Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Xəbərlər

10-1-2018 Məqalə: 2018-ci ilin payızı

Sentyabr ayında biz mobil əlavə üzərində olan 6 aylıq işi bitirdik və indi gələcək planlar haqqında düşünürük.
Yeni mobil əlavə demək olar ki il boyu bizi məşqul edib. Bu böyük lahiyə idi. Bütün çətinliklərə baxmayaraq işin öhdəsindən gəldik və artıq oyun üçün yeni funksiyalar üzərində işləmək üçün kifayət qədər vaxtımız var.

Biz bir neçə kiçik layihə barədə düşünürük. Bu layihələri bir neçə həftəyə bitirmək mümkündür.Noyabr ayına kimi bu layihələr bizim əsas məqsədimizdir. Aşağıda bizim gələcəkdə görəcəyimiz işlər barədə qısa məlumat var:

* Matç zamanı əlavə vaxtın təyin olunması
* HT məktublar
* Yoldaşlıq görüşlərinin təyin olunması üçün hovuz
* Futbol akademiyası: futbolçuların sayının 18-ə çatdırılması, vərəqələrin və zədələrin ləğv olunması və digər yeniliklər
* Transfer siyahısında yeniliklər
* Məşq düşərgələrinin təşkili - müxtəlif düzülüşlərdə təcrübə qazanılması, zədələrin müalicəsi və s.

Həmçinin Platin supporterlər üçün yeni funksiya əlavəsinə görə səsvermə.

Bütün bunlardan başqa Noyabr ayında başlayacaq mövsüm ərzində bəzi yeni funksiyaların tətbiqini təşkil etməyi planlayırıq.

Bu layihələrdən biri yeni reytinq sistemidir. Bu sistem təkcə komandaların liqadakı mövqələrinə görə deyil həm də heyətdəki futbolçuların səviyyəsinə görə komandanın reytinqini müəyyən edəcək. Bu layihədə biz profesional statistik Matteo Dimai, aka LA_Artod ilə əməkdaşlıq edəcəyik.

İkinci yenilik istifadəçilərlə olan kommunikasiya ilə bağlıdır. Bir çox istifadəçilər yeniliklər barədə daha çox məlumat almaq istəyir və daha çox forumlar vasitəsi ilə xəbərdar olmaq istəyirlər. İlk addım çəlumatları yeni məcrada təqdim etməkdir. Elə format təqdim etmək lazımdır ki, forumları oxuyan və oxumayan istifadəçilər yeniliklər barədə xəbərdar olsunlar. Bu layihə Hattrick inkişaf layihəsinə daxil olmasa da biz bacardığımız qədər bu layihəni də həyata keçirmək üçün çalışırıq.

Sonda onu demək lazımdır ki, biz hələ də Hattrick veb saytının(və mobil əlavənin) dizaynı üzərində böyük işlər görməyi planlaşdırırıq. Keçən il biz dizayn yarışması təşkil etmişdik və bəzi çox maraqlı modellər əldə etmişdik. Hattrick veb saytını və həmçinin mobil əlavəni daha müasir və rahat etmək hələ də bizim əsas məqsədlərimizdəndir. İndi mobil əlavədə dəyişiklik edildikdən sonra biz bir neçə dizayner ilə veb saytın görünüşü üzərində işləri davam etdirəcəyik.

Diqqətinizə görə minnətdarıq. Noyabr ayında görüşənədək!
 
Server 071