Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

8-31-2017 Məqalə: Hattrick-də Təqib

Nəzərinizə çatdırırıq! Bugün biz "Təqib" funksiyasını menecerlər üçün xüsusi bir taktika kimi təqdim edirik. İlk olaraq bu taktika yalnız turnir matçlarında aktiv olacaq. Nəzərimizdə tutmuşuq ki, bu taktika bu mövsümdən və ya ən azı gələn mövsümün əvvəlindən bütün matçlara şamil olunsun.
Təqib taktikası ilə Hattrick-də yeni opsiyanı təqdim edirik. Bu taktikadan istifadə edərək öz futbolçularınızdan birinə rəqibin əsas oyunçularından birini izləməsinə tapşırıq vermiş olursunuz. Belə taktikanın da öz riskləri var ona görə ehtiyyatlı istifadə edin. Düzgün futbolçu ilə düzgün vaxtda istifadə olunsa yaxçı nəticələr əldə etmək mümkündür.

Bu taktika necə işləyir?

Əsas prinsip ondan ibarətdir ki, futbolçularınızdan birinə təlimat verirsiniz ki, rəqibin müəyyən futbolçusunu daim izləsin. Bu təlimat keçərli olduğu halda sizin futbolçunuz artıq əvvəlki kimi komandaya kömək etmir. Bu xüsusiyyət futbolçunun bu taktikanı nə dərəcədə səmərəli istifadə etməsindən də asılıdır.

Kimə və nə zaman bu təlimatı vermək olar?

Yalnız müdafiəçilərə və mərkəz yarımmüdafiəçilərinə bu təlimatı vermək mümkündür. Həmçinin rəqib futbolçu da hücumçu, vinqer və ya mərkəz yarımmüdafiəçisi olmalıdır.

Matç ərzində yalnız bir təqib təlimatı verilə bilər. Əgər hədəf futbolçu meydana çıxmırsa və ya başqa mövqedə oynayırsa o zaman təlimat deaktiv olur. Bu zaman sizin futbolçu adi qaydada oyuna çıxır. Əgər hədəf futbolçu sonradan meydana çıxarsa və ya yuxarıda sadalanan mövqelərdən birinə keçərsə bu zaman, təlimat aktivləşir.

Taktikanın effektləri

Təqib taktikasının iki fərqli effekti var.

Təlimatlanan futbolçu komandaya kömək etmək xüsusiyyətini ikiqat itirir. Bu itki həmin anda baş verir və taktika aktiv olana qədər qüvvədə olur. Futbolçu həmçinin komandanın ümumi taktikasındakı reytinqlərini də itirir. Məsələn əks hücum zamanı.

İkincisi bu taktikanın hədəf futbolçuya da təsiri olur. Bu təsir sizin futbolçunun rəqibi nə dərəcədə tutmasından asılıdır.

Təqib edən futbolçunun əsas silahı müdafiə bacarığıdır. Onun müdafiə bacarığı hədəf futbolçunun ən yüksək (standard zərbələr daxil deyil) bacarığı ilə qarşı-qarşıya gəlir. Əgər futbolçunuzun bacarığı hədəf futbolçunun bacarığından azdırsa bu zaman effekt zəifdir. Yox əgər bərabər və ya yuxarıdırsa bu zaman effekt güclüdür. Məsələn, əgər mükəmməl (10) bacarıqlı müdafiəçi fövqəladə (15) yarımmüdafiəçini tutursa, rəqib futbolçunun oyunu 1/4 nisbətində zəifləyir. Yox əgər təlimatlanan futbolçu ilahi bacarığa malikdirsə (20), bu zaman rəqib futbolçunun oyunu 2/3 nisbətində zəifləyir.

Əgər rəqibi izləyən futbolçu həm də standard vəziyyətləri yerinə yetirirsə bu zaman ondan gələn xeyir bir qədər azalır.

Xüsusi bacarıqlara görə bəzi bonuslar və ya əks göstəricilər də mövcuddur. Güclü futbolçular və ya xüsusi bacarığı olmayanlar öz oyunlarını daha az itirir. Güclü futbolçular üçün bu xüsusiyyət daha əlverişlidir.

Hədəf futbolçulara gəldikdə isə, Texnikalı futbolçular daha həssasdırlar onlar daha çox itkiyə məruz qalırlar. Gözlənilməz futbolçular isə digərlərinə nisbətən az həssasdırlar və itkiləri də aşağı olur.

Bu taktikanın təsirinə məruz qalmış futbolçuların bütün bacarıqları zəifləyir təkcə standard zərbələr bacarığından başqa.

Distansiya

Sizin futbolçunun meydanda hədəf futbolçuya nə qədər yaxın mövqedə olması da vacibdir.

Cinah müdafiəçiləri daha çox vinqerləri tutmaq qabiliyyətinə malikdirlər. Hətta fərqli cinahlarda olsalar belə.
Mərkəz müdafiəçisi istənilən hücumçunu bağlaya bilir.
Mərkəz yarımmüdafiəçiləri isə rəqibin mərkəz yarımmüdafiəçilərini tutur.

Bütün digər hallarda effekt bir qədər zəif olur.
 
Server 071