Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Qaydalar

Ticarət məzmunlu ismarıclar

Hattrick forumları, qonaq kitabçaları, komandanın səhifəsi və ictimaiyyət üçün açıq olan saytın digər hissələri ticarət və reklam məqsədilə ismarıcların yerləşdirilməsi üçün nəzərdə tutulmayıb. Əsas məqsəd odur ki, Hattrick istifadəçisi kimi siz digərlərinin öz şəxsi faydasını güdən istifadəçilərin dərc etdiyi məlumatı ilə rastlaşmayasınız.

bu o demək deyil ki, lazım gəldikdə şirkət və ya məhsul adını çəkə bilməzsiniz. Lakin, hər-hansı bir məqsədlə reklam şəkilli ismarıcları yerləşdirərək bu qaydanı pozsanız, biz onları silə, size cəriməliyə və hətta Həttrick-dən də qova bilərik. Müzakirə etmək olar, reklam etmək isə olmaz. Bu spam və bizim ümumi saytımızın çirklənməsi sayılır.

Hattrick-ə aid olmayan forumlarda digər sayların linklarına və ya onlayn oyunlara icazə veririk. Biz bunu istifadəçilərimizə bir xidmət kimi təqdim edirik və onun davamlılığı bizim səmimiyyətimizin reklam məqsədlərinə görə istifadə olunmasından asılıdır. Əgər digər şirkətlər Hattrick oyununu pulsuz marketinq kanalı hesab edirlərsə, yaxud bizim forumlarda reklam və ya ona aid linklar dərc olunursa, biz həmin məhsulları və onları saytda yerləşdirən istifadəciləri qara siyahıya sala bilərik. Təəssüflər olsun ki, Hatrick-də artıq ticarət xarakterli spam problemi yaşanıb və biz bununla bir daha üzləşmək istəmirik.

Hattrick özü forumları və oyun ismarıclarını satış və ya marketinq məqsədilə nadir hallarda istifadə edir. Lakin hərdənbir oyunun partnyorlarına aid məlumatları yerləşdirmək üçün onlardan istifadə edirik. Biz çalışırıq ki, forumlarda fəaliyyətimizi yalnız oyuna aid məsələlər dərəcəsinə qədər məhdudlaşdıraq, lakin, təbii ki, lazım gəldikdə biz öz istifadəçilərimizlə digər mövzularda, ticarət daxil olmaqla, ünsiyyət yaratmağı bacarmalıyıq.

 
 
Server 096