We use cookies - they help us provide you with a better online experience.
By using our website you accept that we may store and access cookies on your device.

Necə məşqçiyə ehtiyacım var?

Bugün Hattrick-də komandalarınızın məşqçilərindən yazacam. Bu yazını çoxdan yazmaq istəyirdim, amma çox təəssüflər olsun ki, vaxt azlığı buna imkan vermirdi. Xahiş edirəm diqqətlə oxuyun və suallarınız olarsa forumda və ya mənə şəxsi məktub yazmaqla soruşa bilərsiz.

İlk öncə yeni istifadəçilər, daha sonra isə təcrübəli istifadəçilər üçün məsləhətlərimi yazacam. Ümid edirəm heç nəyi unutmadım :)

Başlayaq...

Yeni İstifadəçi

Əvvəllər Hattrick-ə qoşulanda sizə az pul və çox pis bir məşqçi verirdi. Şükürlər olsun ki, indi oyuna qoşularkən Hattrick sizə müəyyən miqdarda pul və normal bir məşqçi verir.

Daha da dərinə gedək. Əgər sizin hələ də "zəif" məşqçilik bacarığına sahib və istənilən liderlikdə olan məşqçiniz varsa, onu dərhal dəyişin! "Zəif" məşqçi məşq cəhətdən zəifdir və oyunçularınız çox gec inkişaf edəcək və beləcə onları yaxşı qiymətə sata bilməyəcəksiz.

Sizin belə olan halda 2 seçiminiz var, ya "yaxşı" bacarıqlı və "zəif" liderlikli məşqçi, ya da "yetərli" bacarıqlı və "zəif" liderlikli məşqçi almacaq. Nəzərə alın ki, liderlik komandanın sadəcə komanda ruhuna təsir edir və komanda ruhu da sizin yarımmüdafiənizə. Ümumi götürsək, aşağı divizionlar üçün "zəif" bacarıqdan yuxarı liderliyə ehtiyac yoxdur. Məşqçilik qabiliyyətinə gəldikdə, "yaxşı" məşqçi "yetərli" məşqçidən 9% daha sürətli məşq verir, amma 9% daha bahalıdır. Buna görə "yetərli" qabiliyyətə sahib məşqçi ala bilərsiz və "yaxşı" qabiliyyətli məşqçi üçün xərcləmək istədiyiniz pul miqdarını daha güclü oyunçu alışına yatıra bilərsiz. Həmçinin araşdırmalar bunu göstərir ki, "yaxşı" qabiliyyətli məşqçi oyunçuların formalarını daha çox qaldırır, nəinki "yetərli" qabiliyyətli məşqçi.

Deməli məşqçini necə alırsız (ancaq kənardan gətirməklə).
1. "Məşq" bölməsinə daxil olursuz
2. "Məşqçini dəyiş" keçidinə daxil olursuz
3. "Kənardan gətir" funksiyasını seçirsiz
4. "Məşqçinin növü"nü seçirsiz (aşağı baxın)
5. Liderliyi seçirsiz (yeni istifadəçilər üçün, "zəif" bəs edər)
6. Növbəti səhifədə, ya "Yetərli" ya da "Yaxşı" qabiliyyətli məşqçini seçə bilərsiz. Gəlin baxaq qiymətləri nə qədərdir:



AZN
Yetərsiz22 800
Yetərli182 800
Yaxşı617 100
Əla^4 388 400


^Sadəcə nümayiş üçün qeyd etdim "əla" bacarıqlı məşqçini.

Məşqçinin növü: Məşqçinin meyilliliyi

Əgər "nə müdafiəyə nə də hücuma meyilli olan"ı misal kimi götürsək (heç bir bonusu və ya cəriməsi yoxdur), o zaman son məlumatlar aşağıdakı kimidir:

Müdafiəyə meyilli məşqçi:
hücum reytinqini 11.11%-12.5% azaldır
və müdafiə reytinqini 11.76%-13.73% artırır

Hücumu xoşlayan məşqçi:
hücum reytinqini 6.45%-8.33% artırır
və müdafiə reytinqini 11.54%-12.50% azaldır



Mənbə: (15172393.504)

İstənilən halda "Məşqçinin növü" istifadəçiyə məşqi və reytinqləri balanslaşdırmaq üçün lazımdır və bu sizdən asılıdır. Bəzi istifadəçilər deyir ki, məşq verdiyiniz mövqeni gücləndirməlisiz, bəziləri isə deyir ki, məşq vermədiyiniz mövqeləri. Məsələn müdafiə məşqi verirsizsə, o zaman hücuma meyilli olanı götürün və ya hücum məşqi verirsizsə, müdafiəyə meyilli olanı götürün. Bu mövzuda heç kəs ortaq məxrəcə gəlməyib və bu sırf sizdən asılıdır. Ən yaxşı halda "neytral" yəni "nə müdafiəyə nə də hücuma meyilli olan"ı seçin.

Xülasə, əgər sizin hələ də "zəif" bacarıqlı məşqçiniz varsa, dərhal onu dəyişin və gedin məşq verəcəyiniz mövqe üçün oyunçular alın.

Təcrübəli İstifadəçi

Bir neçə mövsüm keçib və yuxarı divizionlara qalxıbsız və oyunçularınızı satdıqdan sonra görürsüz ki, məşqçiniz bir qədər zəifləyib. Onun liderliyi çox aşağı düşüb və "bərbad" Liderlikdədir!

Əvvəlcədən planlayanlar buna görə narahat olmayacaqlar, çünki ilk məşqçini aldıqdan sonra növbəti məşqçini planlayırdılar. Onlar artıq oyunçu alıblar, hansı ki, 16 həftə komandada heç nə etmədən qalacaq və daha sonra məşqçi olacaq və ya təcrübəsinin qalxması üçün bir neçə matçda oynyıb.

Ən yaxşı məşqçi "Əla" qabiliyyətli və "Yaxşı" liderliyə sahib məşqçidir. Bu ən yaxşısıdır. Amma gəlin hələlik "Əla" qabiliyyətli məşqçini bir qədər kənara qoyaq, çünki onlr çox baha olur.

Qeyd: Oyunçunun təcrübəsi onun ən yüksək necə bacarıqlı məşqçi olacağını təyin edir. Həmçinin oyunçunun təcrübəsi nə qədər yüksək olarsa, onu məşqçi etmək bir o qədər ucuz olacaq. Məsələn "Möhtəşəm" təcrübəli oyunçu "Əla", "Yaxşı" və ya "Yetərli" bacarıqlı məşqçi ola bilər. "Yaxşı" təcrübəli oyunçu "Yaxşı" və ya "Yetərli bacarıqlı məşqçi ola bilər, amma heç vaxt "Əla" qabiliyyətli məşqçi ola bilməz.

Bir çoxlarımız üçün "Yaxşı" bacarıqlı və "Yaxşı" liderlikli məşqçi bəs edir. Təbii ki, lazımı qədər təcrübəsi və liderliyi "yaxşı" olan oyunçu təxmini 400 000-500 000 AZN civarındadır.

Daha ucuz variantlar:

Məsələn "yetərli" liderlikli oyunçu ala bilərsiz. Təbii ki, bunlar lap çox ucuz olurlar, amma uzun müddətli deyillər. Digər tərəfdən siz "yetərli" təcrübəyə və "yaxşı" liderliyə sahib oyunçu ala bilərsiz və 16 həftə ərzində onun təcrübəsini qaldıra bilərsiz. (mən uzun müddətdir bu metoddan istifadə edirəm).

İlk öncə Liderliyə baxaq, daha sonra təcrübə məsələsinə geri qayıdacam:

Deməli yüksək Liderlik (LS) Komanda Ruhunu (TS) daha da yaxşı idarə etməyə kömək edir. Nə qədər yüksək Komanda Ruhunuz varsa, bir o qədər güclü yarımmüdafiə reytinqiniz olacaq. Siz əvvəlcə "Sakit oyna"maqla TS-ınızı qaldıra bilərsiz. Sakit oynamaq sizin TS-ınızı 33.3% artırır. Oyundan sonra yüksəlişi görəcəksiz. Hər gündəlik yenilənmədən sonra sizin Komanda Ruhunuz düşəcək (bəzən görünməsə belə, onun bir hissəsi düşür). Bu düşüşün faizi məşqçinizin Liderliyindən asılıdır. Əgər Sezonun Matçı oynasaz, sizin Komanda Ruhunuz yarıbayarı düşəcək. Əgər oyundan sonra Komanda Ruhunuz 4.5-dən aşağıdırsa, o zaman yüksək liderlikli məşqçi onu 4.5 səviyyəsinə sürətlə qaldıracaq.

Təbii ki, oyunçunuz məşqçi olduqdan sonra, onun liderliyi düşməyə başlayacaq. İlk mövsümdə düşüş olmayacaq, təxmini 2-3 mövsümə ilk dəfə liderliyi düşəcək.

Gördüyünüz kimi Məşqçinizin Liderliyi çox vacibdir, və yuxarı divizionlara qalxdıqca Komanda Ruhu sizə çox lazımlı olacaq.

Gələcək Məşqçi üçün oyunçunu necə seçim və təcrübəsi nə vaxt qalxacaq?

1. İlk öncə bunun üçün Foxtrick əlavəsini yükləməlisiz brauzerinizə. (http://www.foxtrick.org/download)
2. Bundan sonra Foxtrick-ə komandanıza girişə icazə verməlisiz. Əlavəni yükləyəndən sonra ilk Hattrick səhifənizdə bu bildiriləcək və edə bilməsəz mənə yazın.
3. Foxtrick quraşdırıldıqdan sonra "Transfer Bazarı"na keçməlisiz.
4. Axtarış meyyarları:
Yaş: 27 yaş 0 gün - 99 yaş 111 gün
Bacarıq 1, Təcrübə: Yetərli - Yetərli
Bacarıq 2, Liderlik: Yaxşı - Yaxşı
5. Qarşınıza müxtəlif oyunçular çıxacaq, maksimum 350 000 AZN xərcləməyə hazırlaşın, amma ortalama 250 000 AZN-ə tapa bilərsiz.
6. Oyunçuya daxil olun, sağ tərəfdə aşağıda "Oyun Tarixçəsi" bölməsinə daxil olun.
7. Foxtrick sizə yuxarıda "Experience" yəni təcrübə paneli göstərəcək.
8. Bir oyunçunun növbəti təcrübəyə qalxması üçün 28 xal lazımdır. Kubok oyunu 2, Liqa oyunu 1, Beynəlxalq Yoldaşlıq Görüşü 0.2, və Yerli Yoldaşlıq Görüşü 0.1 xal verir. Paneldə Min XP və Max XP görəcəksiz. Bu onun hal-hazırda minimal və maksimal təcrübə xalını göstərəcək. Məsələn minimal təcrübəsi 10.800-dürsə, deməli 28 xala çatmaq üçün 17.200 xala ehtiyacı var və bunu 9 kubok görüşü keçirməklə və ya 17 liqa oyunu və 1 beynəlxalq yoldaşlıq görüşü keçirməklə nail ola bilər. Və ya 4 kubok və 9 liqa görüşü. İstənilən halda oyunçunu məşqçi etmək üçün komandanızda ən azı 16 həftə olmalıdır və buna görə 16 həftədə təcrübəsini qaldırmaq üçün şansınız var. Təbii ki, nə qədər yüksək təcrübə xalına malik oyunçu alsaz, təcrübəsi "Yaxşı"ya bir qədər tez qalxaq.

Beləcə yuxarıda yazdığım kimi oyunçunu alırsız, onu oynadırsız və oyunçu "Yaxşı" təcrübəyə qalxır və 16 həftə sonra "Yaxşı" qabiliyyətli və "Yaxşı" liderlikli məşqçi edirsiz.

Təcrübəsi nə qədər yüksək olarsa, oyunçunu məşqçiyə çevirmək bir o qədər ucuz olar. Buradakı cədvələ baxa bilərsiz: (http://www.hattrickinfo.com/en/coach/106)
Məsələn "Yaxşı" təcrübəli və "Yaxşı" liderlikli oyunçunu "Yaxşı" bacarıqlı məşqçi etmək üçün təxmini 681.800-794.100 AZN-izdən keçməli olacaqsız.

Xülasə, oyunçu üçün təxmini 300 000 AZN və oyunçunu məşqçiyə çevirmək üçün təxmini 750 000 AZN xərciniz çıxacaq və bu təxmini 1 050 000 AZN edəcək. "Yaxşı" qabiliyyətə və "Yaxşı" liderliyə sahib məşqçini "Kənardan gətir"mək isə 2 555 500 AZN-ə başa gələcək. Bir sözlə ən azı 1 milyon 500 min qənaət edirsiz.


Bəzi qeydlər:
Məşqçinin növünü seçərkən diqqətli olun bu çox vacib amildir, çünki "Yaxşı" bacarıqlı və "Yaxşı" liderlikli məşqçi sizə ən azı 5-6 mövsüm xidmət edəcək və yanlış növlü məşqçi etmək istəməzsiz.

Həmçinin zamanla burada çox vacibdir. Əgər ehtiyac olarsa, ilk həftədə məşqçi etməyiniz daha məsləhətlidir. Və ya mən əsasən məşqçimin liderliyi "yetərli" olandan 1 mövsüm sonra yeni oyunçu alıram və 1 mövsüm onu klubda saxlayıb oynadıram və köhnə məşqçim "yetərsiz" liderliyə düşəndən sonra məşqçi edirəm.

Sonda isə, Hattrick-dən həzz alın!

Yazının bir hissəsinin mənbəsi: (15144)
Linklər: Zorba-nın Məşqçilərlə bağlı Yazılmamış Qanunları: (15172393.17)
(15172393.575)

2013-10-13 23:14:58, 2342 views

Link directly to this article (HT-ML, for the forum): [ArticleID=17401]

 
Server 071