Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

6-23-2020 Məqalə: Yay ayları 2020

Bu yay biz artıq bir neçə həftə öncə anons olunmuş Dünya Kuboku sistemininin yeni formatını yaratmağa başlayırıq. Həmçinin bu yay Hattrick veb saytında da bəzi dəyişikliklər etməyi planlaşdırmışıq.
Real həyatda hər şeyin gərgin olmasına baxmayaraq, 2019-cu ildən Hattrick dünyasında pozitiv əhval qalmaqdadır. Qeydiyyatdan keçən istifadəçilərin sayının artığını görürük və bu yeni istifadəçilərin bir çoxu Hattrickdə uzun müddət aktiv qalırlar. Bizim əsas məqsədimiz sürətlə böyümək deyil sadəcə olaraq hal-hazırda aktiv istifadəçiləri daha da xoşbəxt etməkdir.

Hal-hazırda üzərində işlədiyimiz ən böyük layihə Dünya Kubokunun yeni formatıdır. Bu işi reallaşdırmaq bizim vaxtımızın ən böyük hissəsini alsa da biz digər yeniliklər üzərində də işləməyi davam etdirəcəyik. Dünya Kubokunun yeni sistemi tam olaraq yalnız 2021-ci ilin Yanvar ayında təqdim olunacaq. Lakin bu sistemin bəzi hissələrini yavaş-yavaş oyuna tətbiz etməyə başlayacayıq.

Üzərində işlədiyimiz digər mühüm məsələlərdən biri Hattrick veb saytını genişləndirməkdir. İndiki monitorların ölçüləri 2008-ci ilə nisbətən xeyli artıb və bu onu deməyə əsas verir ki, veb saytda dəyişiklik etməyin vaxtı artıq yetişib. Bunu etmək o qədər də çatin olmayacaq və bu yay ərzində bir neçə testlərdən sonra saytın geniş versiyası istifadəyə veriləcək. Buraya bəzi əlavələr də olunacaq.

Həmçinin oyunçu simaları üçün də yeniliklər etməyi düşünürük. Bunu etməyə o qədər də tələsmirik və yalnız layihə tam hazır olduqdan və Hattrick istifadəçilərinin böyük qismi tərəfindən bəyənildikdən sonra yeni simaları istifadəyə verməyi planlaşdırırıq.

Bu yay ərzində oyun motorunda heç bir mühüm dəiyşiklik planlaşdırılmır. Sadəcə olaraq artıq MyHT məqaləsində deyildiyi kimi "Gözlənilməz" xüsusiyyəti üçün xırda düzəliş olacaqdır.

Sonda onu nəzərinizə çatdırmaq istəyirik ki, 2020-ci ilin sonunda Flash üçün dəstək sona çatır. Biz əsasən Forma və Arena dizayn etdikdə flash istifadə edirik. Bu dəstək vaxtı bitdikdən sonra bu iki funksiyanın necə işləyəcəyi hələ ki məlum deyil. Hər halda yeni bir məlumat olan kimi sizinlə paylaşılacaq.

Hələlik bu qədər. Hər kəsə sağlam qamağı arzu edirik!
 
Server 071