We use cookies - they help us provide you with a better online experience.
By using our website you accept that we may store and access cookies on your device.

Yubileyin Mübarək, Hattrick! (Müsahibə - ikinci hissə)

Hattrickin yaranmasından 20 il ötür. 1997-ci il 30 Avqust tarixində ilk mövsümə başlayan Hattrick çox qısa zamanda bütün dünyaya yayıldı və hətta bir zamanlar 1 milyona yaxın istifadəçiyə sahib oldu. 20 ildə Azərbaycan liqasında da çox şeylər baş verdi. Müxtəlif administratorlar, güclü istifadəçilər, çəkişməli milli və U-20 seçmələri və forumda qızğın müzakirələr. Bu 20 ildə oyun da çox dəyişdi. Demək olar ki, sistem tamamilə dəyişdi və real həyatı daha çox əks etdirən funksiyalar əlavə olundu. Bu 20 ildə Azərbaycan liqasında çoxlu istifadəçilər gəlib getdi, ancaq bugün biz sizə liqamızda ən köhnə istifadəçiləri təqdim edəcəyik :) Bakave - 11 il, LA-Shamil, Araz-XL, -Tapdiqeli-, Isayev, Rufet, hamza53 - 9 il, Tural1988 - 8 il!

İkinci hissəyə başlayaq :)

6. Oyun sistemində və motorunda olan dəyişikliklər səni qane edirmi?


Tural1988: Öncədən dediyim kimi çox qane edir daha ədalətli olub. Amma sanki surprizlər bir qədər azalıb burası güclü komandalar üçün yaxşı olsada zəiflərə ümid yeri saxlamır.

Isayev: Tam qane edir və inanıram ki, daha da modernləşəcək.

bakave: Yuxarıda da qeyd etdiyim kimi, oyun daim təkamülləşir və qaneedicidir.

-Tapdiqeli-: Düzü sistemdən xəbərim yoxdur. Daha çox oyunçu yetişdirib satmaqla məşğulam. Bu barədə bir söz deyə bilmərəm. Yaxın zamanda araşdırmalar aparıb yenidən mübarizəyə başlayacağıma ümid edirəm...

hamza53: Bence bu oyunun yeniliklere açık olması lazım, yoksa her kes oyunu bırakıcak.

Araz-XL: Dəyişiklik hiss etməmişəm. Oyunların şərhləri əvvəl sanki daha maraqlı və məzəli olurdu.

Rufet: Birmənalı şəkildə düzgün cavab verə bilməyəcəm.

LA-Shamil: Qismən edir, qismən də etmir. Bəzi dəyişiklikləri qavramaq çox çətin olur və oyunu yenidən öyrənməyə ehtiyac duyulur. Bu isə zaman alır və zaman aldıqca da Milli komandalara tətbiq etmək çox çətin olur. Həmçinin o dəyişikliklərə uyğun komandaya oyunçu almaq da çətinləşir.

7. Ən yadda qalan matçın hansı olub?


Tural1988: Ümumilikdə 31-ci tur. Həmin sezonda komandaların gücləri bir-birinə çox yaxın idi. 4 komanda çempionluq uğrunda döyüşürdü. Hər tur turnir cədvəli tam dəyişirdi demək olarki. Sezonun ortasında orta pillələrdə idim. Axırlara yaxın 2 komanda qələbələri sıraladı. Son turda 1 xal geri başlayıb udub çempion olmuşdum. Və final oyununda qırmızı kart alıb azlıqda oynamışdım. Çox maraqlı sezon idi =)

Isayev: Çox olub belə oyunlar. 0-3 geri qaldığım oyunun son 5 dəqiqəsində 4-3 bitirdiyim oyun da olub.

bakave: Təbii ki, ölkə çempionu olmaq üçün son həftədəki qalibiyyət oyunum.

-Tapdiqeli-: Yadda qalan oyunlarım çoxdur. Mastersdəki oyunlarım, kubokun finalındakı "Kəpəz"lə qarşılaşmamız və s.

hamza53: En unutmadığım maç kupa kazandığım maçtı. 25. sezon şampiyonuydum.

Araz-XL: İlk dəfə milliyə çıxan oyunçum həlledici qolu vurmuşdu.

Rufet: Bilmirəm. Eləsi yoxdur.

LA-Shamil: 2 kubok finallarım çox maraqlı olub. Digər ən maraqlı matçlar isə millilərlə bağlıdır. Fransa ilə 3-0 öndə olduğumuz matçda 11 dəqiqəyə 5 qol buraxmağımız mənə çox pis təsir etmişdi. Amma milli komanda ilə də qrupdan çıxdığımız matçlar çox həyəcan verirdi. Çıxanda isə çox sevinirdim. Məşqçi mən deyildim, ancaq hamımız əziyyət çəkdiyimiz üçün çox sevinirdim.

8. Hattrickdə ən yüksək nailiyyətin hansıdır?


Tural1988: 2-ci liqaya çıxıb geri qaytarılmışam. Biabırçılıq! :)

Isayev: Mən bəlkə də yeganə istifadəçiyəm ki,mənim üçün burada əsas nəticə deyil, iştirak olub:) 2-ci diviziona çıxmışam, ondan yuxarı qismət olmayıb. Amma planlarım var. İnşAllah yüksək dəstəyə və oradan da Avropaya çıxmağı qarşımıza məqsəd qoymuşuq.

bakave: Ölkə çempionu və ölkə kubokuna sahib olmağım, məncə. Bir də bir müddət milli komanda məşqçiliyim.

-Tapdiqeli-: Bir çox nailiyyətlərim olub. Bunlardan 3 qat kubok qalibi, 1 dəfə ölkə çempionu. Milli və U-20 komandalarında məşqçi seçilməyim kimi uğurlarım var.

hamza53: 25. sezon şampion olmam.

Araz-XL: 1-ci liqaya çıxmışdım. Kubokda yarı final oynamışdım.

Rufet: Hazırkı komandamı 10 ilə yaxındır ki, itirmirəm. Bunu ən yüksək nəaliyyət hesab edirəm.

LA-Shamil: 2 dəfə kuboka sahib olmağımı ən yüksək nailiyyətim kimi qiymətləndirirəm.

Əgər Hattrickdə gələcəkdə bir dəyişiklik edilməsini istəsəydin, bu hansı istək olardı?


Tural1988: Oyun vaxtı online olanlar oyuna həmlə etmək imkanı bu çox böyük maraq gətirərdi. Əsil futbol meneceri kimi zamen et taktika dəyiş. Hesabda önə keçəndə sakit oynat. Uduzanda sezon maçı et. Əla olardı.

Isayev: Oyunların canlı, məsələn heç olmasa playstation oyundakı kimi, göstərilməsi.

bakave: Hattrick'n ilk günündən istəyim o olub ki, online müdaxiləyə imkan olsun. Yəni oyunu canlı izləyən menecerin bir üstünlüyü olsun.

-Tapdiqeli-: Əsas liqadakı komandaların sayının artmasını istərdim. Amma bilirəm ki, HT-in 1 sezonu 112 gün olduğuna görə heç cürə alınmaz. Yalnız həftədə 2 oyun oynamaqla mümkün ola bilər. Bu da qeyri-mümkündür. İkinci istəyim Hattrick Supporteri alanlar başqa ölkələrdə komanda yaratmaqları ləğv edilsin. Hər bir ölkəd öz vətəndaşları ilə mübarizə aparsın. Digər ölkələrdən gəlib burada komanda açanların lisenziyaları ləğv edilsin.

hamza53: Motor ve oyun düzeni değişmesi lazım. Öncelikle alt yapıdan artık oyuncu yetişmiyor ve yenilenmesi lazım. U-20 için ilerleme olması için oyunun alt yapısının değişmesi lazım.

Araz-XL: Sanal stadionda oturub futbola baxmaq istəyirəm.

Rufet: Məzənnəni nəzərə alıb hər ölkəyə, özünə uyğun Supporter almaq üçün qiymət qoysunlar. Supporter istəyərdim, lakin çox baha başa gəlir.

LA-Shamil: Mən də istərdim xaricilərin digər liqalarda komanda açmaqları ləğv olunsun. Liqaya maraq azalıb. Rəqabət yüksəlsə də, maraq aşağı düşüb. Heç olmasa öz istifadəçilərimizlə mübarizə aparıb maraqlı günlər yaşayırdıq. İndi xaricilərlə maraqsızdır.

10. Digər azərbaycanlı istifadəçilərlə bölüşmək istədiyin bir məqam varsa, buyur :)


Tural1988: Akademiyanıza çox yaxşı baxın və 17 yaşı olan oyunçuları qovmaqdansa satmağa çalışın gələcəkdə əlavə gəlir gətirə bilər sizə. Ulduz oyunçu gördükdü milli komanda məşqçilərinə məlumat verin. P.S. Bu sezon akademiyam bir tarixi dövrün keçirdi və 7 458 731 AZN gəlirlə sezonu bitirdi.

Isayev: Bütün azərbaycanlı istifadəçilərə uğurlar arzu edirəm. Mən bu oyunda çoxdandır ki, varam. Şamilgillə bir yerdə başlamışam. Əsas olaraq, düzgünlükdü. Maxinasiyalardan uzaq dursunlar. Səbrli olsunlar. Oyununun fəlsəfəsini yaxşı dərk etsinlər. Və nəticə nə vaxtsa gələcək.

bakave: Bütün istifadəçilərdən xahişim odur ki, heç bir kənar düşüncələrə və imkanlara əl atmadan öz komandalarını inkişaf etdirməyə çalışsınlar. Hamıya uğurlar arzulayıram.

-Tapdiqeli-: :) Bütün mənni tanıyan, tanımayan qardaşlara salamlarımı çatdırmaq istəyirəm və onlara uğurlar arzulayıram. Həmişə, istər həyatda, istərsə də bu cür dünya səviyyəli oyunlarda Azərbaycan bayrağını yüksək tutsunlar. Bu layihəni yaradanlara da öz dərin minnətdarlığımı bildirirəm. Məni yada salan qardaşlara, başda Şamil qardaşıma da təşəkkürlər.

hamza53: Hattrik cok sabır isteyen bir oyun ve strateji ve plansız hiç birşey burada olmaz. O yüzden planlama ve strateji belirlemek lazım.

Araz-XL: Hər şey milli komanda üçün olmalıdır. Əsl uğur odur.

Rufet: Çalışıb Azərbaycan naminə əllərindən gələni etsinlər. Vətənini və vətəndaşlarının aşiqləri olsunlar.

LA-Shamil: Mən də öz növbəmdə müsahibə verən bütün yoldaşlara minnətdarlığımı bildirirəm. Mənim üçün də önəmli olan istifadəçilərin U-20 və Milli komanda üçün oyunçu yetişdirməkləridir. Buna görə də əgər siz də oyunçu yetişdirmək istəyirsizsə, mənimlə əlaqə saxlayın mütləq. Bir də onu qeyd edim ki, biz bu oyundan nə vaxtsa gedəcəyik, ancaq bu yazdıqlarımız İnşAllah tarix olaraq burada qalacaq :)

Müsahibənin birinci hissəsini isə buradan oxuya bilərsiz: (20284)

2017-09-15 01:38:23, 580 views

Link directly to this article (HT-ML, for the forum): [ArticleID=20283]

 
Server 070