We use cookies - they help us provide you with a better online experience.
By using our website you accept that we may store and access cookies on your device.

Gənclər Akademiyası (Birinci hissə)

Hattrick-i 2008-ci ildən bəri oynamağa başlarkən, ən çox araşdırdığım mövzulardan biri gənclər akademiyası olub. Bu yazının əsli Rageliasen adlı istifadəçi tərəfindən yazılıb və bir neçə dəyişikliklər mənim tərəfimdən edilib.

Bu yazıda skautlarınıza zəng edərkən necə oyunçu təklifini qəbul etmək barədə ətraflı məlumat ala bilərsiz.

Məqaləni oxumaq üçün aşağıda olan "məqaləni oxu" linkinə tıklayaraq və ya (19391) keçidinə tıklayaraq oxuya bilərsiz.

Possible spoiler. Click here to show

Yeni Gənclər Akademiyasını açmışam. Ən yaxşı başlanğıc nə ola bilər?

Gənclər Akademiyasını açmazdan əvvəl, Akademiyalar haqqında Hattrick-in qaydalarını oxumağı tövsiyyə edərdim:

(/Help/Rules/Youthgamerules.aspx)

Orada başlanğıc üçün lazım olan məlumatları tapa bilərsiz. Məsələn neçə skaut işə götürə bilərəm və ya həftəlik maaşları nə qədərdir.

Akademiya açdıqdan sonra, sizə verilən heyətdə çox güman potensiallı oyunçular olmayacaq, ancaq başlanğıc üçün normal bir heyət olacaq.

Başlanğıcda ən yaxşı məsləhət ilk matç üçün ən gənc 11 oyunçunuzla ilk 11-liyi təyin edib təsadüfi mövqelərə yerləşdirin. İki təsadüfi məşq seçin (Birinci və İkinci) və matçı keçirin. Matçdan 24 saat sonra məşqçiniz sizə bəzi oyunçuların əsas bacarıqlarını və digərlərinin maksimal bacarığını deyəcək. Növbəti həftələrdə oynayacağınız matç üçün bu məlumatlardan istifadə edə bilərsiz. Hər oyunçunun səhifəsində matçda necə oynadığını ulduz sayı ilə görə bilərsiz. Daha çox ulduz, daha yaxşı oyun nümayiş etdirməsi deməkdir. Növbəti həftələr üçün oyunçuları müxtəlif mövqelərdə oynadaraq onların necə oynadıqlarını, həmçinin güclü və zəif tərəflərini aşkar edə bilərsiz. Bir neçə matçdan sonra ən çox ulduzu olan oyunçuları təyin etdikdən sonra həmin oyunçulara uyğun birinci və ikinci məşqi seçərək onları məşqə uyğun mövqedə oynatmalısız. Digər oyunçuları isə yenə müxtəlif mövqelərdə oynadaraq bacarıqlarını aşkar etməyə çalışmalısız.

Yuxarıda da qeyd olunduğu kimi, çox güman heyətdə heç bir super oyunçu olmayacaq, ona görə dərhal yeni istedadlar axtarmağa başlamalısız. Əvvəldə skautunuzun tapdığı istənilən oyunçu ilə kifayətlənməlisiz, ancaq hərdən bəxtiniz gətirə və super-istedad tapa bilərsiz. Belə olan halda isə məşq və planlarınızı 100% bu oyunçunun üzərində qurmalısız. Əgər bundan sonra komandanızda olan digər az istedadlı oyunçular bu məşqdən də faydalana bilərlərsə, bu o zaman sizin üçün əlavə üstünlükdür.

Heyətinizdə ən çox 16 oyunçu ola bilər, ona görə skautunuza zəng etməmişdən əvvəl heyətdə yer etmək üçün ən azı 1 oyunçunu qovmalısız.

Əlbəttə skautların necə növ istedadları və hansı bölgədə axtaracağını siz təyin edəcəksiniz. Əgər onlar müdafiəçi axtarırlarsa, hər zaman müdafiəçi təklif etməyəcəklər, ancaq bir çox hallarda müdafiəçi təklif edəcəklər. Bu qayda digər növ axtarışlara da aiddir.

Hər həftə skautunuza zəng edin. Əgər zəng etməsəz, növbəti həftə əvvəlki həftənin əvəzinə zəng edə bilməyəcəksiz. Siz hər skauta həftədə 1 dəfə zəng edə bilərsiz. Həftə şənbə ilə bazar günü arası maliyyə yenilənməsindən 1 saat sonra başlayır. Zəngləri digər həftəyə saxlaya bilməzsiz.

Bir skautdan oyunçu qəbul etsəz, həmin həftədə digərlərinə zəng edə bilməzsiz, və onlara yenidən zəng etmək üçün digər həftəni gözləməli olacaqsız.

Unutmayın ki, ilk mövsüm ancaq xərcləriniz olacaq, çünki oyunçunu Akademiyada ən azı 1 mövsüm və 17 yaş 0 gün olmayana kimi çağıra bilməzsiz.

Akademiyanı idarə etmək üçün çoxlu səbriniz olmalıdır və sizin skautlarınız hər həftə sizə super istedadlar bəxş etməyəcək, ancaq istedadlarınız üçün düzgün məşq ilə əsas komandanınız üzvünə çevrilə biləcək və ya satıla biləcək oyunçular yetişdirə bilərsiz.

Skautlarıma zəng edərkən hansı oyunçu təkliflərini qəbul etməliyəm?

Siz hər həftə hər skautunuza sadəcə bir dəfə zəng edə bilərsiz. Hər biri sizə bir oyunçu təklif edəcək və qəbul edib-etməmək sizdən asılıdır.

Sizin skautunuz həmişə bu məlumatı verəcək:

Oyunçunun cari yaşını (gününü deməyəcək). Oyunçunun bir cari bacarığını və bir maksimum bacarığını. Qeyd edilən bacarıqlar həmişə ən yüksək 3 bacarıqdan 2-si olacaq. Ancaq həmin bacarıq ən yaxşı bacarıq olmaya bilər. Yəni demədiyi 3-cü ən yaxşı bacarığı oyunçunun ən güclü bacarığı ola bilər.

Bəzi hallarda oyunçunun xüsusi bacarığı haqqında da məlumat veriləcək.

Hansı oyunçunu qəbul edib-etməməyin ümumi qaydası yoxdur, ancaq aşağıda 3 skautla necə oyunçunu qəbul etmək barədə təlimatlar qeyd olunub.

İlk skauta zəng edərkən, bu şərtlərdən biri olarsa həmişə qəbul etməlisiz:

★15 yaşlı, ümumi bacarığı isə "yetərli" və ya "yaxşı" bacarığı olan.
★15 yaşlı, ən yüksək bacarığı isə "yaxşı" və ya "əla" olan.
★15 yaşlı, cari bacarığı isə "yetərli" və ya ondan yüksək olan.
★16 yaşlı, ümumi bacarığı isə "yaxşı" olan.

İlk skauta zəng edərkən, bu şərtlərdən biri olarsa heç vaxt qəbul etməməlisiz:

★17 yaşlı, cari və maksimum bacarığından asılı olmayaraq.
★ "Zəif" və ya daha aşağı ümumi bacarığı olan, yaşından asılı olmayaraq. Qapıçılar istisnadır, ancaq onların ən azı yetərli və ya maksimum qapıçılıq bacarığı qeyd olunmalıdır.

İlk skauta zəng edərkən, bu şərtlərdən biri olarsa qəbul etməyi düşünə bilərsiz:

★15 yaşlı, ümumi bacarığı isə "yetərsiz" olan.
★16 yaşlı, ümumi bacarığı isə "yetərli" olan.
★16 yaşlı, maksimum bacarığı isə "yaxşı" və ya "əla" olan.
★16 yaşlı, cari bacarığı isə "yetərli" və ya daha yuxarı olan.

Skautun təklif etdiyi oyunçunu qəbul etməzdən əvvəl məşq planınıza uyğunluğuna da baxmalısız. Əgər heç bir istedadlı oyunçunuz yoxdursa, o zaman yuxarıda qeyd olunanlardan birini mütləq qəbul etməlisiz.

Digər tərəfdən, əgər heyətinizdə tam məşq alan istedadlı oyunçular varsa, təklif olunan oyunçunu qəbul etməzdən əvvəl onun məşqinizə uyğunluğunu nəzərdən keçirməlisiz. Əgər məşq planınıza uyğun olmayan oyunçu götürsəz, o zaman digər istedadları israf etmiş olacaqsız.

İkinci skautunuza zəng edərkən:

İlk skauta zəng etdiyiniz zaman təklif olunan oyunçu növünü qəbul etməlisiz, həmçinin aşağıda qeyd olunanlar da daxil:

★15 yaşlı, maksimum bacarığı isə "yetərli" olan.
★15 yaşlı, cari bacarığı isə "yetərsiz" olan.
★16 yaşlı, ümumi bacarığı isə "yetərsiz" və ya daha yüksək olan.

İkinci skauta zəng edərkən, heç vaxt qəbul etməməlisiz:

★17 yaşlı, cari və maksimum bacarığının necə olmasından asılı olmayaraq.
★"Zəif" və ya daha aşağı ümumi bacarığı olan, yaşından asılı olmayaraq. Qapıçılar istisnadır, ancaq onların ən azı yetərli və ya maksimum qapıçılıq bacarığı qeyd olunmalıdır.

Üçüncü skauta zəng edərkən:

Üçüncü skauta zəng edərkən, seçim daha asandır. Təklif olunan istənilən oyunçunu qəbul etməlisiz, çünki həmin həftə üçün başqa şansınız olmayacaq. Əgər oyunçu yararsızdırsa, onu qova bilərsiz. Unutmayın ki, sistemdə olan oyunçuları təmizləməyin yeganə yolu həmin təklif olunan pis oyunçunu komandaya çağırıb qovmaqdır. Əks halda həmin oyunçu digər komandaya digər skaut tərəfindən təklif olunacaq. Və beləcə Millilərə yetişə biləcək istedadlı oyunçular sistemdə itib batacaq.

Yuxarıda qeyd olunan tövsiyyələr sadəcə təməldir və tam deyil. Həmişə təklif olunan oyunçuları diqqətlə nəzərdən keçirin.

Qeyd: Məqalədə qeyd olunan bacarıqlar Azərbaycan dilinə uyğun qeyd olunub. Oyunu Azərbaycan dilində oynamaq üçün (/MyHattrick/Preferences/ProfileSettings.aspx) keçidindən istifadə edərək dili dəyişə bilərsiz.

Ardı var...

2016-01-13 00:18:05, 1856 views

Link directly to this article (HT-ML, for the forum): [ArticleID=19391]

 
Server 070