiə reytinqlərinə nəzərən təyin edəcək.

Hava şəraitinə uyğun hadisələr
Hava şəraitinə uyğun hadisələr əsas hadisələrdən kənarlaşdırılacaq. Belə hadisələr hər iki hissənin başlanması zamanı yoxlanacaq. Əgər belə hadisə baş verəcəksə, meydanda olan bütün xüsusi bacarığı olan futbolçulara təsir edəcək. Onların potensialı hava şəraitindən asılı olaraq artacaq və ya azalacaq. Bəzən ilk hissədə baş vermis hadisə ikinci hissədə dəyişə bilər.

Bugünki gündən fərqli olara hava şəraiti xüsusi bacarığı olan futbolçulara artıq daha çox təsir edəcək.

Xüsusiyyətlər və Hadisələr

İndi gəlin hər xüsusiyyəti ayrılıqda təhlil edək. Əlavə məlumat üçün Dev Blog linkə daxil olun.

Cəld hadisələr

Cəld qollar
Istənilən vinqer, yarımmüdafiəşi və ya hücumçu qol vurmaq üçün cəld hərəkət edə bilər. Əgər qarşılaşacağı rəqib futbolçu da cəlddirsə o 100% hücumun qarşısını ala bilər. Yaxınlıqda başqa cəld rəqib futbolçular varsa onların hücumun qarşısını alması faizi azalır.

Cəld ötürmələr
Vinqerlər, yarımmüdafiəçilər və hücumçular cəld hərəkət edə və mərkəzə cəld ötürmə edə bilər.

Yağışlı və Günəşli havada itkilər
Yağışlı və Günəşli havada bütün cəld futbolçular təsirə məruz qalır.

Əks hücumlar effekti
Əgər siz əks hücumlarda ekspert olmaq istəyirsinizsə o zaman sizə ötürmə bacarığı olan futbolçular və cəld futbolçular lazımdır. Istənilən cəld vinqer, yarımmüdafiəçi və hücumçu əks hücumların effektini artıra bilər. Effekt səviyyəsi 0-dan 2.8-ə qədər dəyişir. Nəzərə alın ki, rəqib bu effekti sıfıra endirə də bilər əgər onun yarımmüdafiədə və ya müdafiədə cəld futbolçuları çoxdursa.

Texnikı hadisələr

Texnikalı oyunçular başla oynayan oyunçulardan üstündür.
Texnikalı futbolçu başla oynayan futbolçuyla qarşılaşarsa, istənilən texnikalı vinqer, yarımmüdafiəçi və ya hücumçu rəqibin başla oynayan futbolçularına qarşı nisbətən avantajlıdır.

Yağışlı havada itki, günəşli havada üstünlük
Hava şəraiti texnikalı futbolçulara təsir edir. İstənilən texnikalı futbolçu yağış zamanı zəifləyir və günəşli havada üstünlük qazanır.

Texnikalı müdafiəmeyilli hücumçu
Burada dəyişiklik yoxdur. Bələ futbolçuların cinah hücumları zamanı ötürmə faizləri 33% artır.

Əks hücum yaratmaq
Meydanın özünüzə aid hissəsində topu qazanarkən güclü pleymeykerə ehtiyacınız olacaq. İstənilən texnikalı müdafiəçiniz sizə rəqibin itirdiyi hücum şansından sonra əks hücum yaratmaq şansı verəcək. Hər texnikalı müdafiəçiyə görə şansınız artacaq.

Rəqibi tutma
Rəqibi tutma zamanı, əgər hədəf texnikalı futbolçudursa, bu taktikanın effektliyi bir qədər artıq. Əgər texnikalı futbolçunu özünüzə yaxın tutsanız o öz texnikasından istifadə edə bilməyəcək.

Gözlənilməz hadisələr

Gözlənilmə uzun ötürmələr
Qapıçılar və müdafiəçilər uzun ötürmə edərək gözəl şans yarada bilər.

Gözlənilməz futbolçu öz hesabına qol vurur
Qapıçıyla təkbətək qalarkən bu hadisə vinqerlər, yarımmüdafiəçilər və hücumçular üçündür.

Gözlənilməz xüsusi hərəkət
İstənilən gözlənilməz futbolçu (qapıçıdan başqa) rəqibin oyununu oxuya bilər və imkan tapıb yekun ötürmə edə bilər. Ötürməni qəbul edən futbolçu vinqer və ya hücumçu olacaq.

Gözlənilməz səhf
Müdafiəçilər və mərkəz yarımmüdafiəçiləri ölümcül səhf buraxa bilərlər və bu zaman rəqibin vinqerləri və ya hücumçuları bundan istifadə edə bilər.

Gözlənilməz futbolçu Kreativ oyna taktikasında üstünlük verir
Təcrübə və ötürmə bacarığı bu taktikanın uğurlu olmasının şansını artırır.

Rəqibi tutma
Gözlənilməz futbolçuları tutmaq digər futbolçulara nisbətən çətindir.

Əks hücum yaratmaq
"Gözlənilməz futbolçu öz hesabına qol vurur” və "Gözlənilməz xüsusi hərəkət” hadisələri hücumçu və ya vinqer tərəfindən əks hücuma apara bilər.

Güc hadisələri

Pressinq taktikası
Burada dəyişiklik olmayıb. Müdafiəçilərin bacarığı bu taktika zamanı ikiqat olur.

Günəşli havada itki, yağışlı havada üstünlük
Meydandakı güclü futbolçular günəşli havada zəifləyir, yağışlı havada isə üstün olurlar.

Güclü hücumçu ("Güclü normal hücumçu”)

Ölçünün fərqi var. Əgər sizin normal oynayan böyük hücumçunuz varsa, öz ölçüsündən istifadə edərək təkrar zərbə endirə və qol vura bilər. Nəzərə alın ki belə futbolçuların sarı vərəqə alma şansları da var. Əgər belə futbolçu artıq sarı vərəqə alıbsa bu cür situasiyalarda daha ehtiyyatlı olacaq.

Oturaq yarımmüdafiəçi ("Güclü müdafiəmeyilli mərkəz yarımmüdafiəçisi”)

Güclü mərkəz yarımmüdafiəçisi müdafiəmeyilli oynadıqda hücumların qarşısını almaqda və rəqibi pressinq etdikdə yüksək effektivlik göstərir.

Rəqibi tutma
Güclü futbolçular bu taktika zamanı avantajli olurlar.

Cinah hadisələri

Cinahdan hər yerə
Əgər vinqer öz cinahından müdafiəni yaramağı bacarıbsa o topu digər vinqerə, hücumçuya və ya hücumameyilli yarımmüdafiəçiyə ötürəcək.

Vinqerdən asma
Əvvəlki hadisədə olduğu kimi amma, topu qəbul edən başla oynayan futbolçudursa bu zaman qol imkanı daha çox olar.

Künc zərbələri
Künc zərbələrinin sayı çoxalacaq lakin onlardan uğur qazanmaq çətinləşir.

Küncdən istənilən futbolçuya
Bu halda sizin hücum standart bacarığınız rəqibin müdafiə standard bacarığı ilə qarşılaşdırılır. Əgər topu qəbul edən futbolçunun hücum bacarığı yüksəkdirsə o zaman qol olacaq.

Küncdən zərbəsindən başla
Əvvəlki hadisə kimi. Lakin burada hücum bacarığından çox başla oynayan oyunçular arasında mübarizəni qazanmaq vacibdir.

Hər iki hadisə hücumda olan komanda üçün sarı vərəqə ilə nəticələnə bilər. Əgər futbolçu artıq sarı vərəqə alıbsa ikinci sarı vərəqə almaq riski olduqca aşağıdır.

Təcrübəsizlik hadisəsi

Hal-hazırda biz hər iki komandanın təcrübəsini müqayisə edərək bu hadisəni müəyyən edirik. Lakin komandalardan biri azlıqda qalarsa bu ümumi təcrüvə səviyyəsinə təsir edəcək və digər komanda avantaj sahibi olacaq. Əvəzində biz bu amili dəyişəcəyik və ortalama təcrübə statistic göstərici kimi qəbul olunacaq.

Təcrübəli hücümçu qol vurur

Əgər hücumçunun yüksək təcrübəsi həmçinin qapıçını məyus etməyə qadir hücum bacarığı varsa çox güman ki o qol vuracaq.

Təcrübəsiz müdafiəçi

Əgər müdafiəçinin təcrübəsi rəqibdən azdırsa o zaman o təcrübəsizlik səhfləri edəcək və rəqibə şans yaradacaq.

Elqastik (köhnə adı Regainers)

Elastik futbolçular mif deyil. Onlar mövcuddur, və indi biz onların sayını 50 dəfə artıracayıq. Əgər belə futbolçular zədələnərsə, zədələri daha tez sağalacaq. Həmçinin digər futbolçulara nisbətən bacarıq itirmələri də yaşlı vaxtlarına təsadüf edəcək.

Kreativ oyna
Bu taktikanın dizaynı dəyişiləcək və nəticə görünən olacaq. Bu taktikanı seçən zaman matçda xüsusi hadisələrin sayı artacaq və həmçinin müdafiəniz zəifləyəcək. Təcrübə və ötürmə bacarığı bu taktika üçün əsas göstərici olacaq. Gözlənilməz futbolçular ikiqat effekt alacaq.

Bu cür taktikadan istifadə edən zaman topa sahib olma faizindən və komandanızda xüsusi bacarığı olan futbolçuların sayından asılı olmayaraq əgər matçda xüsusi hadisə baş verərsə sizin komanda üçün baş verəcək. Əgər hər iki komanda kreativ oynayırsa o zaman bu bonus etibarsız sayılır.

Unikal futbolçular üçün cəza

Xüsusiyyətlər və mövqelər üçün 3 unikal kombinasiya mövcuddur: Müdafiəmeyilli hücumçu, Güclü normal hücumçu və Güclü müdafiəmeyilli yarımmüdafiəçi. Əgər eyti tipli futbolçudan meydanda iki nəfərdirsə o zaman onların oyuna töhfəsində azalma olur. Əgər 3 futbolçu olarsa azalma daha çox olur.

Yeni xüsusiyyət

Hattrick-ə həmçinin yeni xüsusiyyət də gələcək. Xüsusiyyətin adı “Futbolçuya dəstək” olacaq. Nadir xüsusiyyət olacaq lakin, elastic xüsusiyyət kimi nadir olmayacaq. Gələn mövsümdən akademiyadan çıxan futbolçularda bu xüsusiyyət ola biləcək. Ətraflı detalları hələ ki sizlə paylaşmırıq

Bu nə vaxt baş verəcək?

Biz gələn mövsümün sonlarına doğru bu dəyişiklikləri təqdim etmək fikrindəyik. İlk olaraq yalnız turnir matçlarında. Hamı əvvəlcədən turnir matçlarında bu yenilikləri test edə biləcək.

During this time details may change as we consider your feedback and continue our own testing and balancing. If this happens, we will of course make further announcements before the final release. Bütün bu zaman ərzində detallar dəyişə bilər. Bu sizin rəylərinizdən və ya bizim balanslaşdırma testlərimizin nəticələrindən sonra baş verə bilər. Əgər hər hansı dəyişiklik baş verərsə sözsüz ki bu barədə məlumat veriləcək.
 
Server 070