Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Qaydalar

Forumun qaydaları və moderatorlar

Biz öz icmamızla çox fəxr edirik, xüsusilə forumdakı əhval-ruhiyyə və fəallıqla. Hattrick forumlarında çoxsaylı təyin edilmiş moderatorlar (və ya Mod-lar) var və onların məqsədi istifadəçilərə lazımi koməkliyi göstərmək və foruma təklif buyuran hər kəs üçün onu maraqlı etməkdir. Forumda iştirak edənlər həmişə olduğu kimi ümumi qaydalara riayət etməlidirlər, lakin forumda səmimiyyət ruhunu qoruyub saxlamaq üçün əlavə olaraq bəzi qaydalarda tədbiq olunur. Bəzi forumlarda əlavə xüsusi qaydalar mövcuddur, hansına ki, müvafiq forum başlığında hər zaman rast gəlmək olar. Moderatorlar bir neçə cəzalandırma üsullarını tədbiq etmə hüququna malikdir, məsələn klubunuzun cərimələndirilməsindən onun foruma daxil olmağa qadağa qoyulmağa kimi.

GameMaster-lərin də, həmçinin moderasiya hüquqları var və onlar şiddətli qayda pozuntuları ilə də, məşğul olurlar (bu oyundan tamamilə qovulmağa səbəb ola bilər). Unutmayın ki Supporter-ə sahib olmaq sizin forum qadağalarından azad etmir və bu baş verdikdə Supporter-in parametrləri sizə qaytarılmır.

Moderatorların qərarları şikayət kimi Baş Moderatorlara çatdırıla bilər, hansıların ki qərarı müzakirə olunmur. Nəzərə alın ki, yönləndirilmiş cəzalandırmaların qüvvəsi son qərar verildikdən sonra ya gücləndirilə ya da ki, azaldıla bilər.

Hattrick forumlarında siz bizim davranış qaydalarımıza riayət etməlisiniz. əlavə olaraq, bunları etmək qadağandır:

.

- Spam, məsələn yəni eyni yazını bir neçə dəfə yazmaq.
- Linklər (özünü və ya digər bir linki reklam etmək məqsədilə).
- Təhrik məzmunlu ismarıcları dərc etmək.
- Həddindən artıq çox söyüş söymək və qeyri-normativ leksikadan istifadə etmək.
- İrqə, cinsiyyətə, hər-hansı şəxsə, müəyyən bir millətə və ya dinə qarşı çıxış etmək.
- Siyasi və dini müzakirələri dərc etmək.
- Kimisə saxtakarlıqda təqsirləndirmək (əvəzində saxtakarları məruzə et səhifəsindən istifadə edin).
- Kimdənsə computer proqramlarını və ya CD-açarlarını yükləmək üçün köməklik xahiş etmək, yaxud torrentlərə və/və ya idman hadisələrinin video yazılarına baxmaq üçün linkları xahiş etmək.
- Özünü HT rəsmiləri kimi qələmə vermək.
- Xüsusi istifadəçilərə və ya hallara dair rəsmi qərarları müzakirə etmək və ya HT rəsmiləri ilə yazışmaları icəzəsiz dərc etmək.
- Federasiyanın forumlarını istifadə etdiyiniz kimi ictimai forumları istifadə etmək. Zəhmət olmasa nəzərə alın ki, əsas liqa və gənclər liqasınının forumları o liqada oynayan üzvlər arasında əlaqəni gücləndirmək üçün, və baxmayaraq ki, istənilən qonaq ora daxil ola bilər, ancaq forumu lazımsız mövzular üçün istifadə etmək olmaz.

Federasiyaların forumları
Federasiyaların forumları (Supporter-ə aid ayar) Hattrick-in daha özəl hissəsi kimi nəzərdə tutulub, harada ki, federasiya üzvləri öz gündəliklərini və müəyyən dərəcədə öz qaydalarını yaradıb müəyyən edə bilərlər. Lakin ən əsas məsələni unutmayın ki, ümumi davranış qaydaları federasiyaların da forumlarına şamil edilir.

Federasiyaların forumları (Supporter-ə aid ayar) Hattrick-in daha özəl hissəsi kimi nəzərdə tutulub, harada ki, federasiya üzvləri öz gündəliklərini və müəyyən dərəcədə öz qaydalarını yaradıb müəyyən edə bilərlər. Lakin ən əsas məsələni unutmayın ki, ümumi davranış qaydaları federasiyaların da forumlarına şamil edilir.
 
Server 070