Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

9-26-2018 Məqalə: Tamamilə yenilənmiş Hattrick mobil tətbiqetməsi

Bugün, AndroidiOS üçün yeni Hattrick tətbiqetməsini təqdim edirik. Mobil naviqasiya vebdə istifadə olunana bənzəməsi üçün tamamilə yenilənib. Həmçinin daha sürətli, daha sabit və daha çox funksiyaya sahibdir.
Yeni tətbiqetmə bizim üçün böyük bir layihə idi və son altı ayın əsas hissəsini tutdu. Bir az uzun zaman olduğu üçün üzrlü hesab edin, ancaq düşünürük ki, bunu gözləməyə dəyərdi.


Müşahidələrimiz bunu göstərir ki, Hattrickin mobil istifadəçilərinin sayı günü-gündən artır - biz hətta bilirik ki, bəzi istifadəçilər oyunu yalnız tətbiqetmə vasitəsilə oynayıblar. Buna görə də biz yalnız tətbiqetmə təcrübəsinin keyfiyyətini yaxşılaşdırmaqdan savayı, həmçinin istədik ki, Hattrickin veb versiyası ilə eyniləşdirək. Məsələn vebdə oynadığın zaman, əgər tətbiqetməyə keçərsənsə, eyni təcrübə ilə qarşılaşacaqsan. Bugündən başlayaraq, veb və tətbiqetmə eyni texniki mühərrik və naviqasiyadan istifadə edir. Bacarıq və reytinqlər hər yerdə eyni göstərilir. Və, ən əsası, oyuna yeni funksiya əlavə olunduğu zaman, biz artıq onu sürətlə tətbiqetməyə əlavə edə bilərik, çünki hər şey hər yerdə eyni cürə işləyir.


Daha dəqiq nələr dəyişdi?

İlk gördüyünüz dəyişiklik naviqasiyadır. Veb saytda olduğu kimi menyunun sol hissəsində yerləşir. Buradan tətbiqetmənin bütün hissələrinə keçə bilə və birdən çox komandaya sahibsizsə, komandaları dəyişə bilərsiz. Köhnə tətbiqetmədə bu funksiya yuxarı menyuda yerləşirdi. Tətbiqetmənin aşağı hissəsində olan naviqasiya isə yenə də qalıb.


Yeni tətbiqetmədə bütün işarələri yenilədik. Bir müddət sonra vebdə də bunlardan istifadə edəcəyik. Yeni dairəvi oyunçu reytinqlərindən hər yerdə istifadə etməyə başlayacağıq (hələlik bunlar yalnız mobil tətbiqetmə və yeni Hattrick Live-da istifadə olunur). Bu isə o deməkdir ki, köhnə klassik ulduz reytinqlərini yığışdıracağıq və ulduzlar yalnız ümumi reytinq üçün qalacaq. Bundan başqa digər kiçik şeylər də hər iki yerdə, həm vebdə həm də tətbiqetmədə dəyişdiriləcək. Təbii ki, köhnə tətbiqetmədə olan neçə dənə problemləri aradan qaldırdıq.

Yeni tətbiqetmədə olan yeniliklər:

* Artıq tətbiqetmədə məşqçini dəyişə bilərsiz
* Gənc oyunçularınız üçün individual məşq məruzələrini oxuya bilərsiz
* Gənc oyunçular əsas komandaya çağırıla biləcək günlərinə görə çeşidlənə, əsas oyunçularınızı isə kateqoriyalara görə çeşidlənə bilər
* Əgər telefonunuzu yan tutarsızsa, liqa səhifəsi divizion haqqında daha çox məlumat göstərəcək. Liqa səhifəsində həmçinin "Hamısını Live-a əlavə et" funksiyası da var.
* Transfer axtarışını yaxşılaşdır. Yenidən başlamaq əvəzinə axtarışa rahatlıqla düzəliş verə bilərsiz. Oyunçu yaşı və günləri transfer axtarış nəticələrində artıq mövcuddur. Ətraflı transfer axtarışı nəticələrində xüsusi bacarıq və yaş qeyd olunub.
* Transfer axtarışı zamanı (və ya digər siyahılarda) oyunçu detallarına daxil ola və rahatlıqla geri dönə bilərsiz
* Forumda, artıq yeni başlıq əlavə edə, başlığı rədd edə, əlfəcinlə və oxunmuş kimi işarələyə bilərsiz. Hər kəsə cavabla funksiyası da əlavə olunub.
* Oyunçuların, matçların, menecerlərin, liqaların və s ID-lərini kopyalamaq üçün rahat bir funksiya əlavə etmişik
* Oyunçu qeydləri artıq mövcuddur
* Əsas paneldə olan bildirişləri bir toxunuşla təmizləyə bilərsiz
* Yeni Supporter bildirişləri yarada bilərsiz
* Oyunçu görünüşünə digər matçlar əlavə olunub
* Supporterlər üçün, yeni qısayol funksiyası əlavə etdik ki, sevimli səhifələrə daha cəld keçilə bilsin

Növbəti aylarda digər yeniliklərin əlavə olunması gözlənilir.

Ümid edirik ki, yeni Hattrick mobil tətbiqetməsindən zövq alacaqsız!
 
Server 070