Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Qaydalar

Gamemaster-lar

Hattrick-də çoxlu Gamemaster-lar və GM-lar var. bunlar mox bacarıqlı və məsuliyyətli oyunçulardan ibarət kiçik qruplardır hansıları ki, oyunun düzgün işləməsini təmin etmək, saxtakarlığın qarşısını almaq və oyunçulara oyunla bağlı problemlərin həllində köməklik göstərmək üçün təyyin ediblər. Gamemasterlar öz xidmətlərini kömək etməkdəm həzz aldılarına görə təklif edirlər və bu işlərinə görə onlara pul ödənilmir.

Bəzən Gamemaster-lar saxtakarlıq törədən və oyunun qaydalarını pozan insanları diskvalifikasiya etmək kimi addımlar ata bilər. Əgər bu sizin başınıza gəlibsə və siz hesab edirsiz ki, sizi ədalətsiz cəzalandırıblar, cəhd edib izah edin ki, niyə özünüzü günahsız hesab edirsiz. Lakin, ən vacibi odur ki, Hattrick-də real futbola aid bütün qaydalar öz əksini tapıb.

Siz oyundan nəyə görə qovulduğunuzu soruşa bilərsiz, lakin GameMaster-lar buna dair sizə hesabat verməyə məcbur deyillər. Əgər onlar saxtakarları necə tutduqlarını hamıya açıqlasalar, gələcəkdə bu cür halların aşkarlanması daha da çətin ola bilər. GameMaster-lar mümkün saxtakarlığı sübüt etmək məcburiyyətində deyillər. Lakin, əgər kiminsə tərəfindən saxtakarlıq törədilirsə, həmin oyunçuların oyundan xaric olunması məhz GameMaster-ların öhdəçiliyi sayılır.

GameMaster-lar bir neçə cəzalandırma üsullarını tədbiq edə bilərlər, məsələn klubunuzun cərimələndirilməsindən onun oyundan tamamilə qovulması kimi.

GameMaster-ların qərarını Baş GameMaster-lara yönləndirmək olar, onların qərarları iddia edilmir. Nəzərə alın ki, yönləndirilmiş cəzalandırmaların qüvvəsi son qərar verildikdən sonra ya gücləndirə ya da ki, azaldıla bilər.

Biz bir Hattrick komandası olaraq rəsmiləri dəstəkləyirik. GM-lar mütəmadi olaraq bizimlə saxtalıqların qarşısını alması prinsiplərini müzakirə edir, lakin biz özümüz heç zaman spesifik məsələlərə qarışmırıq. Rəsmilər kimi təyyin edilmiş şəxslərə biz tam etibar edirik.

Gamemaster-la əlaqə yaratmaq üçün, bizim əlaqə səhifəmizə daxil olun. Oyuna aid məsələlərə görə rəsmilərlə HT-poçt sistemi vasitəsilə əlaqə yaratmayın. Onlar daxili poçtu bir klub sahibi kimi istifadə edirlər, rəsmilər kimi yox. Əlavə olaraq, rəsmilər və istifadəçilər arasında gedən yazışma məxfi hesab edilir və yazışan hər iki tərəf by cür yazışmaları məxfi saymalıdır. .

 
 
Server 080