We use cookies - they help us provide you with a better online experience.
By using our website you accept that we may store and access cookies on your device.

Yubileyin Mübarək, Hattrick! (Müsahibə - ilk hissə)

Hattrickin yaranmasından 20 il ötür. 1997-ci il 30 Avqust tarixində ilk mövsümə başlayan Hattrick çox qısa zamanda bütün dünyaya yayıldı və hətta bir zamanlar 1 milyona yaxın istifadəçiyə sahib oldu. 20 ildə Azərbaycan liqasında da çox şeylər baş verdi. Müxtəlif administratorlar, güclü istifadəçilər, çəkişməli milli və U-20 seçmələri və forumda qızğın müzakirələr. Bu 20 ildə oyun da çox dəyişdi. Demək olar ki, sistem tamamilə dəyişdi və real həyatı daha çox əks etdirən funksiyalar əlavə olundu. Bu 20 ildə Azərbaycan liqasında çoxlu istifadəçilər gəlib getdi, ancaq bugün biz sizə liqamızda ən köhnə istifadəçiləri təqdim edəcəyik :) Bakave - 11 il, LA-Shamil, Araz-XL, -Tapdiqeli-, Isayev, Rufet, hamza53 - 9 il, Tural1988 - 8 il!

Başlayaq :)

1. Səni bu oyunda uzun müddətdir saxlayan və ya marağını cəlb edən hansı amildir?


Tural1988: Bir futbol fanatı üçün futbol manager oyunları həmişə cəzb edici olub. HT-də rəqiblərin real insanlar olması və pulun heç bir üstünlük verməməsi burda uzun müddət qalmağımın əsas səbəbləridir. Bir sıra bu tip oyunlarda oyun yaradanlar gəlir əldə etmək üçün pul qarşılığında komanda gücləndirmək imkanları verir. HT-də isə sosializ hələ də davam edir.

Isayev: Mənə bu sayt çox doğma gəlib əvvəldən. Saytın quruluşu, formatı və s. Reallıqda hər zaman istəmişəm ki, bir futbol klubunun sahibi olum. Realda hələ ki,bu mümkün olmasa da, virtualda məhz bu oyunda bu istəyimə çatmışam.

bakave: Bu oyun real menecerlik mühitinə çox yaxındır məncə və daim inkişaf etdirilir. Fürsətdən istifadə edib təşkilatçılara təşəkkürümü bildirirəm.

-Tapdiqeli-: Real həyata bənzərliklər çoxdur və bir futbol azarkeşi olaraq bu oyuna marağım var.

hamza53: 10 yıldır oyunu oynuyorum. İlk başladığımdakı heyecanı kalmadi artık. Uyuna yenilik lazim.

Araz-XL: Bu oyunda ən sevdiyim real həyata uyğun olmasıdır. Bütün dünyada oynanmasını çox bəyənirəm. Hətta yetişdirdiyim gənc yetənəklər mənə canlıymış kimi gəlir. Xəyyam Mərdanlı adında bir ulduz yetişdirdim, U20də, millidə oynadı. Hal hazırda bir komandada məşqçidir. Onları tək qoyub gedə bilməzdim.

Rufet: Etiraf edim ki, son 2-3 ili işlərimin çoxluğu və vaxt amili oyuna vaxtımın çox az hissəsini keçirə bilirəm. Burada qalmağımın əsas amillərdən və ən vacibi budur ki, Azərbaycan U-20 və Milli üçün hər hansı faydalı olacaq oyunçu yetişdirməkdir.

LA-Shamil: Məni bu oyunda uzun müddət saxlayan əsas amilllər oyunun çox strateji olması, pulla üstünlük əldə edilə bilməməsi və milli komandaları nə vaxtsa dünya çempionatının final mərhələsində görmək ümididir.

2. Əvvəllər Hattrick necə idi və indi necədir?


Tural1988: Funsionallıq baxımdan əvvələr HT yarımmüdafiə daha çox vacib idi mərkəzi ələ keçirən komanda daha böyük üstünlüyü olurdu hazırda amma oyun bu baxımdan daha ədalətli və maraqlıdır. Statistik məlumatlara gəldikdə isə çoxlu əlavələr olunub indi daha rahatdır komandanı və rəqibi analiz etmək. Köhnə üzvlər HT qayıtsa o analiz məlumatların görüb bizim vaxtımızda belə şeylər yox idi deyəcəklər =)

Isayev: Fərq görmürəm. Format eynidir, sadəcə müasirliyə doğru addımlar atılıb. Totallaşma gedib. Zamana uyğun addımlamağa çalışır Hattrick. Bəlkə də nə vaxtsa hər hansı oyunu canlı kimi izləyə bildik.

bakave: Əvvəllər bir az daha bəsit və sadə idi. İndi isə getdikcə reallığı daha çox əks etdirir və məncə daha çox zövq verir.

-Tapdiqeli-: Mənə elə gəlir ki, əvvəllər Hattrick daha maraqlı idi. Çünki sadə idi. İndi düşünürəm çox mürəkkəbləşib və mən də çox geridə qalmışam :)

hamza53: 10 yıl içerisinde çok şey degişti. Oyuna başladığımda Baküde üniversite öğrencisiydim. Arkadaşlarımdan oyunu öğrendim. O zamanki heyecan şuan yok.

Araz-XL: Əvvəllər 2004-2010 illəri arasında ölkədə ciddi azərkeş qarşıdurması var idi. Biz forumlarda, hattrickdə yarışırdıq. Sevdiyimiz komanda sanal aləmdə də udanda sevinirdik.

Rufet: Bu suala mənim üçün cavab vermək çətin olacaq. Əslində mən vaxtımın daha çox hissəsini köhnə Hattrick vaxtında keçirmişəm və mənə görə o vaxt daha yaxşı idi (bu şəxsən mənim üçün belədir). Lakin son dəyişiklər də gözəldir. Sadəcə onlar ilə daha yaxından tanış olduqdan sonra və daha çox istifadə etdikdən sonra hər hansı rəy bildirmək olar. Əgər Moderatorlar və yaradıcılar bu dəyişiklikləri ediblərsə, deməli oyunun keyfiyyətini və marağını artırmaq üçün ediblər.

LA-Shamil: Əvvəllər maraq daha çox idi. Azərbaycanın istifadəçiləri də çox idi, maraqlı qarşıdurmalar var idi. Bir neçə dəfə real həyatda da görüşlər keçirmişdik. İndi isə yerli istifadəçi çox az qalıb və xaricilər buranı kobud dildə desək "zəbt" ediblər. Oyuna gəldikdə isə dəyişikliklər çox olub. Hər şeyi öyrənməyə çatdırmaq olmur, ancaq millilərlə məşğul olduğum üçün məcburam tez öyrənim və milli komanda üçün istifadə edim.

3. Hal-hazırda Hattrickdə gündəlik nə qədər vaxt sərf edirsən? Marağın əvvəlki qədərdir yoxsa dəyişib?


Tural1988: Hər gün daxil oluram amma sərf etdiyim vaxt görəcəyim işdən asılı olaraq dəyişir. Əvvəllər HT-də Lənkəran mafiası - "FIRTINA" var idi. Köhnə üzvlər tanıyar Ravanino,Mololon,Elik, Yusif,Masalı(Xalido),rafa,XL,Veravul və s çoxlu üzvlər. Hər həftə görüşüb müzakirələr edirdik və turnirlər qururduq öz aramızda. Bir birimizə məsləhətlər və köməklər edirdik. Həmin dövrdə nə yalan deyim mənim üçün HT çox maraqlı idi. Hazırda bir qədər darıxdırıcı olub. Bəlkədə buna görə əsas məqsədim milliyə dəstək və akademiya inkişafına yönəltmişəm onlar hətda öz əsas komandamın uğurundan çox maraqlandırır məni.

Isayev: Gündəlik olmasa da, həftədə 2-3 dəfə girirəm. Maraq həmənki maraqdır, sadəcə bəzən vaxt omur.

bakave: Açığı son bir neçə müddətdir ki, əvvəllərdəki kimi vaxt ayıra bilmirəm. Amma heç olmasa həftədə ən azı 2-3 dəfə vaxt sərf edirəm.

-Tapdiqeli-: Yox. Bir müddət, yəni 2 ildən çox bir müddət HT-ə ara verməli oldum. Sadəcə ayda bir dəfə girib komandama nəzarət edirdim ki, bağlanmasın. Hətta o aralar milli komandanın da məşqçisi idim. Düşünürdüm ki, nə vaxtsa məndə HT-ə yenidən maraq yaranacaq və belə də oldu.

hamza53: Eskisi gibi vakit ayıramıyorum. Haftada 2 kez girmeye çalışıyorum, fırsat buldukça.

Araz-XL: Marağım azalıb. Həftədə 2 dəfə yarım saatlıq baxıram. İntriqa qalmayıb.

Rufet: Bu suala 1-ci bənddə cavab verilib.

LA-Shamil: O vaxtı nə qədər vaxt sərf edirdimsə, indi də o qədər vaxt sərf edirəm. Həm də dil tərcüməçisi olduğum üçün bu işlərə də vaxt ayırıram. Millilər isə öz yerində. Marağım əvvəlki qədər qalıb, çünki qarşıda müəyyən hədəflər var və o hədəflərə çatmaq üçün öyrənirəm və tətbiq edirəm.

4. İstifadəçi adının arxasında olan insan bu müddət ərzində real həyatda nə qədər dəyişib?


Tural1988: Çox şey. 1-ci kursda oxuyub stipendiyaya möhtac və məqsədi universiteti bitirmək olan bir gənc, bakalavr, master bitirib əsgər gedib karyerasına başlayıb və orada irəliləməyə çalışır . Qısaca artıq yeniyetməliyi bitirmişəm. Bir də keçəlləşmişəm =)

Isayev: İnsan olaraq dəyişməmişəm, həmənki İsayev`əm. Siyəzənli balası:) Bir az karyerada yüksəliş olub və aildə uşaqların sayını artırıram. Bir futbol komandası yaradacam nəhayət :)

bakave: Çooooox dəyişib :) 11 ildən artıq müddətdə insan dəyişməz?! :) Artıq 40 yaşındayam.

-Tapdiqeli-: Artıq 9 ildir Hattrickdəyəm. Əlbəttə ki, çox dəyişmişəm. Komandam oğlumdan böyükdür :)

hamza53: Evlendim, çocuğum var, ama 10 yıl içerisinde oyunda kupa kazandım, 1.ligde oynadım.

Araz-XL: Futbola küsmüşəm. Futbol xəstəsi idim. Futbol klubunda işlədikdən sonra futbolun azərkeşlərin düşündüyü kimi meydanda oynanmadığını gördüm. Futboldan soyudum.

Rufet: Maraqlı sualdır :) Onu deyim ki, mənim adım Natiqdir. Mənim ilk oğlum doğulan zaman Xilə adlı komandanı 2-dən çox komanda istifadə etdiyim üçün bloklandı və mən yeni dünyaya göz açmış oğlumun adına komanda açdım həmin il. Hal-hazırda 3 övladım var və nə qədər banal səslənsə də, oğlumun 9 yaşı var və bu komandanı nə zamansa ona ötürəcəyimə ümid edirəm.

LA-Shamil: Çox. Orta məktəbi bitirdim, bakalavr üçün Bolqarıstana yola düşdüm, oradan Amerikaya. Yayları Amerikada işləyib pul qazandım, sonra isə əsgərliyə getdim. Əsgərlikdən sonra isə magistratura üçün Hollandiyaya yola düşdüm. Bir neçə gün öncə isə magistratura pilləsini də uğurla başa vurdum və hal-hazırda Hollandiyada iş axtarıram :) Hələki evlənməmişəm :D

5. Hattrickdəki U-20 və Azərbaycan millisi haqqında nə düşünürsən? Səncə irəliləyiş varmı?


Tural1988: Nə yalan deyim, U-20-ni son iki sezonda çox da izləmirəm. Hazırda yerlərində sayırlar bildiyim qədəri ilə. Milli komanda isə BİG BOOM-a hazırlaşır. Görək nə olur. Bu baş tutduqdan sonra bilinəcək irəliləyiş var yoxsa 7-8 sezonu boşa keçirtdik.

Isayev: U-20? Nə gizlədim yığmalarımızda irəliləyiş görmürəm. Bilmirəm niyə belədir.

bakave: Milli komandaları açığı çok izləmirəm. Əvvəlki illərdə istifadəçilər arasında milli haqqında ajiotaj daha çox idi. Amma indilərdə məncə çox maraqlı gəlmir. Buna əsas səbəb məncə milli komandada oynamalı olan oyunçuların illərlə bu və ya digər səbəbdən dəvət edilməməsidir.

-Tapdiqeli-: Hər bir işdə irəliləyiş var. Əlbəttəki U-20 Azərbaycanda da irəliləyiş var. Səmimi desəm düşünürəm ki, əsas da Şamil dostumuzun əziyyəti böyükdür. Ona bütün işlərində uğurlar arzulayıram :)

hamza53: Milli takım için ben elimden geleni geçen sezona kadar yaptım. Çok sayıda oyuncu yetiştirdim.

Araz-XL: Mən milli üçün həmişə oyunçu yetişdirmək istəmişəm. Hansı məşqçi nə təlimat verib canla başla tətbiq etmişəm. Məncə pis deyil.

Rufet: Çox təəssüflər olsun ki, heç bir U-20 nə də Millini izləməyə vaxtım olmur. 3 övladı yedizdirib geyindirmək üçün çox çalışmaz lazımdır :)

LA-Shamil: Oynadığım 9 ildə həm Milli komanda, həm də U-20 komandamız 1 dəfə qrup mərhələsini adlayıb. Hal-hazırda isə Milli komanda üçün yeni taktika və oyunçular hazırlayırıq. Artıq 8 mövsümdən çoxdur bunun üzərində işləyirik. Hədəfimiz medaldır. Ümid edirik ki, bu hədəfə də nail olarıq. Yaşayarıq, görərik :)

Müsahibənin ikinci hissəsini isə buradan oxuya bilərsiz: (20283)

2017-09-15 01:38:32, 604 views

Link directly to this article (HT-ML, for the forum): [ArticleID=20284]

 
Server 070