Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

6-3-2020 Məqalə: Yeni və Parlaq Dünya kuboku

2021-ci ilin Yanvar ayında Milli Komandalar səviyyəsində keçirilən çempionatların formatında dəyişiklik olunacaq. Yeni sistem daha da elastik olacaq və burada Hattrickdə olan bütün liqalar iştirak edə biləcək. Həmçinin Regional Kubok çempionatları keçiriləcək ki, bunun nəticəsində Amerika, Afrika, Avropa və Asiya/Okeaniya çempionları məlum olacaq.
Gördüyümüz kimi, Milli Komandalar yerli istifadəçiləri ortaq bir layihə ətrafında bir araya gətirmək üçün fantastik bir imkandır: Gənc oyunçuları yetişdirmək, onlara məşq vermək və daha sonra bütün oyunçuları bir araya gətirərək komanda quran baş məşqçi seçmək. Bir çox istifadəçi üçün bu yol Hattrickdə ən əyləncəli prosesdir. Buna görə də hattrickin Beynəlxalq tərəfini gücləndirmək bizim uzunmüddətli inkişaf planımızdır.

Ötən il ərzində bu inkişafın bir hissəsi olaraq Milli Komanda baş məşqçiləri üçün bir neçə funksiyalar əlavə etmişik. Baş məşqçilər artıq özlərinə köməkçi və skaut qrupu yaratmaq imkanına sahibdirlər və onlar ölkədə olan potensiala malik oyunçuları daha təkmilləşdirilmiş formada siyahıya ala bilirlər. İndi isə bu pazzlın ən mühüm hissəsi olan çempionatların yeni formatının meydana gəlməsinin əsl vaxtıdır.

Milli komandaların inkişafında uzunmüddətli planlama nəzərdə tutulduğundan yeni sistemin necə işləyəcəyi barədə əvvəlcədən məlumat vermək istəyirik. Biz Yeni Dünya Kubokunun formatı barədə məlumat verəcəyik lakin nəzərinizə çatdıraq ki, bütün bu yeniliklər 2021-ci ilin Yanvar ayından tez baş tutmayacaq.

Milli Komandalar səviyyəsində keçirilən bütün yarışlar barədə informasiya aşağıdakı nizamnamədə öz əksini tapır:

Regional Kuboklar:

Amerika, Afrika, Avropa və Asiya/Okeaniya hər birinin ayrılıqda çempionatı keçiriləcək. Bu çempionatlar Milli Komandalar dövrünün ilk mövsümünə yəni baş məşqçi seçkilərindən dərhal sonra start götürəcək. Region üzrə bütün Millilər bu çempionatlarda iştirak edəcək və bu çempionatlar özləri millilərə Dünya Kubokunda iştirak hüququ qazandıracaq. Regional Kuboklar 6 komandadan ibarət qruplarda start götürəcək və 10 həftə ərzində ev/səfər matçları keçiriləcək. Ən yaxşı 8 komanda növbəti mərhələyə yüksələcək ki, burada da qalib müəyyən olunacaq.
Daha bir yaxşı xəbər isə odur ki, Regional çempionatlar zamanı matçlar yerli vaxt üzrə keçiriləcək və matçları izləyən yerli istifadəçilər gecələr oyaq qalmayacaq.

Dünya Kuboku:

Regional Kubokların nəticələrindən asılı olaraq bəzi Milli Komandalar Dünya Kubokuna birbaşa vəsiqə qazanacaq digərləri isə Play-Off matçları keçirəcək. Dünya çempionatında ümumi 96 komanda iştirak edəcək. Çempionat ilk mövsümün 13-cü həftəsindən start götürəcək. Püşkatma canlı olaraq keçiriləcək.
Dünya çempionatı bütün ikinci mövsüm ərzində davam edəcək və 5 qrup mərhələsinə bölünəcək. Daha sonra yarımminal və final matçları keçiriləcək.

İnterkontinental Kubok:
dünya çempionatına vəsiqə qazana bilməyən komandalar təsəlli olaraq İnterkontinental Kubokunda iştirak edəcəklər. Bu yarışma da Dünya çempionatı ilə eyni vaxtda başlayacaq.

Yeni reytinq sistemi:
Bütün növ turnirlərdə iştirak Milli Komandaların reytinqinə təsir göstərir. Növbəti Regional kubokun püşkatması zamanı isə bu reytinqlər nəzərə alınır. Bu isə o deməkdir ki, keçirilən hər matçın öz anlamı var.

Yeni yaş limiti:
Bu gün hər bir millinin iki komandası var. Biri əsas milli digəri isə gənclərdən ibarət milli. Artıq U20 adlanan milli U21 adlanmağa başlayacaq və burada yaş limiti 19-dan 21-ə qədər olacaq. Əsas milliyə isə oyunçular yalnız 22 yaşdan etibarən çağırıla biləcəklər. Buna baxmayaraq 19 yaşlı oyunçular potensiallar siyahısına salına bilər.

Hər kəsin qoşula biləcəyi Milli federasiya:
Bizim əsas məqsədlərimizdən biri Milli komandaları adi istifadıçilər üçün də maraqlı etməkdir. istərdik ki, onlar sadəcə Millinin oyunlarını izləməklə kifayətlənməsinlər həm də oyunçu yetişdirməkdə köməklik göstərsinlər. Fikirləşirik ki, Milliyə olan diqqəti artırmaq üçün bütün yerli isitfadəçiləri bir federasiyada toplamaq məqsədə uyğun olar. Növbəti mövsümdən başlayaraq bütün istifadəçilərə yerli federasiyaya qoşulmağı təklif edəcəyik.
Həmçinin Milli Komandaların yoldaşlıq görüşləri üçün hovuz təşkil olunmağı da planlaşdırılır. seçkilərin daha şəffaf keçirilməsinə də ciddi nəzarət olunacaq. Həmçinin futbolçunun Milli Komanda matçında aldığı təcrübəni azaldırıq. Lakin təəssüflənməyin çünki, matçların sayının çoxluğu bunu itkiləri kompensasiya edəcək.
 
Server 070