Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Qaydalar

Sizin davranışınız

Siz Hattrick-də və Hattrick-lə çox şeylər edə bilərsiz, lakin oyunun hər kəsə maraqlı olması üçün bu oyundə necə hərəkət etməyinizə dair müəyyən qaydalar fikirləşmişik. Bu qaydalar çox sadə və olduqca aydındır və Hattrick oyununun bütün sahələrini əhatə edir. Hattrick əyləncəli bir məkan olmalıdır və yaşından, cinsindən, mənsubiyyətindən və irqindən asılı olmayaraq hər kəs üçün təhlükəsiz bir yer olmalıdır. Qısacası bir-birinizə qarşı nəzakətli olmalı və hörmətlə yanaşmalısız. Həmçinin nəzərə alın ki, Hattrick-i uşaqlar da oynayır.

Bu qaydaları pozan hər kəs Hattrick-dən dərhal diskvalifikasiya olunur və oyundan qovulur. Nəzərə alın ki, GameMasters-lər oyunun qaydalarını pozana dair qərər verməkdə hüdudsuz ixtiyara malikdir.

Hattrick oyunçusu kimi aşağıda qeyd olunan hallarda iştirak etməyiniz qəti qadağandır.

  • Digər oyunçulara və ya Hattrick forumunda HT –poçtu, qonaq kitabçası və digər vasitələrlə hədələyici, təhqiredici və alçaldıcı məktublar göndərmək. Reklam xarakterli, yoldaşlıq oyunu təklifi və dəstək xahiş etmə tərkibli ismarıcların istifadəçilərə göndərilməsi və ya forumda yerləşdirilməsi. Həmçinin kobud və ya hər-hansı təhqiredici şəkldə hərəkət etmək qadağandır.
  • Hattrick Ltd. şirkətin mülkiyyətini oğurlamağa və ya təxribata cəhd etmək, yaxud digərlərini bunu etməyə çağırmaq. Bu mülkiyyətə serverlər, computer proqramları və müəllif hüququ qorunan materiallar daxildir.
  • Oyunun yaradıcıları tərəfindən hüquq verilmədən saytı skan etmək və ya oyunun hissələrini avtomatlaşdıran əlavələri yaratmaq, işlətmək və ya paylamaq. Bundan əlavə, siz saytın hissələrini digər saytlara avtomatik olaraq əlavə edə bilməzsiz.
  • Digər oyunçuların şifrələrini açmaq və ya onların sevincini hansısa yolla pozmaq kimi hər-hansı saxtakarlıq törətmək.
  • Saytda linkı verilməyən məlumatı əldə etməyə cəhd və ya bu üsulla məlumatı sayta əlavə etmək. Siz məlumatı lakin saytda olan link və ya CHPP tərəfindən təsdiqlənmiş proqramlar vasitəsilə əldə edə bilərsiz.
  • Saxtakarlıqda günahlandırmaq, hər-hansı bir məhsulu reklam etmək (link qeyd etmək), kriminal fəaliyyəti və ya narkotiklərı reklam etmək, HT rəsmiləri ilə yazışmanı dərc etmək və GM və ya Mod qərarlarını müzakirə etmək.

Sonuncu və ən vacibi, sizin yalnız bir komandanız ola bilər. Bir daha, bir komandadan artığına sahib olmaq qadağandır. Əgər siz bir neçə komandaya nəzarət edirsinizsə, Hattrick-dən qovulmaq şansınız artır. Əgər dostlarınızdan biri komandanı yaradıbsa, lakin ona siz (təlimatlar verərək) nəzarət edirsinizsə, bu halda həmin komandanın sahibi məhz siz sayılırsız. Komanda özəldir, bu o deməkdir ki, dostlarınız və ya qohumlarınız sizin parolunuz vasitəsilə oyuna daxil olub sizin komandanızla nə işləyə, nədə ki, onu digər çəxsə verə bilməz. Xoş niyyətlə dostlarınız oyunçularını yüksək qiymətə almaq həmçinin qadağandır! Əgər transferə çıxarılan oyunçunuza çox yüksək qiymət təklif olunduğunu aşkar etsəz, onda dərhal GM-larla əlaqə saxlayın. Gamemasterlə əlaqə saxlamaq üçün bizim əlaqə səhifəsi bölməsinə daxil olun.

Qaydalarda ətraflı təsvir olunmayan hallar baş verdikdə HT rəsmiləri (GM, Mod, CHPP) oyunun qaydaları çərçivəsində öz mülahizələrinə görə qərar vermək hüququna malikdir. Həmçinin, Hattrick rəsmiləri ilə yər-hansı yazışma olduqca şəxsidir və heç bir formada dərc və ya kiməsə göndərilə bilməz.

 
Server 070