We use cookies - they help us provide you with a better online experience.
By using our website you accept that we may store and access cookies on your device.

Futbolçular haqqında bilmədiklərimiz

Futbolçular haqqında və futbol haqqında çox maraqlıdır. Mən oxudum, mənə maraqlı gəldi...

Grafite, 20 yaşına qədər ölkəsi Braziliyada Sao Paoloda zibil yığırdı.

Əfsanə İngilis futbolçu Gary Lineker 20 illik karierində heç sarı kart görməmişdi.

Sheffield Wednesday-ın qolçusu Chris Bunt enerjisini qorumaq üçün dövrə arasında jelibon ayıcıqlardan yeyirmiş. İspan mətbuatı keçən il Barcelonanın süper ulduzu Lionel Messinin də matçdan sonra jelibon yediyini ifadə etmiş və Argentinalı ulduz da bir reportajında jelibona olan bağlılıqından bəhs etmişdi.

Şikəstliyi səbəbiylə 'Ən uzun müddət oynamayan ən bahalı futbolçu', Milana Real Madriddən 11 milyon pounda gələn Fernando Redondo. İlk matçında 3. dəqiqədə dizindən şikəst olan Redondo, təxminən 2,5 il futboldan uzaq qaldı. Redondo, 2.74 milyon pound, ev və avtomobili Milan-a geri vermək istədi, ancaq klub bu təklifi geri çevirdi.

Mascherano Argentina Milli Komandasının formasını ilk dəfə geydiyi 16 İyul 2003 tarixində hələ professional səviyyədə heç bir oyunda forma geyməmişdi.

Kolombiya matçında qazanılan 3 penaltidən də faydalana bilməyən Argentinalı Martin Palermo, beynəlxalq bir matçda 'Ən çox penalti qaçıran futbolçu' oldu.

Hər futbolçunun infarkt keçərmə riski matçın 60-cı dəqiqəsində 44% artır.

Səudiyyə ərəbistanıda 7 və daha çox qol yeyən komanda 1992-ci ildə falaqqa cəzası tətbiq olunurdu.

1993-də Paraguayda Sportivo Ameliano ilə General Caballero komandaları arasında oynanan matçda 20 qırmızı kart verildi

2001-də Sidneydə oynanan matçda Avstraliya, Samoa-nı 31-0 məğlub edərək, Archie Thompson 11 qolla çətin bir rekordun sahibi oldu.

Real Madridin klub telefon nömrəsi İspaniya La Liqaya çempionluğu və Çempionlar liqası Çempionluğuna görə dəyişiklik göstərir. Realın klub nömrəsi İspaniya kodu ilə başlayır ardından La Liqaya çempionluğu və Çempionlar liqası çempionluqlarının sayına görə təyin olunur.

Willenhall Town Ladies-Burton Brewers matçı, Guinness Rekordlar Kitabına girdi. Ortalama hər 1,5 dəqiqədə 1 qol vuran Willenhall Town, matçı 57-0 qazandı.

Alessandro Nesta saatlarla playstation oynadığı üçün sol əlinin baş barmağını şikəst etdi. Nesta əməliyyat keçirdi və dörd həftə futboldan uzaq qaldı.

1986 və 1990 Dünya Kubokunda, Argentina Milli Komandası futbolçularının toyuq yeməsi 'uğursuzluq gətirir' səbəbiylə qadağan edildi.

Michael Laudrup, həm Real Madrid formasıyla Barcelonaya qarşı, həm də Barcelona komandası ilə Real Madridə qarşı 5-0lıq qalibiyyətlər yaşadı.

Atletico Madridin əfsanə qapıçılarından Abel Resino 1275 dəqiqə qapısına qol vurulmadı

Dünyanın ən sürətli hatt-trick' rekordu Ross Countyun köhnə futbolçularından Tommy Rossa aid. Ross 1964də Victroia Parkda oynanan matçda Nairn County qarşısında 90 saniyədə 3 qol qeyd etdi.

Hələlik bu qədər.

Azi92

2012-03-19 12:12:33, 2850 views

Link directly to this article (HT-ML, for the forum): [ArticleID=14998]

 
Server 071