Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

1-10-2021 Məqalə: Yeni Dünya Kuboku üçün Şəxsi bələdçiniz

Aylardır çalışdığımız yeni formatda Dünya Kuboku sistemi başlamağa hazırdır. 144 liqanın rəqabət etməsinə imkan verən daha geniş format və Avropa, Afrika, Amerika və Asiya-Okeaniya üçün yeni qitə çempionatları kimi yeniliklər olacaq.
Ümumi məqsəd istər Milli üçün oyunçu məşq elətdirin, istər skaut olun, istərsə də Milli komandanızı dəstəkləyə patriot olun, cəlb edib milli komandaları daha əyləncəli hala gətirməkdir. Bu həftə milli komandalara daxil olmağın tam vaxtıdır elections.

Hattrickdə milli komandalar çoxdan var, ilk Dünya Kuboku 2002-ci ildə oynanıldı. İsveç ilk 7 mundialın 6-da qalib gəldi amma vaxt keçdikdcə digər liqaların inkişafı ilə mundial daha çətin rəqaəbətlər ilə daha maraqlı hal aldı. Uğur qazanmaq üçün istedadlı oyunçuları liqalarda tapıb düzgün məşq etdirib milli üçün yetişdirmək əsas şərt olduğundan, digər istifadəçilər də Hattrick cəmiyyəti olaraq millilərdə böyük rol oynayır.

Biz yeni Dünya Kuboku sisteminin müsbət təəssurat yaratmasını istəyirik, və ümid edirik ki, milli komandaları bir çox istifadəçi üçün maraqlı hala gətirmək istəyirik. Bəzi yenilikləri biz artıq dərc etmişdik: yeni istedlar siyahısının tutulması, çoxlu oyunçunun əlfəcinlənməsi və Milli Komanda məşçilərinin onların sahibləri ilə təmaslarının asanlaşdırılması.

Ən əyləncəli və maraqlı yeniliyimiz isə Yeni İl kampaniyası olaraq Hattrickə geri qayıtmış istifadəçilərə yeni yaranmış Milli Komandalardan satıla bilməyən oyunçular verdik ki, onlarda həvəs yaradaq.

Uzun çəkən 128 komandadan ibarət Dünya Çempionatı hansı ki, sonda 32 komandanın iştirakı ilə yekunlaşırdı, indi artıq bütün 144 liqa bu çempionatda iştirak edə biləcək.

Bütün bu komandalar ilk sezonda Qitə Kuboklarında iştirak edəcək (Avropa, Afrika, Amerika və Asia-Okeaniya).

Bu oyunların keçirilmə vaxtı klassik 20:00 HT vaxtı yerinə, hər qitəyə uyğun yerli vaxta görə keçiriləcək.

Birinci mövsümün sonunda bu regional qaliblər taclandırılır və bölgə çempionatlarındakı nəticələrə əsasən 96 komanda (birbaşa və ya Joker oyunları ilə) yeni Dünya Kubokuna vəsiqə qazanır. Dünya Kubokunun qruplarına xal sıralaması ilə yanaşı canlı püşkatma yolu ilə da qərar veriləcək, ümid edirik ki əyləncəli olacaq.

Zəhmət olmasa, yeni cədvəlin tam təfərrüatlarını Hattrick təlimatında nəzərdən keçirin. Artıq təqdim olunmuşdur, ancaq ilk dəfə dərc olunduğundan həftə sonları çox matç keçirməməsi üçün cədvəldə kiçik dəyişikliklər etdik.



Bu dəyişiklikləri mərhələlərlə həyata keçirəcəyik. Bu mövsüm U20 komandaları yeni məşqçilər seçəcək və ilk mövsüm dövrünə başlanacaq, yəni bu mövsüm regional çempionatlar və növbəti mövsüm bir Dünya Kuboku oynayacaqlar. Növbəti mövsümdə əsas yığma komandaları seçkilər keçirəcək və yeni formatda ilk dövrələrinə başlayacaqlar. Gələn mövsüm isə U20-də yaş həddini artıraraq U21 edəcəyik.

Seçkilər də böyük bir təmirə çevrilir. Milli komandalar üçün əsas məsələlərdən biri seçkilərdə çox sayda istifadəçinin səs verməməsidir, bu da xüsusilə kiçik liqaların “saxtakar” seçkilərə qarşı həssas olması deməkdir. Bu, adətən vaxtından əvvəl qeydə alınmış saxta hesablar yolu ilə baş verir, sonra səslərini müəyyən edilmiş namizədə verirlər. Gələcəkdə bunun baş verməməsi üçün bir sıra tədbirlər görürük.

Səsvermə artıq ölçülü olacaq. Əvvəlki kimi, səs vermək üçün ümumiyyətlə minimum bir mövsüm lazımdır, ancaq zaman keçdikcə "bonus" səsləri əldə edə bilərsiniz, bu da səslərinizi liqanıza yeni gələnlərdən daha çox sayılacağı deməkdir. Əvvəlki mövsümdə komandasını idarə edən istifadəçiləri üçün bonus səs verəcəyik.

Yalnız bir neçə həqiqi yerli istifadəçinin ola biləcəyi çox kiçik liqaların seçkilərdə həssaslığını həll etmək üçün xaricdə əlavə komandaları olan istifadəçilərə “qəbul edilmiş” əsas liqalarında səs vermək hüququ veririk. Bu istifadəçilər yerli olmasa da, liqaya sadiq olduqları və tez-tez aktiv olaraq milli komandalara kömək etdikləri üçün bunu edirik. Səslərdə bu istifadəçilərə yerli istifadəçilərdən daha az səs ağırlığı veririk, lakin saxta yerli hesablardan istifadə edərək seçkiləri saxtalaşdırmaq cəhdlərinə qarşı kifayət qədər təsir edici bir səs haqqı veririk.

Bir istifadəçi olaraq, yalnız bir namizədi yalnız bir səs verəcəksiniz. Lakin pərdə arxasında, oyundakı müddətinizdən və aktivliyinizdən asılı olaraq səsiniz son hesabda əlavə ağırlıq qazanacaq. Yerli istifadəçilər ilk səslərini bir mövsümdən sonra alırlar, daha sonra oyunda 5, 10 və 15 mövsümdən sonra səslərinə əlavə ağırlıq gələcək. Əlavə komanda istifadəçiləri ilk səslərini 2 mövsümdən sonra, daha sonra eyni liqada 10 mövsümdən sonra yalnız bir bonus alacaqlar.

İstifadəçilər, komanda rəhbərliyinin nə dərəcədə aktiv olduğuna görə iki nişan toplayacaq. Bu məhdudiyyətlər normal idarə olunan hər hansı bir komanda üçün çox asanlıqla aşılacaq, lakin saxtakar niyyətlilərin vay halına.

Bu yenilikər, milli komandaları izləmənizin nə qədər əyləncəli ola biləcəyini hələ də kəşf etməyən bəziləriniz üçün anlaşılsa məqsədimizə çatmış olarıq. Niyə yerli liqanız üçün namizəd çıxışlarını yoxlamağa başlamayasınız, sonra milli liqaya girib namizədlərə liqanız üçün necə uğur qazanmağı planladığı ilə bağlı bəzi suallar verməyəsiniz? Kim bilir, bəlkə də hazırda komandanızda gələcək milli oyunçusu var, və sadəcə düzgün məşq verilməsini gözləyir?

Əylən və təhlükəsiz qal!
 
Server 070