Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

3-5-2013 Məqalə: Yeni Supporter

Biz Hattrick Supporter haqqında yeni xəbərləri paylaşmaqda həyəcanlıyıq və inanırıq ki, Hattrick təcrübənizi yaxşılaşdıracaq.

Ən böyük xəbər budur ki, Hattrick Supporter sadəcə bir məhsul olmayacaq, bu 3 olacaq! Burada lap kiçik və ucuz Gümüş paketi, Qızıl paketi (hal-hazırdakı Supporter paketi) və ən yaxşı təcrübə üçün Platin paketi olacaq - bir neçə ay sonra bununla ikinci komanda açmaq imkanı əldə edəcəksiz.

Buna əlavə olaraq, hər ölkəyə uyğun fərdi qiymət təyin edəcəyik və ona görə qiymətlər dəyişəcək. Bəziləri üçün qiymət yuxarı qalxacaq, amma bir çox ölkələr üçün qiymət indikindən daha aşağı olacaq.
Biz çoxdan hiss edirdik ki, bir Supporter məhsulu və 120-dən çox ölkədə eyni sahib olması Supporter almaq və daha yaxşı oyun təcrübəsi qazanmaq istəyən istifadəçilərin sayını məhdudlaşdırıb. Biz istəyirdik ki, bir qiymətlə bütün dünyaya daha ədalətli davranaq, amma bildiyiniz kimi ölkələr arasında böyük gəlir fərqi var. Və bir çox ölkələrdə reallıq budur ki, çoxlu istifadəçi Supporter almağa imkanları yoxdur və buna görə Hattrick-dən daha çox həzz ala bilmirlər.

Ona görə son 6 ayda, biz, Hattrick cəmiyyəti içində geniş tədqiqat apardıq və xarici agentliyin köməyi ilə gələcək üçün Supporter paketinin hansı qiymətə və necə olacağını təyin etdik.

Gümüş, Qızıl və Platin - yeni Supporter paketləri
Cari Supporter paketi 3 müxtəlif paketlərə bölünəcək:

Supporter Gümüş: Kiçik və ucuz paket əsas cəmiyyət funksiyalarına, klub profilinə və statistikalara malik olacaq.

Supporter Qızıl: Cari Supporter paketi (bütün cari Supporter-lər təbii ki, avtomatik bunu götürəcək).

Supporter Platin: Federasiyalara, supporter yerlərinə, daha çox transfer kəşfiyyatları yerləri və s. üçün ən maksimal paket. Siz həmçinin növbəti Supporter funksiyasına səs vermək hüququnu əldə edəcəksiz və rəsmi olaraq liqalarda yuxarı qalmaq üçün ikinci kluba sahib ola biləcəksiz! Bu iki yeni funksiyalar daha ətraflı aşağıda.

Bizim Supporter paketləri haqqında daha ətraflı məlumatı fərqləndirmə səhifəsində görə bilərsiz.

Hər ölkə üçün fərdi qiymət
Yeni Supporter paketlərinə əlavə olaraq, hər ölkə üçün fərdi qiymət təyin edəcəyik, müxtəlif marketlərdə işləyən digər qlobal bizneslər kimi. Bu o deməkdir ki, 2 ildən çox ilk dəfə olaraq, bəzi ölkələrdə qiymət qalxışı olacaq. Amma bir çox ölkələr üçün qiymət aşağı düşəcək!

Yeni qiymətlər bugündən etibarlıdır.

İkinci klub
Yuxarıda qeyd edildiyi kimi, ikinci klub funskiyası istifadəyə veriləndən sonra Supporter Platini olan istifadəçilər ikinci kluba sahib ola biləcəklər. İkinci kluba başladıqda, həmin klub sizin istifadəçi hesabınıza bağlanacaq. Sizə sadəcə olaraq iki klubu ayrıca idarə edə biləcəksiz; hər klubun öz şəxsi heyəti, maliyyəsi, gənclər akademiyası və sayr var. Amma siz eyni istifadəçi hesabından idarə edirsiz. Bir istifadəçi olacaq, amma iki klubu olacaq.

Siz iki klub arasında heç bir transfer edə bilməyəcəksiz və ikinci klubu istədiyiniz ölkədə açmaq seçiminiz var, cari ölkənizdə və ya digər istədiyiniz bir ölkədə. Eyni ölkədə olarlarsa, hər iki klub eyni liqada oynaya bilməyəcək.

Biz ikinci klub funksiyasını mövsüm arası fasilədə (Mayın ortalarında) istifadəyə verəcəyik. İstifadəyə verilməyə yaxın daha ətraflı məlumatlar alacaqsız.

Supporter funksiyası üçün səs vermək
Platində həmçinin növbəti Supporter funksiyası üçün səs vermə imkanınız olacaq - bizim Supporter inkişafına təsir etmə gücünə malik olacaqsız. Ən azı ildə bir dəfə biz sizə Supporter funksiyaları olan siyahı təqdim edəcəyik - bir çoxu sizin tərəfinizdən cəmiyyətdə təklif etdikləriniz olacaq - və ən çox səs toplayan Supporter funksiyası həyata keçiriləcək!

Sonda
Biz inanırıq ki, bütün bu dəyişikliklər tam Hattrick təcrübəsindən zövq almaq, oyunu və cəmiyyəti inkişaf etmək üçün daha çox oyunçuya imkan yaradacaq. Bu sizə həm oyunçu kimi, həm də Hattrick-ə oyun kimi kömək edəcək, bizə oyun tərtibatında daha çox vaxt ayırmaq üçün və bizim oyunçular üçün daha yaxşı oyun təcrübəsi qazandırmaq üçün şans yaradacaq!

Ümid edirik siz bunlardan zövq alacaqsız!
 
Server 071