Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

12-3-2012 Məqalə: Supporter 2.0

Bəzi vaxtlar biz öz Supporter paketimizə bəzi əla yeni funksiyalar əlavə edirik. İndi isə həmin vaxt deyil. Bu dəfə o dəfədən daha çoxdur!

Bugün biz Supporter-in ən böyük yenilənməsini istifadəyə veririk. Bu Supporter yenilənməsinə bir neçə çox yaxşı yeni funskiyalar daxil edilib məsələn Transfer kəşfiyyatları, Klub mövzusu və Klub loqo redaktoru.

Biz həmçinin bəzi köhnə Supporter funksiyalarını, məsələn oyunçu simalarını, oyunçu nömrələrini, fan klub adını və hədiyyə rəfini hər kəs üçün istifadəyə veririk. Və Supporter olmayanlar yeni Klub Loqo redaktorundan istifadə edərək sadə klub loqosuna sahib olacaqlar.
11 il öncə biz ilk dəfə Hattrick Supporter-i istifadəyə verdik. O vaxtdan bu yana biz həmişə Supporter paketinə yeni funksiyalar əlavə edirək zəngiləndişdirdik. Bu neçə illər ərzində biz bir şeyi etməmişdik, bu isə Supporterin nə və ya gələcəkdə necə olacağını yenidən təyin etməyi.

Payızda biz bunu etdik, hansı ki, çox canlandırıcı proses idi və bizim Supporter-ə baxışımızı dəyişdi. Bu isə saytda yeni Supporter təqdimatı ilə nəticələndi, amma əsasən hər kəs üçün mümkün olmayan bəzi funksiyaların Supporter paketinə əlavə edilməsi ilə nəticələndi. Və təbii ki, Supporter-ə yeni dəyərli funksiyalar da əlavə edildii!

Gəlin yeni əlavə edilmiş Supporter funksiyaları ilə başlayaq:

Transfer kəşfiyyatları
Transfer kəşfiyyatı funksiyası sizə transfer siyahısında axtardığınız xüsusi oyunçunu tapmağa kömək edir. Əgər sizin transfer axtarışınızın nəticəsi 10 və ya daha aşağıdırsa, siz transfer kəşfiyyatı əlavə edə bilərsiz. Biz daha sonra mütəmadi olaraq bütün yeni transferə çıxarılmışları yoxlayacağıq və sizin axtarış meyarlarınıza uyğun oyunçu transfer siyahısına çıxarılanda biz sizə xəbər verəcəyik.

Sizin eyni vaxtda 2 aktiv kəşfiyyatınız ola bilər, və hər kəşfiyyat 2 həftə aktiv olacaq.

Klub loqo redaktoru
Klub loqo redaktoru ilə siz rahatca sadə görünüş ilə öz şəxsi klub loqonuzu yarada bilərsiz. Bu əsasən öz şəxsi loqosunu yaratmağa vaxtı, həvəsi və ya bacarığı olmayanlar üçündür. Siz təbii olaraq öz şəxsi loqonuzu saxlaya və ya yenisini yükləyə bilərsiz.

Klub mövzusu
Bununla siz klubunuz üçün öz şəxsi mövzunuzu seçə bilərsiz - siz öz şəxsi arxafon şəklini yükləyə bilərsiz və komandanın şəxsiyyəti ilə uyğunlaşması üçün seçimlərdən rəngləri seçə bilərsiz. Bu mövzu sizin klubunuzu ziyarət edən hər kəs tərəfindən görünəcək.

Əgər siz Supporter kimi klub mövzusunun görsənməsini istəmirsizsə, parametrlərindən keçirə bilərsiz.

Oxşar oyunçunu tapmaq
Bu kiçik amma adına uyğun olan kiçik bir funksiyadır - transfer siyahısında olan oxşar oyunçunu tapmaq. Siz bunu bacarığını gördüyünüz istənilən oyunçuda tapa bilərsiz (binokulyar işarə) - onu tıklamaqla oyunçunun ən yüksək bacarıqlarını transfer axtarış formasına köçürürsüz. Buradan isə sadəcə axtarış düyməsini basmalısız.

Ölümsüzlük
Ölümsüzlük qazanmaq üçün siz həyat eliksiri içməlisiz. Və ya vampir olmalısız. Və ya indidən sonra sadəcə Supporter ola bilərsiz! Siz Supporter olduğunuz müddətdə sizin komandanız fəal olmadığına görə deaktivləşməyəcək və ya silinməyəcək (normal bankrotluq qaydaları və ev qaydaları qüvvədə qalır).

Hər kəs üçün mümkün olan Supporter funksiyaları
Yuxarıda qeyd etdiyim kimi, bəzi Supporter funksiyalarını biz Supporter paketində olmasını istəmirik, çünki onlar pulsuz funksiya kimi daha yaxşıdırlar. Bu funksiyalar indidən sonra hər kəs üçün mümkün olacaq. Deməli, bu yeni funksiyalar Supporter olmayanlar üçündür:

Oyunçu simaları, oyunçu nömrələri and oyunçu bəyanatları sizin oyunçularınızı daha da canlı edəcək. Bu isə sizə komanda şəklini görməyə imkan yaradacaq.

Siz artıq fanklubunuzun adını dəyişdirəhədiyyələr rəfindəki mükafatları görə biləcəksiz. Forumlarda forum imzasını qeyd edə, şəxsi məktub qovluqları yarada və liqa səhifənizdə tarixi turnir cədvəllərinisəyahət statistikalarını görə biləcəksiz.

Sonda isə bizim yeni klub loqo redaktoru ilə sadə klub loqosu düzəldə biləcəksiz.

Hələlik bu qədər! Ümid edirəm, bütün bu yeni funksiyalardan zövq alacaqsız.
 
Server 071