Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Fantaziya futbol oyunları

Fantaziya ifadəsi real futbol matçlarında hansı oyunçuların oyunda daha yaxşı oynayacağını təxmin etməyə deyilir. Bir çox hallarda xüsusi bir liqa üçün fantaziya futbol komandası yaradırsız, həmin liqadan oyunçular seçirsiniz, öz heyətinizə qatırsız və real həyatda oynadıqları oyuna görə xallar qazanırsınız.

Ən məhşurları "Fantasy Football", "Yahoo Fantasy Football" və "ESPN Fantasy Football"-ardır. Yarışlar Premyer Liqa Fantaziya Futbol kimi yerli liqalardan savayı, həmçinin beynəlxalq yarışlar (məsələn Dünya Çempionatı Fentezi Futbol) üçün də təşkil oluna bilər.

Fantaziya futbol liqası real həyatda baş verənlərlə idarə olunur, real həyatda zədələnən oyunçu onu seçən menecerlərə heç bir xal gətirə bilməz və s. Belə oyunlarda uğurlu olmaq üçün yaxşı futbol fantaziya skautu olmalısınız, oyunçuların formada olması və ya oynayıb-oynaya bilməməsini bilmək üçün real komandalar haqqında xəbərləri oxumalısınız.

Hattrick futbol fantaziya oyunudur?

Hattrick, əlbəttə ki, futbol menecer oyunu kimi təqdim olunur, ancaq bir növ fantaziya futbol oyunu kimidir, çünki Hattrickdə olan bütün komandalar və oyunçular uydurmadır. Komandalar real istifadəçilər tərəfindən qurulur, adlandırılır və inkişaf etdirili. Hattrickdə yarışdığınız zaman sizin seçimləriniz digər real istifadəçilərin strategiyalarına qarşı istifadə olunur. Hattrickdəki mövsümlər real futbol dünyası ilə eyni deyil, ancaq təbii ki, öz ritmi var.

Hattrickdə real oyunçu yoxdur, ancaq hər bir oyunçu unikaldır və oyunda insan menecerlər tərəfindən tapılan və gənclər akademiyasında yetişdirilən zəhmətin bəhrəsidir. Buna görə də, Hattrick, oyun dünyasını formalaşdırmağa kömək edən fantaziya futbol oyunudur.

Hattrick pulsuz menecer oyunudur. Komanda yaratmaq və inkişaf etdirmək sizdən pul tələb etməyəcək və oyundakı üstünlüklərinizə görə biz sizdən heç zaman heç bir məbləğ tələb etməyəcəyik. Lakin Hattrick Supporter-ini əldə etməklə siz öz hesabınızı əlavə funksiyalarla zənginləşdirə bilərsiniz.
 
Server 070