Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

10-20-2017 Məqalə: Yeni matç təlimatları səhifəsinə ikinci baxış

Yeni matç təlimatları səhifəsi Avqust ayında təqdim olunmuşdur. O vaxtdan bugünə olan müddət ərzində biz matç təlimatları səhifəsinə bir sıra əlavələr də etmişik. Bugün biz həmçinin tamamilə yeni bir funksiya - reytinq funksiyasını təqdim etmək fikrindəyik.
Yeni matç təlimatları forması bu il üçün bizim ən böyük layihəmizdir. Və bizim üçün olduqca vacibdir ki, bu layihə göründüyü kimi həqiqətən də uğurlu olsun. İlk təqdimatdan sonra biz bu layihəni daim təkmilləşdirmişik və yeni funksiyalar əlavə etmişik. Bugün biz bütün dəyişiklikləri yekun olaraq təqdim etmək istəyirik!

Əgər siz hələ də köhnə matç təlimatlarından istifadə edirsinizsə xahiş edirik ki, yenisini istifadə edəsiniz. Son yenilənmədə sonra yaşanan bütün problemlər aradan qaldırılıb.

Gəlin görək Avqust ayından bu yana yeni nə baş verib

* Matç təlimatları səhifəsini açarkən ilk olaraq birinci seksiyaya keçmirsiniz. Əgər siz bu matça artıq təlimat vermisinizsə o zaman birbaşa düzülüş səhifəsi açılır. Bu yolla vaxta qənaet etmiş olursunuz. Təbii ki, lazım gəldikdə ilkin seksiyaya keçib öz işinizi görə bilərsiniz. Həmçinin matça çıxarkən yaddaşa yazdığınız düzülüşdən istifadə edirsinizsə və bu zaman futbolçulardan zədəli olan və ya cəzalı olan varsa onda ilk olaraq birinci seksiya açılır.

* Bir çox istifadəçilər futbolçuların sıralamasını köhnə təlimatlarda olduğu kimi əsas bacarıqlara uyğun göstərilməsini istəyir. İndi elə bir funksiyanı da əlavə etmişik.

* Oyunçunun üzərinə mausu gətirdikdə artıq oyunçu məlumatları yuxarıda xüsusi yerdə açılır.

* Xüsusi bacarığı olan futbolçular üçün düzülüş səhifəsində xüsusi ikonalar əlavə olunub. İndi xüsusi bacarığı olan futbolçunu tapmaq daha asandır.

* Həftə ərzində matç oynamış futbolçular "göy lentlə" işarələnir və bu futbolçulara məşq təyin olunarkən çox əlverişlidir.

Bu ümumi interfeys işlərindən başqa, mobil əlavəyə çoxsaylı kiçik dəyişikliklər etmişik. Bununla da smartfonlardan mobil əlavə ilə matça təlimat vermək asalaşıb.

Yekun olaraq gənclər komandasının matç təlimatları səhifəsi. Artıq futbolçuların siyahısından potensial bacarıqları görmək mümkün olacaq.

Biz matç təlimatları formasını təkmilləşdirməyə davam edəcəyik və artıq sizi tam olaraq bu təlimat formasından istifadə etməyə çağırırıq. İstədiyiniz vaxt köhnə matç təlimatı formasına da keçid edə bilərsiniz.

Yeni "Səhifəni qiymətləndir" funksiyası

Daha bir yenilik! Bu həftə yeni funksiya təqdim edirik, "Səhifəni qiymətləndir". Bu siz istifadəçilər tərəfindən Hattrick-in istənilən səhifəsini 1-dən 5-ə qədər şkala üzrə qiymət verməsi üçün olan bir funksiyadır. Sizin verdiyiniz qiymətlər barədə sizə heç bir şərh edilməyəcək. Səbəb nədir?

Səbəb bizə saytda hansı səhifənin düzgün işləmədiyini öyrənməkdir həmçinin, zaman keçdikcə səhifələrin reytinqinin dəyişməsini müşahidə etməkdir. Əgər səhifənin reytinqi aşağıdırsa biz öz araşdırmamızı aparıb və bəlkə də forumlar və suallar vasitəsilə sizin də təkliflərinizi öyrənərək səhifəni yeniləyə bilərik.
 
Server 070